Hollandiyada İlhan Aşkın adı ilə oranın öz "Şuxrat Salamov”u peyda ola bilər, hansı ki, indi Almelo şəhərində mühakimə edirlər. Şuxrat Salamovun kim olduğunu Azərbaycanda yəqin, çoxları bilir. Bu, daşnaklara və onlar tərəfindən azərbaycanlılara və özbəklərə qarşı edilmiş vəhşiliklərə aid olan bir çox materiallar dərc etdirmiş tarixçi və tədqiqatçıdır. Erməni diasporunun nümayəndələri onu millətlərarası düşmənçiliyin qızışdırılmasında ittiham edərək məhkəməyə veriblər. Ancaq nəticədə fevralda ona qarşı irəli sürülən bütün ittihamlar geri götürüldü. Bəs İlhan Aşkın kimdir? Bu, Niderlanddakı Azərbaycan-türk icmasının başçısıdır. O insan ki, Haaqada öz hesabına Xocalı faciəsinə həsr edilmiş monument ucaltdırıb.
Azərbaycan diasporunun nümayəndələri tərəfindən yaradılmış azned.nl saytının başçısı Nərminə Mərdanovanın virtualaz.org saytına bildirdiyi kimi, İlhan Aşkın İqdırdan olan, Türkiyədə doğulub-böyümüş etnik azərbaycanlıdır. O, 1991-ci ildə Hollandiyada Türk-Azərbaycan icmasını yaratmış ilk şəxsdir. Nərminə Mərdanovanın sözlərinə görə, İlhan Aşkının Xocalı soyqırımının qurbanları şərəfinə abidə qoydurmasından sonra, erməni tərəfi Almelo şəhərində "ermənilərin soyqırımı" abidəsini ucaltmağa qərar verdi. Ondan sonra, yüzlərlə türk və azərbaycanlı etiraz aksiyasına toplaşdı. Və həmin aksiyada İlhan Aşkın bildirdi ki, "Qarabağ ermənilərin qəbiri olacaq". Bu ifadədən yapışan erməni diasporu onu məhkəməyə verdi. Aşkın özü hesab edir ki, onun fikri heç cür Niderlandların erməni əhalisinə qarşı zorakılığa çağırışı nəzərdə tutmur. Amma erməni silahlı qruplaşmalarının Azərbaycan ərazilərini tutmasına və Qarabağın Azərbaycan əhalisinə qarşı törətdiyi terrora görə hiddətinin ifadəsidir. Nərminə Mərdanovanın sözlərinə görə, məhkəmə 17 martda hökm verəcək. İlhan Aşkınu islahedici işlər, şərti və ya hətta həbs cəzası gözləyir. N. Mərdanova onu da vurğulayıb ki, Niderlandların türk icması Aşkının taleyində fəal iştirak edir, türk KİV-i məhkəmələri fəal işıqlandırır: "Mən ümid edirəm ki, Azərbaycan ictimaiyyəti və ölkənin diplomatik strukturları da baş verənlərə diqqətlə yanaşacaqlar". Nair Əliyev
Sorğu
Yeni dizaynımız necədir?