GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Qlobal “Bombardier” şirkətinin direktoru Ziya Məmmədova görə istefa verdi

Qlobal “Bombardier” şirkətinin direktoru Ziya Məmmədova görə istefa verdi

Tarix: 12-05-2017, 22:00 Bölmə :Siyasət Baxış: 577
Qlobal “Bombardier” şirkətinin direktoru Ziya Məmmədova görə istefa verdi


Kanadanın qlobal miqyasda fəaliyyət göstərən “Bombardier” şirkətinin icraçı direktoru Pyer Boduen şirkətin son vaxtlar üzləşdiyi korrupsiya qalmaqallarına görə vəzifəsindən istefa verib. Virtualaz.org xəbər verir ki, bu haqda “The New York Times” qəzetinin məqaləsində deyilir. Bildirilir ki, seriya uğursuzluqlardan sonra Kanada hökumətinin maliyyə dəstəyinə ehtiyacı yaranan, təyyarələr, qatarlar və vaqonlar, habelə dəmiryol avadanlıqları istehsal edən şirkətin problemləri yaranıb.

Hazırda Monreal küçələrində şirkətə qarşı etiraz aksiyaları keçirilir. Və şirkətin əsas investorları artan tənqidlərə cavab olaraq şirkətin icraçı direktorunu istefaya göndərib. Şirkətin əsasını qoyan Cozef-Armand Bombardyenin nəvəsi olan Pyer Boduen bəyan edib ki, icraçı director vəzifəsindən istefa verir və Direktorlar Şurasının sədri postunda qalır. Lakin bundan sonra şirkətin idarə edilməsinə dair hər hansı funksiya daşımayacaq və tam iş günü boyu işləməyəcək, yəni ara-sıra şirkətə baş çəkəcək.

Bundan əvvəl “Bombardier” şirkəti Kanada hökumətinin maliyyə dəstəyini alandan sonra menecerlərinin maaşını qaldırıb və 14 min iş yerini ixtisar edib. Nəticədə kütləvi etirazlar başlayıb.

Şirkət üçün ən böyük başağrısı onun istehsal etdiyi “CSeries” təyyarəsi ilə bağlı yaranıb. İndiyədək “Bombardier” əsasən özəl jetlər və kiçik turbovintli təyyarələr istehsal edirdi, biznesi bu sahədə pis getmirdi. Daha sonra şirkət aztutumlu “CSeries” təyyarəsinin istehsalına başlayaraq Airbus və Boeing kimi nəhənglərlə rəqabətə girib. Bu təyyarə pis alınmayıb, ancaq layihəyə planlaşdırıldığından 2 milyard dollar çox sərf olunub və təyyarə bazara iki il gecikmə ilə çıxıb. Habelə “Boeing” şirkəti ittiham edib ki, “Bombardier” Kanadanın Kvebek pensiya fondundan aldığı 1.5 milyard dolların hesabına dempinq tətbiq edib və təyyarəni bazara ucuz çıxarıb.

Şirkətin dəmiryol bölməsi də ciddi qalmaqallarla üzləşib. Bu yaxınlarda “Bombardier”in İsveçdəki törəmə şirkətinin üç rəhbər işçisi Azərbaycan məmurları ilə korrupsiya sövdələşməsinə görə həbs olunub. Məlum olub ki, şirkət Azərbaycanla 2013-cü ildə bağlanan müqaviləyə əsasən Azərbaycan Dəmir Yollarına (o zaman Nəqliyyat Nazirliyinin tərkibində, nazir Ziya Məmmədovun nəzarətində olan struktur idi, dəmiryollarına isə Arif Əsgərov başçılıq edirdi-red.) Bakı-Böyük Kəsik yolu üçün siqnalizasiya avadanlıqları satıb. Və 300 milyon dollarlıq müqavilədən on milyonlarla dollar “otkat” şəklində Azərbaycan məmurlarına ötürülüb.

“The New York Times” onu da yazır ki, “Bombardier”in Avstraliya törəmə şirkətində də problemlər yaranıb. Məlum olub ki, şirkətin istehsal etdiyi dəmir yol vaqonlarının tormoz sistemlərində və digər yerlərində nasazlıq var. Və bütün bu qalmaqallar investorları şirkətin rəhbərliyində dəyişiklik etməyə məcbur edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 72 yaşlı professor Gədəbəy qızılından 15 milyon dollarlıq səhm aldı

    72 yaşlı professor Gədəbəy qızılından 15 milyon ...

    28-10-2015, 15:15

  • 
  • Mübariz Mənsimov məhkəmə yolu ilə dörd gəmisni geri alıb

    Mübariz Mənsimov məhkəmə yolu ilə dörd gəmisni ...

    25-12-2016, 21:17

  • 
  • Kərimovanın işi: “Vimpelkom” şirkətinin keçmiş rəhbəri həbs olundu

    Kərimovanın işi: “Vimpelkom” şirkətinin keçmiş ...

    5-11-2015, 20:56

  • 
  • Baş prokuror istefa verdi

    Baş prokuror istefa verdi ...

    9-07-2013, 19:53

  • 
  • Nazirin deputat qardaşının Panamada şirkəti üzə çıxdı - (Fotofakt)

    Nazirin deputat qardaşının Panamada şirkəti üzə ...

    18-09-2013, 16:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu