Azərbaycanda daha iki nazirin vəzifədən kənarlaşdırılacağı gözlənilir; Prezidentin Milli Məclisə göndərdiyi yeni qanun layihəsi bir neçə nazirin işindən uzaqlaşdırılması ilə nəticələnə bilər...
Onlardan birinin maliyyə naziri, digərinin baş nazir olacağı söylənir. Xeyli vaxtdır ki, Samir Şərifovla Artur Rasi-zadənin istefaya göndəriləcəyi haqda mətbuat yazır.
Prezident Administrasiyasının ləğvindən sonra hər iki nazirin vəzifədən gedəcəyi gözləniləndir.
Son günlər maliyyə naziri Samir Şərifovun və onun rəhbərlik etdiyi Maliyyə Nazirliyinin fəaliyyətindəki ciddi nöqsanlarla bağlı araşdırmalara başlanıldığı haqda məlumatlat intensivləşib.
Həmin məlumatlarda iddia olunur ki, Azərbaycan Hesablama Palatası Maliyyə Nazirliyində əsaslı yoxlamalara başlayıb.
Həmin yoxlamaların “növbədənkənar və təcili” olduğu vurğulanan həmin məlumatın ardınca isə bu təftişlərin təsadüfi olmadığı və konkret olaraq Samir Şərifovun çökdürülməsinə hesablandığlı bildirilir.
Samir Şərifov üst qatda özünü nə qədər “sözəbaxan” göstərməyə çalışsa da onun iddialarını görməmək imkansız idi.
Özü haqda “islahatçı nazir”, “qərbyönümlü məmur” imici formalaşdırmağa cəhdlər göstərən maliyyə nazirinin ən yaxın hədəfi isə baş nazir postu idi.
Artıq dəyişikliklər ərəfəsində növbə maliyyə nazirinə çatıb. Eldar Mahmudov, Əli Abbasov və Ziya Mənmmədovdan sonra sıra Samir Şərifovundur.
Artur Rasi-zadənin isə sərəncamı çoxdan hazırdır. Baş nazirin təm-təraqlı şəkildə vəzifədən gedişinə xeyli vaxt əvvəl qərar verilib.
Artıq düymə basılıb və proses başlanıb deyilir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci vitse-prezident təyin edildiyindən artıq A.Rasizadə "əvəzedilməz ikinci şəxs" statusunu itirib.
İndi ölkənin ikinci şəxsi birinci vitse-prezidentdir. O biri tərəfdənsə, ölkədə işlək baş nazirə ehtiyac var ki, 82 yaşlı Rasizadə bu standarta qətiyyən cavab vermir.(ulus)Gördüyünüz kimi Qərbdə, ABŞ - da insanlar özlərinə hörmət edirlər. Kerri çox gözəl bilir ki, yaşı 70-ə çatanda insanın beynində "tormozlanma” gedir, insanın naturası belədir. Bu tip insanlar dövləti idarə edə bilməzlər.
Bizdəki “qocalar evi”nin “sakin”ləri isə öz kreslosunda ölmək istəyirlər. Kerrinin bu addımı dünyadakı belə insanlara örnək olmalıdır.
Yaşı 80-i keçən və artıq işləmək istəməyən Azərbaycanın baş naziri Artur Rəsizadənin dəfələrlə istefa ərizəsi yazdığı barədə məlumatlar hələ xeyli əvvəldən var idi.
Hərçənd bu məlumatı nə hökumət, nə də ölkənin ikinci şəxsi təsdiqləmirdilər. Amma son dövrlər həmin məsələ yenidən gündəmə gəlməyə başlayıb.
Sorğu
Yeni dizaynımız necədir?