Azərbaycanda vətəndaşa qarşı qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlər edən dövlət orqanının vəzifəli şəxsinə qarşı cərimələr bir neçə dəfə ağırlaşdırılır.
Bu təklif icra başçılarına qarşı daha çox yönələ bilər. Çünki əksər hallarda vətəndaşları təhqir edən məmurlar rayon icra hakimləri olur.
Bundan sonra hər bir vətəndaş səs və ya video yazısı təqdim etməklə onu aşağılayan məmuru daha ağır cəzalandıra bilər.
Ölkə başçısı müşavirələrdə “Məmurlar xalqla adam kimi davranmalıdır”, “vəzifəli şəxslər xalqın ayağına getməlidir”, “harın məmur balaları cəzalandırılacaq”, “Mən harınların arxasında duranları cəzalandıracam”, “xalqla kobud rəftar edən məmurlar ciddi cəzalanacaq” kimi fikirlər səsləndirib.(ulus)Ancaq deputatlar, məmurlar, icra başçıları insanları aşağılayan ifadələr tez-tez işlədirlər. Normal ölkədə hansı məmur cəsarət edib vətəndaşı təhqir edə bilər? Əgər belə bir hal baş versə, vətəndaş vəzifəli şəxsi məhkəməyə verər, təzminat tələb edər. Azərbaycan reallığı budur.
Niyə harınlamış bəzi dövlət məmurları ancaq çapıb-talamaqla məşğul olublar və ya olurlar? Cavab çox sadədir. Çünki belələrində dövlətə, xalqa xidmət etmək şüuru, məqsədi yoxdur.
Vəzifə onlar üçün varlanmaq, harınlamaq, sadə vətəndaşı əzmək vasitəsidir. Çünki belə məmurlar üçün əxlaq, müqəddəs dəyər, halal və haram anlayışı, xalqa, dövlətə xidmət şüuru yoxdur.
Azərbaycan dövlətinin keşiyində duran sadə vətəndaşa Qədim Romadakı kimi, ağasına bir qarın çörək qarşılığında xidmət edən “Daxmalı qul” kimi baxırlar.
Ona görə də Cinayət Məcəlləsinin 293-cü (İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza) maddəsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən "3000 manatdan 4000 manata qədər” cərimə "4000 manatdan 6000 manata qədər” cərimə ilə əvəzlənir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?