GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Hakimiyyət Rusiyaya qarşı hərəkətə keçdi - sərt cavab

Hakimiyyət Rusiyaya qarşı hərəkətə keçdi - sərt cavab

Tarix: 23-05-2017, 16:10 Bölmə :Siyasət Baxış: 542
Hakimiyyət Rusiyaya qarşı hərəkətə keçdi - sərt cavab


Az.TV anti-Azərbaycan qüvvələrin arxasındakı adamı göstərdi...; İqtidar televiziyası ÜAK-ın ləğvi ilə bağlı qərarı qərəzli saydı və ölkəmiz əleyhinə çalışan qüvvələri ittiham etdi; Rusiya xarici işlər naziri Sergey Lavrovun erməni ilə öpüşməsinin efirə verilməsi nəyə işarədir?

Ötən həftə Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin(ÜAK) qeydiyyatının ləğv olunması barədə qərarı rəsmi Bakıda ciddi narazılıq yaratsa da, hakimiyyət təmsilçiləri kifayət qədər ehtiyatlı mövqe sərgilədilər.

Xatırladaq ki, mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiasını təmin edərək, ÜAK-ın qeydiyyatının ləğv olunması barədə qərar verib. Ədliyyə Nazirliyi ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğunu iddia edir. ÜAK-ın prezidenti Fazil Qurbanov qərarı ədalətsiz adlandırıb. O, apelyasiya şikayəti verəcəklərini bildirib.

Mayın 21-də Az.TV-nin “Həftə” analitik-informasiya proqramında bu qərarla bağlı süjet efirə verilib. “Qərəzli qərar” başlığı ilə efirə verilən süjetdə ÜAK-ın ləğvi Azərbaycanın regionda reallaşdırdığı qlobal layihələrə Rusiya dövlət orqanlarındakı ermənipərəst məmurların fəaliyyəti kimi qiymətləndirilib.

Qeyd olunub ki, postsovet məkanında Azərbaycan müstəqil siyasət yeridən nadir ölkələrdən biri olması bir çox qüvvələrin xoşuna gəlmir. Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri ilə müşahidə olunan süjetdə rusların Azərbaycanda rahat yaşaması, həm dini, həm mədəni ənənələri üçün bütün şəraitin yaradıldığı, rus dilinin inkişafı və rus icmalarının sərbəst fəaliyyəti qeyd olunur. Bildirilib ki, Azərbaycanın dünyada artan rolu bəzi dairələrin narahatlığına səbəb olub.

Vitse-spiker Bahar Muradova deyib ki, bu qərarın arxasında olan qüvvələr Azərbaycanla Rusiya arasında münasibətləri “düşmənçilik həddinə çatdırmaq” niyyəti güdüblər ki, bu niyyət alınmayacaq.

Hakimiyyət Rusiyaya qarşı hərəkətə keçdi - sərt cavab


O da vurğulanıb ki, bu qərarın qəbulunda Rusiyanın ədliyyə sisteminə yerləşmiş ermənipərəst şəxslərin rolu da az olmayıb. Bundan sonra efirdə əvvəl Rusiya hökumətinin, sonra isə Rusiya XİN-in binası görünüb. Bundan sonra isə iki maraqlı persona efirdə görünüb. Belə ki, efirə Rusiya Erməniləri İttifaqının sədri Abramyanın 60 illiyi ilə bağlı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovla xarici işlər naziri Sergey Lavrovun tədbirdə iştirak etdiyi, erməni diaspor təşkilatının sədri ilə qucaqlaşmaları, xarici işlər nazirinin qol-qola şəkil çəkdirmələri verilib. “Təəssüf ki, eyni münasibət Ümumrusiya Azərbaycanlıları Konqresinə nəinki sərgilənmir, əksinə, qeydiyyatının ləğvi ilə bağlı qərar qəbul olunur. Bu birtərəfli və əsassız yanaşmanın kökündə antiazərbaycan qüvvələrinin ölkəmizin uğurlarını həzm edə bilməməsi dayanır” deyə, Az.TV bildirib.


Hakimiyyət Rusiyaya qarşı hərəkətə keçdi - sərt cavab


O da qeyd olunub ki, bu kimi diaspor təşkilatları Rusiya ilə Azərbaycan arasında bir körpü rolu oynayır, “amma görünən odur ki, Rusiyadakı antiazərbaycan dairələr bunu istəmir”.

Hakimiyyət Rusiyaya qarşı hərəkətə keçdi - sərt cavab


Hakimiyyət televiziyası bəyan edib ki, rəsmi Bakı Rusiya tərəfinin ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı “hüquqi pozuntular” iddiasını əsassız hesab edir. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynov deyib ki, Ədliyyə Nazirliyinin ÜAK-ın ləğvi ilə bağlı birbaşa Ali Məhkəməyə müraciəti bu məsələdə qərəz olduğunu təsdiqləyir. “Qanunvericilikdə başqa sanksiyada var. Məsələn, cərimə sanksiyası tətbiq edilə bilərdi”. Ə.Hüseynov da Rusiya hökumətində və ədliyyə orqanlarında antiazərbaycan qüvvələrin olduğunu deyib: “Onlar yəqin ki, iki ölkə arasında strateji münasibətlərin nə olduğunu bilmirlər...”

Hakimiyyət Rusiyaya qarşı hərəkətə keçdi - sərt cavab


Hakimiyyət telekanalı sonda qərarla bağlı daha ciddi mətləblərə toxunub. Yada salınıb ki, Azərbaycan Bakı Tiflis-Qars dəmiryolunu, TANAP qaz layihəsini işə salmaq ərəfəsindədir. O cümlədən bu qərarın Azərbaycan ordusunun güclənməsində və Qarabağ məsələsində tutduğu prinsipial mövqeyinin də təsiri olub. O da vurğulanıb ki, Rusiyanın Ermənistana silah satması fonunda ÜAK-ın ləğvi təsadüfə oxşamır. Bu cür ikili mövqe isə Rusiyanın həmsədr ölkə kimi tərəfsizlik missiyasına kölgə salmaq kimi qiymətləndirilir.

Hakimiyyət Rusiyaya qarşı hərəkətə keçdi - sərt cavab


Beləliklə, ÜAK-ın ləğvi ilə bağlı hakimiyyət dövlət televiziyası vasitəsilə tutarlı cavab verib. Bu mövqedə əsas xəttin Kremli qıcıqlandıran Azərbaycanın transmilli layihələrinin və Qarabağ məsələsinin üzərində cəmləşməsi diqqət çəkir. Bu siyasətin müəyyənləşməsində də əsas ağırlıq erməni ilə öpüşən Sergey Lavrovun üzərindədir. Lavrovun erməni kökənli olması bilinən faktdır, amma indi iqtidar televiziyasının da onu personasına diqqət çəkməsi təsadüfə oxşamır. Əcəba, anti-Azərbaycan qüvvələrin arxasındakı adam Lavrovdurmu?

“YM”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ÜAK-ın ləğvinə Bülbüloğlu çalışıb? - Rus ekspertdən şok

    ÜAK-ın ləğvinə Bülbüloğlu çalışıb? - Rus ...

    17-05-2017, 20:23

  • 
  • Ali Məhkəmə dini icmanın ləğvi barədə qərarı dəyişmədi

    Ali Məhkəmə dini icmanın ləğvi barədə qərarı ...

    13-11-2014, 12:22

  • 
  • Rusiya azərbaycanlı oliqarxın qurumunu ləğv edir

    Rusiya azərbaycanlı oliqarxın qurumunu ləğv edir ...

    25-11-2016, 12:43

  • 
  • İqtidar “milyarderlər ittifaqi”na qarşi hərəkətə keçdi

    İqtidar “milyarderlər ittifaqi”na qarşi hərəkətə ...

    10-02-2013, 11:36

  • 
  • Kremllə Azərbaycan hakimiyyəti arasında buzlar ərimir...

    Kremllə Azərbaycan hakimiyyəti arasında buzlar ...

    22-05-2017, 16:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu