Prezident Administrasiyasında islahatların növbəti mərhələsi baş verdi və prezident köməkçilərinin sayı ona çatdı. Maraqlıdır, köməkçilərin sayının bu qədər artırılmasının səbəbi nədir? Ekspertlər hesab edir ki, belə bir addım atmaqla mərkəzləşmiş hakimiyyətin formalaşması məqsədi güdülür. Yəni, prezident köməkçilərinin sayının artırılması ilə Nazirlər Kabinetinin səlahiyyətləri azaldılacaq. Məsələn, prezidentin iqtisadi sfera ilə bağlı iki köməkçisi varsa , baş nazirin iqtisadi məsələlər üzrə müavinin olmasına ehtiyac qalırmı?. Sözsüz ki, yox. Bu isə bir daha təsdiq edir ki, Nazirlər Kabineti ciddi ixtisarlara məruz qalacaq. Bununla yanaşı bir-birinin işini təkrarlayan nazirliklərin də birləşdirilməsi gündəmdədir. Hələlik isə aydın görünən budur ki, baş nazirin müavinlərinin böyük əksəriyyəti postları ilə vidalaşacaqlar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?