GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Putin Qarabağda - Bir qəfil ziyarətin Azərbaycan exosu

Putin Qarabağda - Bir qəfil ziyarətin Azərbaycan exosu

Tarix: 8-08-2017, 14:39 Bölmə :Siyasət Baxış: 440
Putin Qarabağda -  Bir qəfil ziyarətin Azərbaycan exosu


Gürcüstana “arxa qapı”dan edilən səfərdə daha bir hədəf; Kreml başçısının beynəlxalq hüquqa zidd olan Abxaziya səfəri erməni separatçılarını da ruhlandıracaq; 4 il sonra təkrarlanan gedişin yeni pərdəarxası; politoloq: “Rusiya yaratdığı müharibə ocaqlarını tam nəzarətdə saxlamaq iqtidarında deyil...”

Bu gün Rusiya prezidenti Vladimir Putin Abxaziyaya gedir. Bundan əvvəl, o, ilk dəfə 4 il qabaq - 2013-cü ildə Abxaziyada olub. Lakin indiki situasiya xeyli fərqlidir. İndi Rusiya Qərbin ağır sanksiyaları altındadır, iqtisadiyyatı, büdcəsi ciddi problemlərlə üzləşib; ABŞ-la, Avropa Birliyi ilə onun münasibətləri faktiki, böhran həddindədir və Rusiya hətta sivil dünyadan təcrid olunmağa başlayıb.

Putinin ikinci dəfə suveren bir dövlətin - Gürcüstanın ərazisinə “dal qapı”dan, xəlvəti girməsi məhz belə bir həssas situasiyaya təsadüf edir. Səfərin 2008-ci ildəki “5 günlük müharibə”nin başlanmasının ildönümünə salınması bu mənada ikinci dərəcəli, simvolik məna kəsb edir.

***

Kreml başçısının Abxaziya ziyarətində birinci mesaj sözsüz ki, “5 günlük müharibə”dən sonra Gürcüstanda, bölgədə əhəmiyyətli şəkildə oturuşmuş ABŞ-a, NATO blokuna ünvanlıdır. ABŞ-ın vitse-prezidenti Maykl Pensin ötən həftə Gürcüstana səfər eləməsi, orada Kremlin ünvanına sərt açıqlamalar səsləndirməsi, Abxaziya və Cənubi Osetiyanın işğalının Vaşinqton tərəfindən heç vaxt tanınmayacağı barədə aydın ismarışlar göndərməsi şəksiz ki, Moskvanı narahat edib və onu təcili cavab addımları atmaq, güc nümayişi sərgiləmək zorunda qoyub.

Nəzərə alsaq ki, Tramın impiçmentlə hakimiyyətdən uzaqlaşdırılması ehtimalı böyükdür və onun yerini məhz M.Pens tuta bilər, o zaman belə də demək mümkündür ki, əslində Tiflisə səfər edən vitse-prezident yox, ABŞ-ın faktiki prezidenti olub. Bu üzdən, Kremlin Pensin səfərinə dərhal və Putin səviyyəsində cavab reaksiyasının zəruri bilinməsi ikiqat anlışalandır.
Abxaziya səfəri ilə Putin ikinci bir mesajı şübhəsiz ki, bölgə xalqlarına və paytaxtlarına, o sırada Bakıya vermək istəyir. Yəni ki, Rusiya öz ordusu ilə, top-tüfəngi ilə burda - Güney Qafqazda, sizin yaxınlığınızda və yanınızdadır, odur ki, Qərbə, Amerikaya, NATO-ya sarı boylanmayın. Bakı, Tiflis və İrəvana əsas ismarış bundan ibarətdir.

***

Konkret Azərbaycanın maraqlarına gəlincə, Putinin beynəlxalq hüquqa zidd olan Abxaziya səfəri əslində elə Dağlıq Qarabağa qanunsuz səfər kimi bir şeydir. Çünki Azərbaycan da Abxaziyanı Gürcüstanın ayrılmaz tərkib hissəsi sayır. Belə çıxır ki, Moskvanın regional maraqları tələb eləsə, eyni addımı Qarabağa münasibətdə də ata bilər - məsələn, birdən Azərbaycan da Gürcüstan kimi nə vaxtsa Kremlin cızdığı “xətdən” çıxsa, “günah işlətsə”.


Unutmaq lazım deyil ki, Gürcüstan hökuməti məhz Cənubi Osetiyanı güc yolu ilə azad eləmək istəyərkən Moskvanın qəzəbinə gəlib və Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Məntiqlə, Rusiya qonşu ölkədə separatçı rejimlərin əsas himayədarıdısa, o zaman ola bilməz ki, qızışdırdığı Qarabağ konfliktində də erməni separatçılarına simsarlıq eləməsin.

Onun da yada salmaq yerinə düşər ki, bu yaxınlarda Moskvada Rusiya ermənilərinin diaspor lideri Ara Abramyanın 60 illik yubiley tədbirinə Putin öz mətbuat katibi Dmitri Peskovu və xarici işlər naziri Sergey Lavrovu göndərmişdi. Həmin mərasimə Qarabağ separatçılarının lideri Bako Saakyan da qatılmış, Lavrov və Peskovla qədəh toqquşdurmuşdu...

Deyilə bilər ki, Azərbaycanın Rusiya ilə münasibətləri “5 günlük müharibə”yədək Gürcüstanın Rusiya ilə mövcud olmuş münasibətlərindən fərqlidir, daha yaxındır, strateji tərəfdaşlıq səviyyəsindədir, arada çoxmilyardlıq silah ticarəti məsələsi var.
Lakin o da faktdır ki, Moskva Dağlıq Qarabağ probleminin dinc, ədalətli həllinə indiyədək hər hansı töhfə verməyib. Kreml əlində böyük və unikal imkanlar ola-ola, daim konflikti sırf öz maraqları naminə süni surətdə uzatmağa çalışıb. Moskvanın “Azərbaycanla Ermənistan razılığa gəlsin, biz qarant duraq” mövqeyi də müstəsna olaraq bu hədəfə hesablanıb.

***

Bir sözlə, bu, proqnoza yatmayan Rusiyadırsa, Bakı da onu həmişə ciddiyə almaq zorundadır. Eyni zamanda Bakı nə vaxtsa həqiqətən münaqişənin güc yolu ilə həll etmək zorunda qala bilər. O zaman konflikti süni surətdə uzadan Rusiya Azərbaycana qarşı “Gürcüstan varinatı”nı seçməz ki? Rusiyanın XİN başçısı Sergey Lavrovun məlum “Qarabağda müharibə Azərbaycanın daxili işi deyil” hədəsi “Putin Qarabağa da gedə bilər”in anonsu deyil ki?

Hər halda, “bu səfər Qarabağ konfliktinin həllinə müsbət təsir etməyəcək”. “Yeni Müsavat”ın yazdığına görə, politoloq Arzu Nağıyev bu fikirdədir. Onun qənaətincə, Rusiya prezidentinin səfəri iki əsas məqsəd güdür: “Birincisi, ümumiyyətlə, Abxaziyada daxili siyasi vəziyyət o qədər də ürəkaçan deyil. Belə ki, Rusiya bu separatçı quruma maddi dəstək, yatırımlar qoyulacağı haqqında bağlanan müqavilələrin yerinə yetirilməməsi ilə bağlı danışıqlar aparacaq. Abxaziya cəmiyyətində bölünmə baş verir. Bunun bir səbəbi maddi məsələlər olsa da, ikincisi Gürcüstanın Avropa Birliyi ilə vizasız rejim münasibətidir. Digər əsas məqam ABŞ-ın vitse-prezidenti Maykl Pensin Gürcüstana son səfəridir. Gürcüstan NATO-ya daxil olsa, Qara dəniz sahilini məhz Abxaziya istiqamətindən təhlükə gözləyir, bu isə Rusiya sahillərinə yaxın bir ərazidir və təhlükəsizliyə təhdiddir. Pens bu iki separatçı qurumu tanımadıqlarını bəyan etməklə, öz çıxışlarında da bu haqda çox açıq şəkildə danışır və hətta Abxaziya və Cənubi Osetiyanın güc yolu ilə Gürcüstana birləşdirilməsi təklifini verir”.
Siyasi təhlilçi hesab edir ki, separatçılarla bağlı baş verən bütün bu proseslər, həmçinin Putinin Abxaziyaya səfəri Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir etməyəcək: “Eyni zamanda Serj Sərkisyan və onun separatçı dəstəsi də başa düşməlidir ki, bu gün Rusiya bütün bu yaratdığı müharibə ocaqlarını tam nəzarətdə saxlamaq iqtidarında deyil. Ona görə də Moskva belə manevrlər edir”.

Bu manevrlərin bölgəyə, Azərbaycana, Dağlıq Qarabağ məsələsinə yeni nə vəd elədiyini bilmək üçünsə yəqin ki, çox gözləmək lazım gəlməyəcək. Çünki proseslər gözlənildiyindən də sürətli getməyə başlayıb./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putin ABŞ-ın atdığı “əlcəyi” götürdü – 5 hədəf, biri də Qarabağ...

    Putin ABŞ-ın atdığı “əlcəyi” götürdü – 5 hədəf, ...

    3-08-2017, 10:30

  • 
  • Vladimir Putin ABŞ-ı yenə İTTİHAM etdi

    Vladimir Putin ABŞ-ı yenə İTTİHAM etdi ...

    12-06-2013, 17:09

  • 
  • “Vladimir Putin  İlham Əliyevə dəstək olacaq”

    “Vladimir Putin İlham Əliyevə dəstək olacaq” ...

    18-07-2013, 17:10

  • 
  • Putin getdi

    Putin getdi ...

    14-08-2013, 00:47

  • 
  • Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi Yeni il münasibəti ilə təbrik edib.

    Vladimir Putin Azərbaycan prezidenti İlham ...

    31-12-2014, 19:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu