GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » ƏHMƏDZADƏLƏRİN ÖZƏLLƏŞDİRDİYİ RAYONLAR VƏ… – Şirkətlər, restoranlar, otellər, müəssisələr…

ƏHMƏDZADƏLƏRİN ÖZƏLLƏŞDİRDİYİ RAYONLAR VƏ… – Şirkətlər, restoranlar, otellər, müəssisələr…

Tarix: 21-04-2017, 17:37 Bölmə :Siyasət Baxış: 483
ƏHMƏDZADƏLƏRİN ÖZƏLLƏŞDİRDİYİ RAYONLAR VƏ… – Şirkətlər, restoranlar, otellər, müəssisələr…

Hansı nazir, komitə sədri və ya başqa yüksək rütbəli məmur, hansı rayona nəzarət edirsə, onun qohum-əqrəbası da oranın, necə deyərlər, sahibinə çevrilir. Çapıb-talayırlar, əhalini soymaqla, rayonu talamaqla yetinməyib, insanların şərəfini, qururunu belə əzməkdən çəkinmirlər. Misal üçün, bir neçə il əvvəl belə nazirlərdən birinin yaxını rayonlardan birində içib kefləndikdən sonra “bu rayonda kişi yoxdur” demiş, bundan xəbər tutan rayonun “bərkgedənləri” onu (tanıyanlar həmin şəxsə “Dördbarmaq” da deyirlər – red.) soyuq suda “çimizdirdikdən” sonra, rayondan qovulmasına nail olmuşdular. Yaxud İsmayıllı hadisələrini xatırlayaq. Bir rayonu ayağa qaldıran da elə nazirin yaxın adamının artıq-əskik hərəkətləri olmamışdımı?

Bu faktlar, əlbəttə ki, rayonları öz aralarında bölüşdürən məmurların, onların yaxınlarının insanlara necə münasibət bəslədiyini tam təsəvvür etməyə kifayət deyil. Necə deyərlər, aysberqin görünən tərəfləridir.

Məsələn, Qax rayonundan redaksiyaməza göndərilən məktubdan belə məlum olur ki, Qax və Zaqatala rayonları da “Meliorasiya və Su təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin yaxınları tərəfindən “özəlləşdirilib”.
Təsadüfi deyil ki, Qax rayonunun icra başçısı Musa Şəkiliyev Əhməd Əhmədzadənin xalası oğlu, Zaqatalanın başçısı Mubariz Əhmədzadə isə qardaşıdır.

Saytımıza müraciət edən şəxs Qax rayonunun ziyalılarından biri olduğunu qeyd edir (bəlli səbəblərdən adının verilməsini istəmir-red.) və Əhmədzadələrin bu rayondakı fəaliyyətindən bəhs edir. Əhməd Əhmədzadənin Qax rayonunda rəhbər vəzifədə çalışan yaxın qohumlarının qanunsuz əməllərindən bəhs edən həmin məktubi kiçik ixtisarla dərc edirik:

“Əhməd Əhmədzadə barədə məlumat verməyə, hər halda ehtiyac yoxdur. Öz sahəsi üzrə çox savadlı və təcrübəli mütəxəssisdir. 40 ildən artıq yüksək vəzifələrdə işləmiş bu şəxsin ölkənin su təsərrüfatı və meliorasiya sistemlərinin inkişafında rolu əvəzedilməzdir.

Lakin Əhməd Əhmədzadənin dövlət və Prezident qarşısında gördüyü xidmətlərini onun yaxın qohumları, əsasən də Qax rayonunda yüksək vəzifə sahibi olan yaxınları öz əməlləri ilə gözdən salırlar.

Qax rayonunun icra başçısı Musa Şəkiliyev Əhməd Əhmədzadənin xalası oğlur. Qardaşı oğulları Vüqar və Tərlan Əhmədzadələr isə rayonda yüksək vəzifələr tuturlar.

Vüqar Əhmədzadə – DSMF Qax rayon şöbəsinin müdiri, Tərlan Əhmədzadə isə Qax rayon Mərkəzi Xəstəxanasının baş həkimidir. Onların rayondakı qanunsuz əməlləri barədə ən ucqar kəndlərin sakinləri belə xəbərdardır. Hər iki qurum böyük korrupsiya bataqlığına qərq olub.

Vüqar Əhmədzadə pensiya alan vətəndaşlara ödəniləsi pensiyaları müxtəlif bəhanələrlə kəsir və bu vəsaitlərlə rayonda özünə biznes imperiyası qurur. Pensiya kartlarının verilməsində yaşlı nəslin nümayəndələrinə müxtəlif süni maneələr yaradır. Hətta bəzilərindən onlara pensiya kartını vermək üçün, alacaqları pensiyadan haqq da istəyir.

Bir məqamı da qeyd etmək istəyirəm ki, Vüqar Əhmədzadə Qax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə keçməkdə iddialıdır. Bu səbəbdən də hazırki icra başçısı Musa Şəkiliyev, qohumu olmasına baxmayaraq, onu istənilən vasitəylə gözdən salmağa cəhd edir.

Vüqar Əhmədzadə rayonda və Bakıda müxtəlif yerlərdə bahalı villa və mənzillərə sahibdir.

Digər qardaşı Tərlan Əhmədzadə ondan heç də geri qalmır. Atası, keçmiş baş həkim Fərman Əhmədzadə rəhmətə getdikdən sonra onun yerinə keçən Tərlan Əhmədzadə, xəstəxananın həkim, tibb bacıları və xəstələrinə qan uddurur. Xəstəxana o dərəcə korrupsiyaya qərq olub ki, hətta ayda 150-200 manat alan tibb bacılarının əmək haqqından da müəyyən “haqq” baş həkimə çatmalıdır.

Güzəranı onsuz da acınacaqlı olan bu həkimlər və tibb bacıları işlərini itirməmək üçün birtəhər günlərini keçirirlər. Vəziyyət o həddədir ki, hər hansı xəstə əgər həkimə və ya tibb bacısına 3-5 manat “şirinlik” verirsə, bu pul da birbaşa Baş həkimə çatmalıdır. Əgər kimsə bunu gizlətməyə çalışsa və onun üstü açılsa, həmin işçini ən ağır söyüşlərlə təhqir edərək, işdən azad edir. İllərdir sürən bu vəziyyətə artıq insanlar öyrəşib və mübarizə aparmağın mənasız olduğunu əsas gətirərək, səslərini çıxarmağa belə qorxurlar. Çünki o, hər hansı səhvi ucbatından nəinki özünü, hətta öz yaxınlarını zərbə altına almış olur.

Ümumiyyətlə, rayonda ən “bərkgedən” obyektlər – restoranlar, hotellər, istehsal müəssisələri, mağaza və marketlər Əhmədzadələrə məxsusdur. Onların icazəsi olmadan heç kəs hər hansı obyekt tikə, onların “bazar”ına girə bilməz.

Nəzərə çatdırmaq istəyirəm ki, Əhməd Əhmədzadənin oğlu Cuma Elman Rüstəmovun qızı Günel ilə ailəlidir. Bu qohumluq əlaqəsi Əhməd Əhmədzadənin statusunu biraz da möhkəmləndirib. Bu qohumluq əlaqəsi yaranana qədər Əhməd Əhmədzadə tutduğu vəzifənin səlahiyyətlərini icra edirdi, yəni rəsmi fərmanla təsdiq edilməmişdi. Çünki Xalq Cəbhəsi dövründə də işləyirdi və Heydər Əliyev bu səbəbdən onu bu vəzifəyə rəsmən təyin etmirdi.

Əhməd Əhmədzadəyə Elman Rüstəmovla qohumluq əlaqələri yaranana qədər də hökumətdə yüksək vəzifədə çalışan bir çox dostları köməklik göstərməyə çalışırdılar. Baş nazirin müavini Abid Şərifov, sabiq maliyyə naziri Əvəz Ələkbərov və Nərimanov rayonunun keçmiş icra başçısı Mübariz Rəcəbov onun bu quruma sədr keçməsinə birbaşa köməklik göstərmişdilər. Oğlu Cuma Əhmədzadə Elman Rüstəmovun qızı ilə evləndikdən sonra onun gücü daha da artıb.

Nəzərə çatdırmaq istəyirəm ki, Mubariz Rəcəbov əslən Qax rayonundandır və eyni zamanda Əhməd Əhmədzadə ilə yaxın dostluq və qohumluq əlaqələri var. Hətta Qax rayonunda Əhmədzadələrə məxsus bir çox biznes obyektlərinə – restoran və hotellərə şərikdir. Eyni zamanda, Mübariz Rəcəbov və Əhməd Əhmədzadə Qax rayon taxıl məhsulları kombinatının əsas səhmdarlarıdır.

“ULUYURD” şirkətlər qrupuna Qax rayonunda fəaliyyət göstərən əsas hotel, restoranlar və istehsal müəssisələri daxildir və bu şirkətin təsisçisi Cuma Əhmədzadə, baş direktoru isə Cumanin xalası oğlu Rəsul Allahverdiyevdir. Hotellərə nəzarəti də məhz Rəsul həyata keçirir.

Cumanın xarici ölkələrdə də böyük biznes imperiyası mövcuddur. Əsasən Londonda və Cenevrədə. Özü Londonda yaşadığı üçün, ordakı biznesə birbaşa nəzarət edir. Cenevrədəki biznes fəaliyyətinə isə orada yaşayan qohumları – Mubariz Rəcəbovun oğlu Pərviz və Musa Şəkiliyevin oğlu Orxan nəzarət edirlər.

Əhməd Əhmədzadənin digər qardaşı Mubariz Əhmədzadə isə Zaqatala rayon İcra Hakimiyyətinin başçısıdır. O rayonda da başçıdan ciddi narazılıqlar var. Rayonda görülən bütün abadlıq və yenidənqurma işlərini Mübariz Əhmədzadənin oğu Coşqun Əhmədzadənin şirkətləri həyata keçirir”.

Məktubda göstərilənlərə onu da əlavə edək ki, Əhmədzadələrin Qaxı tam ələ keçirməsində xüsusi rolu olan icra başçısı Musa Şəkiliyevin rayonda “xaloğlu” ləqəbi ilə məşhur olduğu bildirilir . Yerli camaat ona rayonun başçısı yox, bir nömrəli biznesmeni adını verib. Belə ki, Qaxın meşələri hesabına mebel biznesini genişləndirən Musa Şəkiliyev, ailə ənənələrinə uyğun olaraq, rayondakı ən böyük müəssisə olan “Qax Tütün”ün sahibi Eldəniz Şəkiliyevlə birləşərək, böyük gəlir əldə edir. Yerli əhalinin meşələrdən ağac kəsib mebel sexlərinə satması da qadağan olunub. Bu iş yalnız icra başçısının monopoliyasına alınıb.

Rayonun bütün digər idarələrində də Əhmədzadələr hökmranlıq edir. Yuxarıdakı məktunda qeyd edilən vəzifələrdən başqa, Qaxda bir sıra digər sahələr də Əhmədzadələrin nəzarətindədir.
Məsələn, rayonda əsas kurort yeri olan İlisu kəndinin icra nümayəndəsi təyin olunan Həşim Həsənov Mübariz Əhmədzadənin qızının baldızı əridir. Mübariz Əhmədzadənin kürəkəni Elyar isə Rabitə Nazirliyində məsul vəzifədədir.

Qeyd edək ki, Əhməd Əhmədzadə Sovet İttifaqı dövründən müxtəlif vəzifələrdə işləyən məmurlardandır. Onun “Baron” ləqəbi ilə tanındığı bildirilir. Ə.Əhmədzadə o qədər də diqqət mərkəzində olmasa da, bütün qohum-əqrəbasını yaxşı vəzifələrə yerləşdirib, böyük bir klanın ağsaqqalına çevrilib.
Əhməd Əhmədzadə həm də böyük biznesə, varidata sahibdir. Bütün biznes strukturları da oğlunun adınadır. Bir neçə il əvvəl mətbuatda Cuma Əhmədzadənin gənc yaşında malik olduğu biznes imperiyası barədə SENSASİYALI araşdırma dərc olunmuşdu.

“Advisors CO.”, “Proyekt”, “Muğal” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Uluyurd” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi şirkətlərin sahibi olan Cüma Əhmədzadənin, həm də otellər zəncirinin sahibi olduğu bildirilir.
“İlisu Uludağ Turizm və İstirahət Kompleksi”nin, “El-Resort” otelinin və s.
Onun İngiltərə və Çexiyada da şirkətlərinin (“ALPS s.r.o.”, “GYUNEL LİMİTED” və sair) olduğuna dair məlumatlar yayılıb.

P.S. Məktubda göstərilənlərlə bağlı adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq. (AzPolitika.info)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kərəm Həsənovun gizli kadr islahatı

    Kərəm Həsənovun gizli kadr islahatı ...

    11-04-2013, 11:08

  • 
  • Qudurğan məmur balaları prezidentə qarşı...

    Qudurğan məmur balaları prezidentə qarşı... ...

    20-02-2014, 23:59

  • 
  • Məmurların bölüşdürdüyü rayon: Ağsuda özbaşınalıq hökm sürür - REPORTAJ, FOTOLAR

    Məmurların bölüşdürdüyü rayon: Ağsuda özbaşınalıq ...

    30-03-2015, 22:42

  • 
  • Hakimiyyət bölgə üzrə qubernatorlarını dəyişir

    Hakimiyyət bölgə üzrə qubernatorlarını dəyişir ...

    31-10-2013, 10:32

  • 
  • Kərəm Həsənov imkanlı adamları MTN-nə necə satırmış?- KOMİTƏ SƏDRİ ELDAR MAHMUDOVA 200-Ə YAXIN "İŞ" VERİB

    Kərəm Həsənov imkanlı adamları MTN-nə necə ...

    17-11-2016, 00:21


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (115)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu