Kanada-Azərbaycan birgə müəssisəsi "AZCAN Defence Solutions" ( “İNKAS Armored Vehicle Manufacturing “ Kanada şirkəti ilə birgə təsis olunub) Azərbaycan Daxili İşlər Nazirliyinə APC-Armored Personnel Carriers zirehli piyada döyüş maşınlarının satışına dair müqavilə imzalayıb.
Şirkət artıq bir neçə döyüş maşınını Azərbaycana çatdırıb.
İNKAS şirkətinin vitse-prezidenti, eyni zamanda AZCAN Defence Solutions şirkətinin baş meneceri Roman Şimonov bildirib ki, Azərbaycan Ermənistanla münaqişə vəziyyətində olan ölkədir. “Ölkənin bütün imkanları var ki, öz müdafiə imkanlarını genişləndirsin, sərhədlərinin mühafizəsini gücləndirsin”-Şimonov deyib. Menecerin. sözlərinə görə, onların şirkəti zirehli maşınları Azərbaycana ixrac etmək üçün Kanadanın xarici işlər Departamentinin bütün prosedurlarından keçib və hərbi texnikanın ixracı üçün icazə alıb. Şimonov bildirib ki, İNKAS şirkəti hərbi maşınlar yox, hüquq-mühafizə orqanları üçün nəzərdə tutulmuş hərbiləşdirilmiş maşınlar istehsal edir. Bununla belə şirkətin saytında göstərilir ki, ARC zirehli personal daşıyıcıları ordu bölmələri, xüsusi təyinatlı bölmələr tərəfindən də istifadə oluna bilər.
“Onların torpaqlarının bir hissəsi işğal olunub və Azərbaycan hərbi imkanlar baxımından rəqabətədavamlı olmağa çalışır, onlar öz əsgərlərini mühafizə etmək, ən yaxşı avadanlıqlarla təchiz etmək istəyirlər”-Roman Şimonov sövdələşməni şərh edərkən bildirib.
İNKAS "Huron" ARC çoxməqsədli taktiki nəqliyyat vasitəsidir, öz sərnişinlərini istənilən iqlim şəraitində daşımaq, müdafiə etmək imkanındadır, mina partlayışına qarşı yüksək dözümlülüyə malikdir. Nəqliyyat vasitəsi polis və ordu qüvvələrinin taktiki missiyalarında istifadə olunmaq üçün layihələndirilib.
Şirkətin AZCAN-la birgə istehsal etdiyi “Huron” və “Sentry” zirehli avtomobilləri ilk dəfə ötən ilin yazında Bakıda keçirilən ADEX 2016 sərgisində nümayiş olunub, Şimonov texnikanı Azərbaycan prezidenti İlham Əliyevə təqdim edib. Avtomobil İsrailin İAİ və General Robotics şirkətləri tərəfindən işlənib hazırlanmış, məsafədən idarə olunan “Pitbull” döyüş modulu ilə təchiz edilib. 2016-cı ilin sonlarından fəaliyyətə başlayacağı elan edilən AZCAN birgə müəssisəsi həmin zirehli maşınların Bakıda birgə istehsalını təşkil edərək onları dünyanın bir çox ölkələrinə ixrac etməyi planlaşdırıb. Həmin maşınların Kanadada yığılan ilk partiyası Azərbaycan DİN-ə satılıb.
Virtualaz.org dəqiqləşdirib ki, əslində həmin avtomobillərin savtomobillərin istehsalı üçün lazım olan polad da Azərbaycandan alınıb. Şirkət zirehli avtomobillərin artıq ikinci partiyasını nazirliyə çatdırıb. Lakin müqavilədə cəmi neçə avtomobilin satışının nəzərdə tutulduğu məlum deyil.
Xatırladaq ki, Azərbaycan DİN son illərdə Türkiyə və İsrail istehsalı olan zirehli transportyorlar alıb./virtualaz.org
Sorğu
Yeni dizaynımız necədir?