GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » REYESTR XİDMƏTİNİN VƏZİFƏLİ ŞƏXSİNƏ ŞOK İTTİHAM – “200 min manatımı mənimsəyib, işinin başındadır” (Yeniləndi)

REYESTR XİDMƏTİNİN VƏZİFƏLİ ŞƏXSİNƏ ŞOK İTTİHAM – “200 min manatımı mənimsəyib, işinin başındadır” (Yeniləndi)

Tarix: 20-07-2017, 18:23 Bölmə :Siyasət Baxış: 600
REYESTR XİDMƏTİNİN VƏZİFƏLİ ŞƏXSİNƏ ŞOK İTTİHAM – “200 min manatımı mənimsəyib, işinin başındadır” (Yeniləndi)


Son illər Azərbaycanda dələduzluğun, başqalarının etibarından sui-istifadə edərək külli miqdarda vəsaitin ələ keçirilməsi hallarının artdığı müşahidə olunur. Demək olar ki, hər həftə mətbuatda bu cür faktlara dair məlumatlara rast gəlinir. Acınacaqlı haldır ki, dələduzluqla məşğul olanların əksəriyyəti əsasən vəzifəli şəxslər və onların yaxınları, qohumlarıdır.

Heç şübhəsiz bu cür haların kütləviləşməsinin başlıca səbəbi dələduzluqla məşğul olanların sərt şəkildə cəzalandırılmamasıdır. Məhz bunun nəticəsidir ki, bu gün ölkədə dələduzların qurbanına çevrilmiş minlərlə insan haqqının bərpa edilməsi üçün hara müraciət etmək lazım olduğu sualına cavab axtarır. Bir çoxu da səslərini ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarının başında duran şəxslərə çatdırmaq üçün mətbuata üz tutur.

“Dedi ki, torpaq sahələrini özəlləşdirməsən, əmlakın əlindən alınacaq”


Elə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi massiv 2, ev 39-da yaşayan “Turan” kiçik müəssisəsinin və “Çeşmə” MMC-nin təsisçisi və direktoru Əliyev Firudin Məşi oğlunu da belələrindən hesab etmək olar. “AzPolitika.info” saytına müraciət edən Firudin Əliyev də, məhz vəzifəli şəxslərin dələduzluğunun qurbanına çevrildiyini iddia edir. Onun şikayəti isə Əmlak Məsələləri Üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinın vəzifəli şəxslərindəndir.

“AzPolitika.info” saytı vasitəsilə səsini ölkə Prezidenti İlham Əliyevə və hüquq-mühafizə orqanlarının rəhbərliyinə çatdırmaq istəyən Firudin Əliyev, ədalətin bərpa olunacağına ümid edir.

Firudin Əliyevin yazdığına görə, 1996-cı ilin əvvəllərində Qaradağ rayonu, Bakı-Salyan şossesi 24 ünvanında yerləşən “Turan” kiçik müəssisəsini yaradıb. Daha sonra isə həmin ünvanda digər “Çeşmə-F” MMC-ni yaradıb: “Hər iki müəssisənin ümumi sahəsi 1,08 ha təşkil edir. Bu müəssisələrin birlikdə ümumi sahəsi 600 m2 olan inzibati binalarının bir hissəsini 2004-cü ildə, digər hissəsini isə 2008-ci ildə özəlləşdirərək bu barədə adıma reyestrdən çıxarışlar almışam. Lakin həmin obyektlərin yerləşdiyi sahəsi 1,08 ha torpaq sahəsi isə özəlləşməmişdir. 2014-ci ilin yay aylarından başlayaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin Qaradağ rayonu üzrə şöbəsinin Zahid Mustafayev adlı əməkdaşı təkidlə tələb etdi ki, mütləq müəssisələrin istifadəsində olan torpaq sahələri özəlləşdirilməlidir. Əks halda bu torpaqlar geri alınacaq. Həmin vaxtlarda mənim özəlləşdirməni aparmaq üçün vaxtım və imkanım yox idi. Zahid isə öz tələbində israrlı idi”.

“Bildirdi ki, danışıb və Məmməd bu işə görə 250.000 manat pul istəyir”


REYESTR XİDMƏTİNİN VƏZİFƏLİ ŞƏXSİNƏ ŞOK İTTİHAM – “200 min manatımı mənimsəyib, işinin başındadır” (Yeniləndi)


Firudin Əliyevin sözlərinə görə, Zahid Mustafayev ondan əl çəkmir, bunun
“yuxarıdan” gələn göstəriş olduğunu, torpaqları özəlləşdirməzsə, əmlaklarının əlindən çıxacağını bildirir. Bundan qorxuya düşən F.Əliyev ondan nə etməli olduğunu soruşur: “Bilmirdim ki, torpağın özəlləşdirilməsi ilə əlaqədar nə etməliyəm, hara müraciət etməliyəm. Ona dedim ki, ozəlləşdirmənin qanuni yollarla xərci, yaxud da rüsumun nə qədər olması mənim üçün qaranlıq bir məsələdir. O isə bildirdi ki, həmin torpaq sahəsinin özəlləşdirilməsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində maliyyə şöbəsinin rəisi işləyən Məhəmməd Talıbov adlı bir şəxs mənə kömək edə bilər. Dedi ki, M.Talıbov bu işlərdə əli olan adamdır və bu işi pul alıb düzəldə bilər. İstəsən onu səninlə tanış edib məsələni həll edərik. Mən də ona dedim ki, Məhəmməd müəllimlə əlaqə saxlayıb lazım olan məbləği və toplanmalı olan sənədlərin siyahısını hazırlayıb, mənə bildirsin.
2014-cü ilin noyabr ayının, təxminən, ortalarında Zahid Mustafayev mənə zəng edərək yanıma gəldi. Bildirdi ki, danışıb və Məhəmməd bu işə görə 250.000 manat pul istəyir. Zahid onu da mənə bildirdi ki, puldan vasitəçi kimi ona da 10.000 manat «şirinlik» veriləcək. Bu qədər məbləğ mənim üçün çox fantastik idi. Buna görə də mən həmin məbləğlə razılaşmadım”.

F.Əliyevin sözlərinə görə, Zahid Mustafayevdən məbləğı aşağı saldırmağı xahiş edir: “Zahid elə yanımdaca Məhəmmədə telefon açdı və onunla bir neçə dəqiqə danışandan sonra 215.000 manata razı sala bildi. Mən bu məbləğə razılaşdım”.

“Məhəmməd kabinetə girəndə Elşən verdiyim 200 000 manat pulu sayırdı”

F.Əliyevin sözlərinə görə, ona bu məbləğin böyük hissəsinin qanuni şəkildə dövlətə ödənildiyi, bir hissəsinin isə “zəhmət haqqı” olaraq onlara qaldığı bildirilib. Bir müddət sonra, o, 200.000 manat toplayaraq, Zahid Mustafayevə Məhəmməd Talıbovla görüşə hazır olduğunu söyləyir: “O da Məhəmmədlə əlaqə saxlayaraq bildirdi ki, 2014-cü ilin noyabr ayının 24-də Bakı şəhər Nərimanov rayonu ərazisində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin yanında görüşək. Həmin gün kürəkənim Ülvi ilə bərabər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə getdik. İdarənin yanında Zahid artıq bizi gözləyirdi. Bizi görən kimi Zahid soruşdu ki, pulu gətirmisiniz? Dedim ki, bəli. Sonra Zahid Məhəmmədə zəng elədi. Telefonda Zahid Məhəmmədə bildirdi ki, biz pulları və lazımı sənədləri gətirmişik. Məhəmməd isə bizi Dasınmaz Əmlakın Dovlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin qarşısında yerləşən bir ofisə göndərdi. Bildirdi ki, orada onun Elşən Əsgərov adlı bir işçisi işləyir. Dedi ki, Elşən sənədləri və pulları yoxlasın, özü isə yarım saata Elşənin kabinetinə gələcək. Bundan sonra mən Zahidin bələdçiliyi ilə kürəkənim Ülvi ilə bərabər Elşənin kabinetinə daxil olduq”.

F.Əliyev bildirir ki, Elşən Əsgərov onları qəbul edərək, pulların ona verilməli olduğunu söyləyib: “Söhbət zamanı Elşən bildirdi ki, “Məhəmməd müəllim hələ dünəndən sizi gözləyir. Özü mənə deyib ki, özəlləşmə üçün pul gətirəcəklər, götürərsən. Özü də bir azdan gələcək. Xahiş elədi ki, o gələnə kimi sohbətimizi danışıb bitirək, problem olmasın”. Elsən hətta əlavə elədi ki, Məhəmməd müəllim şəxsən ona tapşırıb və heç bir problem olmayacaq. Mən də işin artıq yüz faiz həll olunacağını yəqin etdim. Ülvi ilə Zahidin yanında 200.000 manatı sayıb Elşənin kabinetində ona verdim. Bir azdan Məhəmmədin özü də Elşənin kabinetinə gəldi. Məhəmməd kabinetə girəndə Elşən verdiyim 200 000 manat pulu sayırdı. Məhəmməd bizə dedi ki, “bayaq Zahid sizin sözünüzü mənə çatdırdı. Ancaq aşağı yeri yoxdur, “yuxarıdan” göstəriş var, pul lazımdır. Bizə də konkret haqq qoyublar”.

“Bildirdi ki, narahat olma, pullar artıq “yuxarı dairələrə” çatıb, hər şey yaxşı olar”
F.Əliyevin sözlərinə görə, bundan sonra o, Məhəmməd Talıbovdan çıxarış və texniki pasportun nə vaxt hazır olacağını soruşub: “Məhəmməd, Zahid və Elşən bildirdilər ki, bir aya hər şey hazır olacaq. Mən 200 000 manat pulu verdikdən bir ay keçsə də, onlardan bir xəbər çıxmadı. Amma arada bir Məhəmməd və Zahidlə telefon əlaqələrimiz olurdu. Artıq 2015-cı ilin mart ayı da gəldi. 2015-ci ilin mart ayının əvvəllərində Elşən və Zahid zəng edərək, məni sənədlər və möhürümlə birlikdə Əmlak Məsələləri uzrə Dovlət Komitəsinə dəvət etdilər. Komitədə onlar məni müxtəlif kabinetlərə aparıb sənədlərə imza etdirdilər. Sonra mən çıxıb getdim. 2015-ci ilin aprel ayında Zahid gəlib iki dəfəyə məndən Nərimanov rayonunda yerləsən “Kosmos” dukanının arxasında cəmi 10.000 manat aldı. Dedi ki, bu pul onunla Elşənə çatır. Lakin iş yenə uzanmağa başladı”.

F.Əliyev bildirir ki, narahat olduğunu görən Zahid Mustafayev ona Məhəmməd Talıbovla görüşməyi məsləhət bilir: “Məhəmmədlə əlaqə saxlayaraq, onunla görüşdüm. Bildirdim ki, əgər iş düzəlmirsə onda pullarımı qaytarsınlar. Məhəmməd isə mənə bildirdi ki, narahat olma, pullar artıq “yuxarı dairələrə” çatıb, hər şey yaxşı olar. Sənədlərin hazırlanmasına çox qalmayıb. Dedi ki, Elşənlə əlaqə saxlayım. Bundan sonra mən bir həftə dalbadal Elşənə, sonra isə Məhəmmədə zəng edərək onlardan işin nəticəsini tələb etdim. Bu zənglərin birində Elşən dedi ki, 200 000 manatın hamısını Məhəmməd müəllimə vermişdir, onluq heç nə yoxdur, ona qəpik-quruş qalıb. Mən isə bildirdim ki, huquq-muhafizə orqanlarına sizin hamınızdan sikayət edəcəyəm. Elşən bu sozlərimdən bərk qorxaraq mənə yalvarıb dedi ki, “əgər istəyirsənsə səninlə 200 000 manatlıq formal borc müqaviləsi bağlayaq. Muqavilədə gostərərəm ki, həmin pulu səndən borc almısam”. Mən də əlacsız qalaraq fikirləşdim ki, heç olmazsa qarantiyam olar. Belə bir müqaviləni kürəkənim Ülvi ilə bağlamasına razı oldum. Elşənlə bu söhbətimizdən sonra kurəkənim Ulvi ilə Elşən arasında Bakı səhəri Nərimanov rayon ərazisində yerləşən 9 saylı notariat kontorunda 19.08.2015-ci il tarixdə borc muqaviləsi baglanıldı. Lakin müqavilə bağlansa da, mən hiss edirdim ki, Məhəmməd ilə Elşən bu qədər pulu mənə verən deyillər. Amma yenə də işin düzələcəyinə ümid edirdim. Mən yenə də Məhəmməd və Elşənlə söhbət apardım. Bu dəfə hətta tanışım Seyidlə onların görüşünə getdim. Görüş zamanı Məhəmmədə bildirdim ki, yaxınlarda iş düzəlməzsə polisə və Kərəm Həsənova şikayət edəcəyəm. Dedim ki, mənimlə yalançı borc müqaviləsi bağlamaqla deyil. Bu dəfə Məhəmməd ilə Zahid məni sakitləşdirməyə başladılar. Və mənə böyük bir obyektin «Çıxarış»ını və bu obyektə dair kürəkənimin adına baş etibarnamə verməyi təklif etdilər. Bildirdilər ki, əgər iş alınmazsa və pul batsa, həmin obyekti adınıza keçirə bilərsiniz. Onlar həmin “Çıxarış”ı mənə təqdim etdilər və mən də razı oldum, cünki başqa çıxış yolum yox idi.

15.09.2015-ci il tarixdə həmin obyektin sahibi Bayramov Amil Həmdiyyə oğlunun adından Bakı şəhəri, 38 saylı notariat kontorunda bütün əmlakı üzərində sərəncam vermək hüququna dair kürəkənim Abdullayev Ülvinin adına tərtib edilmiş etibarnaməni Elşən mənə verdi. Buna qədər isə Elşən ona inanım deyə bacısı Əsgərova Gülşən Əsgər qızına məxsus Səbael rayonu, Badamdar qəsəbəsində yerləşən mənzilinə dair Gülşənin adından kürəkənim Abdullayev Ülvinin adına tərtib edilmiş 04.09.2015-ci il tarixli etibarnamə də vermişdi. Sonra Zahidlə Elşən kürəkənimlə mənə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi 18 “C” ünvanında yerləşən Məhəmmədin qohumu kimi təqdim olunan Bayramov Amil Həmdiyyə oğluna məxsus fərdi yaşayış evini göstərdilər”.

REYESTR XİDMƏTİNİN VƏZİFƏLİ ŞƏXSİNƏ ŞOK İTTİHAM – “200 min manatımı mənimsəyib, işinin başındadır” (Yeniləndi)


“Saxta borc müqaviləsi bağlayıblar, saxta etibarnamələr veriblər”

F.Əliyevin sözlərinə görə, sonradan ona məlum olur ki, adları çəkilən şəxslər hüqüq-mühafizə orqanlarına şikayət edəcəyindən qorxaraq, 200.000 manat pulun müqabilində onunla saxta borc müqaviləsi bağlayıblar, saxta etibarnamələr, saxta sənədlər veriblər. F.Əliyev bundan sonra əmin olur ki, bütün bunlar bir qrup şəxsin (Məhəmməd Talıbovun, Elşən Əsgərovun və Zahid adlı şəxsin) qrup halında dələduzluğudur. Həmin şəxslər digər vətəndaşların da külli miqdarda pullarını mənimsəmək yolu ilə belə cinayətlər törədiblərmiş. “Növbəti dəfə mən 2015-ci ilin sentyabr ayının sonlarında Elşənin Nərimanov rayonunda yerləsən kabinetinə gedən zaman öyrəndim ki, o qaçıb gizlənib, yeri də bilinmir. Bundan sonra mənə məlum oldu ki, Elşənin bizə verdiyi obyektə dair etibarnamələr də saxtadır. Buna görə də, mən cavab almaq üçün dərhal Məhəmməd müəllimi tapdım. Məhəmməd müəllim isə özünü təmizə çıxarmaq üçün müxtəlif bəhanələr gətirməyə və and içməyə başladı. Dedi ki, “pulu mənə yox, Elşənə vermisən, get ondan da al.” Mən dedim axı mən Elşən adlı adam tanımırdım, sən məni onun yanına göndərdin və tapşırdın ki, pulu ona verim”.

F.Əliyev bildirir ki, Məhəmməd Talıbov 200 000 manatı Elşənə onun tələbilə və yanında verdiyini danmağa çalışıb: “Halbuki, Elşən də mənə bildirdi ki, pulu sənə verib, ozu ilə Zahidə cəmi 10.000 manat qalıb. Vəziyyətin belə olduğunu görən Zahid Mustafayev qorxdu və mənə bildirdi ki, aldığı 10 000 manatı qaytaracaq. Sonradan Zahid həqiqətən də özü üçün aldığı 10 000 manatdan 9000 manatını oğlu vasitəsilə geri qaytardı. 1000 manatı hələ də qaytarmayıb. Elşən, Zahid və Məhəmməd adlı səxslər bir qrup mütəşəkkil dəstə şəklində məni aldadaraq, etibarıma girərək mənim ümumi olaraq 200 001 manatdan çox pulumu mənimsəyərək dələduzluq etmişlər”.

F.Əliyevin sözlərinə görə, ötən müddət ərzində ölkədə manatın dəyərinin azalmasını da nəzərə aldıqda, ona böyük miqdarda ziyan vurulduğu ortaya çıxar. O da bütün bunlarla bağlı cinayət işi başlanılması və öna vurulmus maddi ziyan odənilməsi üçün hüqüq-mühafizə orqanlarına müraciət edib.

“Əsgərovun işi məhkəməyə verilmək üzrədir, Talıbov isə vəzifəsində işləyir”


REYESTR XİDMƏTİNİN VƏZİFƏLİ ŞƏXSİNƏ ŞOK İTTİHAM – “200 min manatımı mənimsəyib, işinin başındadır” (Yeniləndi)


F.Əliyevin vəkili Camal Bağırzadənin bildirdiyinə görə, işin ayrı-ayrı detalları üzrə Nərimanov və Xəzər rayon prokurorluqları tərəfindən bu faktlar barəsində cinayət işi başlanmış və istintaq aparılır: “Bu işin iştirakçısı Elşən Əsgərovun işi artıq məhkəməyə verilmək üzrədir. Amma M.Talıbovun cinayəti ona sübut olunsa da, “BTİ”nin rəhbərliyi onun məsuliyyətə cəlb edilməsinə ciddi maneə törədir. Hətta M.Talıbov əvvəlki kimi öz işində işləyir. Onu işindən kənarlaşdırmayıblar da. Nərimanov rayon Polis İdarəsinin İstintaq İdarəsi tərəfindən cinayət işinin istintaqı Məhəmmədə kömək məqsədi ilə dayandırılıb. Məhəmmədin üzünə duran şəxslərdən məlum oldu ki, bu işdə hətta ƏMDX-nin çox mühüm bir əməkdaşının da adı keçir. Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Pərviz Məmmədov cinayət işinin icraatının dayandırılması barədə qərar çıxarıb. Bu görünməniş qanunsuzluqdur. Sahibkar F.Əliyev isə olan-qalan pullarını bu “özəlləşdirənlərə” verərək, indi müflis bir vəziyyətdə polis və prokurorların qapılarında qalıb”.

Vəkil Camal Bağırzadə qərarın ləğv edilməsi və istintaqın yenidən başlanılması üçün məhkəməyə müraciət etdiklərini bildirdi: “Bununla bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət etmişik. İyul ayının 21-də proses keçiriləcək. Məhkəmənin bu əsassız qərarı ləğv edəcəyinə şübhə etmirəm.
Eyni zamanda Nərimanov rayon Prokurorluğunun da bu qərarla razılaşmadığı mənə məlumdur. Prokurorluğun da bu qərarı ləğv edərək, cinayət işini yenidən icraata verəcəyini gözləyirik”.

Qeyd edək ki, müraciətdə səslənən ittihamlarla bağlı Əmlak Məsələləri Dövlət Komitəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərsək də, heç bir cavab almadıq. Bununla belə onların, eləcə də yazıda adları çəkilən şəxlərin də mövqeyini işıqlandırmağa hazırıq.

***
Əmlak Məsələləri Dövlət Komitəsinin cavabı


REYESTR XİDMƏTİNİN VƏZİFƏLİ ŞƏXSİNƏ ŞOK İTTİHAM – “200 min manatımı mənimsəyib, işinin başındadır” (Yeniləndi)


Yazı capa getdikdən sonra Əmlak Məsələləri Dövlət Komitəsindən sorgumuza cavab verilib. Komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov tərəfindən göndərilən məktubu olduğu kimi dərc edirik. Ancaq oxucular üçün aydın olsun deyə bildirək ki, sorğumuzda şikayət məktubunda qeyd edilənlər haqda məlumat verdikdən sonra aşağıdakı sualların cavablandırılmasını xahiş etmişdik:

1.Qanunla sahibkardan torpaq sahəsini də özəlləşdirmək tələb oluna, əks halda mülkiyyətinin əlindən alınacağı ilə hədələnə bilərmi?
2. Əmlak Məsələləri Üzrə Dövlət Komitəsi tabeçiliyindəki strukturda baş verən bu hadisəni araşdırıbmı? Günahkarlar tapılıb, cəzalandırılıbmı?
3. Sahibkarı hədələyən Əmlak Məsələləri Dövlət Komitəsinin Qaradağ rayonu üzrə şöbəsinin əməkdaşı və rəhbərliyi barəsində hansı tədbir görülüb?
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin maliyyə şöbəsinin rəisi Məhəmməd Talıbovun bu işdə iştirakının hansı səviyyədə olduğu müəyyənləşdirilibmi?
5. Məsuliyyətə cəlb olunan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin əməkdaşı Elşən Əsgərovun sahibkardan 200.000 min manatı kimin göstərişi və nə məqsədlə aldığı aydınlaşdırılıbmı?
6. Sahibkarın 200.000 manat rüşvət verdiyini iddia etdiyi Məhəmməd Talıbov nəyə görə indiyədək məsul vəzifədə saxlanılır?
7. İşdə Əmlak Məsələləri Dövlət Komitəsinin çox mühüm bir əməkdaşının adının keçməsi doğrudurmu?
8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində vətəndaşlardan və sahibkarlardan rüşvət tələb olunmasına dair şikayətlərlə bağlı Komitə hansı tədbirləri görür?

Komitədən bununla əlaqədar bildirilib:

Vətəndaş Əliyev Firudin Məşi oğlunun şikayətinin araşdırılması ilə bağlı sorğunuza ƏMDK-da baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, həmin sorğuda vətəndaşın narazı qaldığı məqamlar və onun şəxsi mülahizələri təsdiq olunaraq sübuta yetirilmiş faktlar kimi göstərilməklə, onlara açıqlama verilməsi xahiş olunmuşdur.
Vətəndaşın müraciətinə hörmətlə yanaşaraq eyni zamanda xatırladırıq ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin V hissəsinə əsasən Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu baxımdan, bu və ya digər şəxslərin cinayət törətməsi, onların hərəkətlərinin sübuta yetirilməsinə baxmayaraq məsuliyyətə cəlb olunmaması, onların barəsində tədbirlərin görülməməsi və sair bu kimi məsələlərin vurğulanması Konstitusiyanın sözügedən tələblərinə söykənmir.
Bundan başqa, cinayət təqibinin predmetini təşkil edən hallara ƏMDK tərəfindən qiymət verilərək günahkarların cəzalandırılması tələbi ilə bağlı qeyd edilməlidir ki, Konstitusiyanın 125-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.
Sorğuda göstərilənlərlə əlaqədar aparılan cinayət təqibinə aid məlumatların ƏMDK-dan istənilməsinə gəldikdə isə diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikası Cinayət Posessual Məcəlləsinin 7.0.3-7.0.4-cü maddələrinə uyğun olaraq cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi təhqiqat, istintaq, prokurorluq orqanları və ya məhkəmələrin fəaliyyət istiqamətlərinə aiddir.

Cavablandırılmasını xahiş etdiyiniz 1-ci sualla əlaqədar bildiririk ki, dövlət torpaqlarının özəlləşdirilməsinin prosedurları Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin , habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə ilə müəyyən edilir. Həmin Əsasnamənin 11-ci bəndinə uyğun olaraq torpaq sahələri satın alınması üçün həmin torpaqda yerləşən müəssisə və obyektin mülkiyyətçilərinə təklif olunur. Mülkiyyətçi torpaq sahəsini almadıqda onunla satın alma hüququ ilə icarə müqaviləsi bağlanılır. Mülkiyyətçi icarə müqaviləsini də bağlamadıqda həmin torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər.

2-ci suala cavab olaraq bildiririk ki, F. Əliyevin məsələ ilə bağlı Korrupsiya İlə mübarizə Baş idarəsinə etdiyi müraciəti 26 yanvar 2016-cı il tarixdə ƏMDK-ya göndərilmişdir. F. Əliyev müraciətin araşdırılmasında iştirak edilməsi üçün dəvət olunmuş, lakin onun ölkə ərazisindən kənarda olduğu məlum olmuşdur. Özünü onun şəriki kimi təqdim edən Dadaşov Bəxtiyar adlı şəxsə şikayətçinin iştirakının vacib olduğu bildirilmiş, lakin buna baxmayaraq F. Əliyevin araşdırmada iştirakı təmin olunmamışdır. Sualınızın günahkarların cəzalandırılması hissəsinə isə yuxarıda cavab verilmişdir.

3-4 və 6-cı suallarınızda göstərilən ƏMDK-nın əməkdaşları tərəfindən yol verilmiş qanun pozuntularını təsdiqləyən və iş üzrə aparılan istintaq zamanı hüquqi qiymət almayan yeni mötəbər sübutlar şikayətçi və ya Sizin tərəfinizdən təqdim edildikdə onların tam, hərtərəfli və obyektiv araşdırılması təmin olunacaqdır. Eyni zamanda, sorğunuzda göstərilənlərlə bağlı istintaq orqanı və ya məhkəmə tərəfindən hər hansı qərar qəbul olunduğu təqdirdə ƏMDK tərəfindən icra ediləcəkdir.

5-ci sualda adını göstərdiyiniz Elşən Əsgərov heç vaxt istər ƏMDK-nın, istərsə də DƏDRX-in əməkdaşı olmayıb. Güman etmək olar ki, “Azpolitika.info” saytı bu nəticəyə F. Əliyevin sözlərinə əsaslanaraq gəlmişdir, lakin bu ehtimal həqiqətə uyğun deyildir. F. Əliyev tərəfindən verilən 200.000 manat vəsaitlə əlaqədar bildiririk ki, F. Əliyevin Korrupsiya Baş İdarəsinə ünvanladığı müraciət ƏMDK tərəfindən araşdırılarkən müəyyən edilmişdir ki, onun kürəkəni Abdullayev Ülvi Bəylər oğlu 19 avqust 2015-ci il tarixdə notarial qaydada kredit müqaviləsi bağlamaqla E. Əsgərova kredit şəklində 200.000 ABŞ dolları pul vəsaiti vermişdir (müqavilənin surəti əlavə olunur). Bununla əlaqədar olaraq, qeyd edilən sövdələşmənin təfərrüatlarını araşdırmaq məqsədi ilə əqdi təsdiqləyən notariusa müraciət etməyiniz məqsədəuyğun olardı.

7-ci sualda göstərdiyiniz “ƏMDK-nın çox mühüm bir əməkdaşı”nın vəzifəsi, adı və hansı “işdə keçməsi” barədə daha aydın məlumat verdiyiniz halda bu sualınızın cavablandırılması mümkün olacaqdır.

8-ci sualda qeyd etdiyiniz “rüşvət tələb olunmasına dair şikayətlər” barədə dəqiq məlumat vermədiyinizə görə konkret olaraq hansı şikayətləri və hansı sahibkarları nəzərdə tutduğunuz qaranlıq qaldığından bu sualınıza konkret cavab verilməsi mümkün görünmür. Buna baxmayaraq, qeyd edirik ki, ƏMDK tərəfindən vətəndaşların müraciətləri şikayətçilərin iştirakı təmin olunmaqla tam, hərtərəfli və obyektiv araşdırılır. Sualınızı konkretləşdirdiyiniz halda Sizi maraqlandıran bütün məsələlərə aydınlıq gətiriləcəkdir.

R.Əliyev
AzPolitika.info
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • YARIM MİLYONUNU MƏNİMSƏYİB, ƏVƏZİNDƏ VƏZİFƏ TƏKLİF ETDİLƏR! – Üç iri məmurla bağlı ŞOK

    YARIM MİLYONUNU MƏNİMSƏYİB, ƏVƏZİNDƏ VƏZİFƏ ...

    15-07-2015, 15:42

  • 
  • BAKIDA DƏLƏDUZLUQLA MƏŞĞUL OLAN MÜSTƏNTİQ HƏBS OLUNDU

    BAKIDA DƏLƏDUZLUQLA MƏŞĞUL OLAN MÜSTƏNTİQ HƏBS ...

    23-10-2013, 11:35

  • 
  • Azərbaycanda 14-15 yaş yeniyetmələrin narkotikdən istifadə hallarına rast gəlinir

    Azərbaycanda 14-15 yaş yeniyetmələrin narkotikdən ...

    25-06-2013, 11:43

  • 
  • “Karat” MTK-nın vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərildi

    “Karat” MTK-nın vəzifəli şəxsləri barəsində ...

    25-12-2014, 23:16

  • 
  • Bakıda polkovnikin vəzifəli xanımı vətəndaşları aldadaraq, böyük məbləğdə pullarını mənimsəyib - fırıldaq

    Bakıda polkovnikin vəzifəli xanımı vətəndaşları ...

    10-10-2014, 10:48


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (218)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu