GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İrəvanın Bakı kimi balanslı siyasətə keçid cəhdi - düşmən hiyləsi, yoxsa xülya...

İrəvanın Bakı kimi balanslı siyasətə keçid cəhdi - düşmən hiyləsi, yoxsa xülya...

Tarix: 10-08-2017, 11:13 Bölmə :Siyasət Baxış: 521
İrəvanın Bakı kimi balanslı siyasətə keçid cəhdi - düşmən hiyləsi, yoxsa xülya...


İşğalçı ABŞ-la Rusiya arasında manevr axtarışında; Ermənistan Dağlıq Qarabağı əldən verməmək üçün xarici siyasəti dəyişməyin yollarını axtarır; Rusiya özünün işğal ortağına belə bir şans tanıyarmı?; Eyni vaxtda həm “Rus NATO-su” və NATO ilə, həm Avrasiya Birliyi və Avropa Birliyi ilə, həm də İranla yaxşı münasibətdə olmaq... mümkünmü?

Ermənistanın 1 nömrəli müttəfiqi Rusiyaya qarşı ABŞ-ın yeni sanksiyalar qanunu qəbul eləməsi işğalçı ölkədə ciddi müzakirə mövzusu olaraq qalır. Eyni zamanda bu ölkənin hakim dairələrində, ekspert çevrələrində yeni situasiyadan dolayı bir əndişə yaşanır.

Bunun bir mühüm səbəbi də ABŞ-Rusiya gərginliyi fonunda İrəvanın daha Dağlıq Qarabağ məsələsində Vaşinqtondan yetərli anlayış və dəstək ala bilməyəcəyi qorxusu ilə bağlıdır. Çünki Ermənistan müstəqil ölkə deyil, Kremlin bölgədəki əsas forpostudur və onun sözündən çıxa bilməz, o cümlədən ABŞ-la qarşıdurma məsələsində Azərbaycandan fərqli olaraq, neytral qalması mümkün deyil. Moskvanın sözündən çıxmamaq isə avtomatik şəkildə İrəvanın Amerikanın hədəfinə gəlməsi deməkdir.

Yeri gəlmişkən, artıq okeanın o tayından bununla bağlı Ermənistana xəbərdarlıqlar gəlməyə başlayıb. Məsələn, ötən sayımızda yazdığımız kimi, nüfuzlu amerikalı politoloqdan biri bildirib ki, Ermənistan özünün Rusiya qismində siyasi və hərbi donorunu dəyişməsə, ABŞ da yavaş-yavaş ona işğalçı Rusiyanın müttəfiqi kimi baxmağa başlayacaq.

“İşğalçı ölkənin müttəfiqi”. Aydındır ki, Ermənistanın bu statusu Vaşinqton üçün, yumşaq desək, məmnunedici olmayacaq. O səbəbdən təcavüzkar ölkə son vaxtlar yaranmış qəliz durumdan çıxmağın yollarını arayır, ora-bura vurnuxur. Qərb (NATO, AB) ilə Rusiya (Avrasiya Birliyi, KTMT) arasında var-gəl edir. Ən önəmlisi odur ki, İrəvan bu yeni çıxış yolu və yaxud siyasi kurs hesabına Dağlıq Qarabağı da özündə saxlamağa ümid edir - de-yure təbii ki.

***

Ancaq belə bir yol varmı, yaxud mümkünmü? Tutaq ki, Ermənistan Azərbaycan kimi ABŞ (Qərb) və Rusiya arasında bundan sonra balanslı siyasət yürüdə bilərmi? Rusiya necə, azı 2047-ci ilədək (Gümrü hərbi bazasının qalma müddəti onda bitir) de-yure onun ovucunun içində olacaq cırtdan Ermənistana, özünün işğal ortağına belə bir şans tanıyarmı?

Bəzi sadəlövh erməni analitiklərinin sözündən belə çıxır ki, ola bilsin, tanıyar. Bu xüsusda “bərkgedən” erməni politoloqlarından biri - Riçadr Kirakosyanın fikirləri daha çox diqqət çəkir. O, hətta bir az da qabağa gedərək, İrəvanın Moskvadan “öz haqqını” tələb etməli olduğunu deyir:

“Ermənistan Rusiyaya qarşı tələblər irəli sürməlidir. Biz Moskvadan təkcə bizə borclu olduğunu yox, həm də bizə münasibətdə nə etməli olduğunu tələb eləməliyik”. Musavat.com-un məlumatına görə, bu barədə o, Tert.am erməni portalına müsahibəsində bildirib. Kirokosyan bir neçə aydan sonra - noyabrda Ermənistanın Avropa Birliyi (AB) ilə əməkdaşlıq müqaviləsi imzalamağa hazırlaşdığını yada salaraq deyib: “Çox yaxşıdır ki, Ermənistan ağıllı hərəkət edir və vaxtından qabaq Rusiyanı qıcıqlandırmaq istəmir”.

“Bəs İrəvan üçün Rusiya ilə ABŞ arasında seçim eləməyin vaxtı çatmayıbmı”, sualına erməni politoloq tipik erməni hiyləgərliyi ilə belə cavab verib: “Ermənistan iki ölkə arasında körpü ola bilər. Buna isə üç yolla nail olmaq mümkündür: İrəvan Avrasiya İqtisadi Birliyinin üzvü olmaqla AB ilə də əlaqələr qura bilər, NATO ilə əlaqələri gücləndirməklə yanaşı, KTMT-də qala bilər, eyni zamanda İranla yaxşı əlaqələr saxlayar. Ermənistanın əsas vəzifəsi Rusiya ilə münasibətlərdir - hansı münasibətlərdə ki, ABŞ-ın heç bir rolu yoxdur. Rusiya Ermənistandan bizim təsəvvür elədiyimizdən də çox fayda götürür”.

Kirokosyanın daha sonra Rusiyanın Azərbaycana silah satmasının “qəbuledilməz olduğunu” deyir və əlavə edir: “Rusiya təhlükəli dövlətdir, nədən ki, etibarlı tərəfdaş deyil. Ermənistan isə Rusiya üçün bölgədə yeganə etibarlı tərəfdaşdır. Rusiya da Türkiyə kimi güclə hesablaşır. Başqa ölkələrin nümunələrinə, Nazarbayevə, Lukaşenkoya baxın, o zaman başa düşəcəksiniz ki, biz öz hüquqlarımızı, müstəqilliyimizi və maraqlarımızı qorumağa davam eləməliyik”.

Bu harasıdır, erməni ekspert güman edir ki, noyabrda AB ilə əməkdaşlıq anlaşması imzalanandan sonra Ermənistan Azərbaycana silah satılması məsələsində Rusiyaya qarşı daha cəsarətli şəkildə öz tələblərini irəli sürə biləcək. Çünki onun qənaətincə, həmin sənədin imzalanmasından sonra Ermənistan daha azad olacaq. “Həmçinin, gələn ilin aprelindən sonra (parlament idarə üsuluna keçiddən sonra - A.X.), nə vaxt ki, yeni baş nazirimiz bəlli olacaq (əsas səlahiyyət də ona keçəcək - A.X.) Ermənistan daha azad olacaq”, - deyə o qeyd edib.

***

Fəqət, Ermənistan daha azad ola biləcəkmi? İrəvan AB ilə anlaşma sənədini necə, imzalaya biləcəkmi, yoxsa 2013-cü ildəki kimi Moskvadan, çar Vladimir Putindən növbəti “qulaqburması” alıb öz qınına çəkiləcək? Ümumiyyətlə, Ermənistanda gerçəkdənmi Kremlin ona hansı sürprizlər edə biləcəyinin fərqində deyillər?

Bu suallara uzağı, noyabrda dolğun cavablar tapılacaq. Hələliksə görünən həm də budur ki, Ermənistan habelə İranla əlaqələr hesabına Moskvadan asılılığını azaltmağa və öz oyununu, yeni “balans siyasəti” aparacağına ümid edir. Bəzi siyasi təhlilçilərə görə, ötən həftə prezident Serj Sərkisyanın İran prezidenti Həsən Ruhaninin ikinci dəfə andiçmə mərasimində iştirak üçün şəxsən Tehrana getməsinin (Bakıdan spiker Oqtay Əsədov tədbirdə iştirak edib) arxasında müstəsna olaraq bu hədəf - Tehranla əlaqələri gücləndirmək, o sırada ortaq layihələrin, xüsusən də Avropaya qaz nəqli məsələsində Ermənistanı tranzit ölkə kimi təsbit edəcək layihələrin reallaşmasına nail olmaq dayanır. Aşağıdakı şərhdən də bunu görmək olar.
“Türkmənistan prezidentinin Azərbaycana səfəri Ermənistanda da diqqətlə izlənilir”.



Bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi işğalçılıq siyasəti ucbatından əli bütün iri regional layihələrdən üzülən İrəvanın gözünü türkmən qazına dikdiyini bildirib: “Ermənistan türkmən qazını İrandan alaraq Gürcüstan üzərindən Avropaya çatdırmaq istəyir. Bu ideyanın utopiya olmasına baxmayaraq, İrəvan ümidini itirmir. Məsələn, Sərkisyan Ruhaninin andiçmə mərasimində iştirakından istifadə edərək iranlı həmkarı ilə söhbətində İran-Türkmənistan-Ermənistan formatından da söz açıb. Bu formatın yeganə hədəfi qazdır.

Bundan əvvəl isə Ermənistanın baş naziri Karen Karapetyan bu ilin yanvarının eyni günündə İranın və Türkmənistanın İrəvandakı səfirləri ilə görüşüb. Böyük ehtimalla, mövzu yenə eyni olub. Türkmənistan qazının İran və Ermənistan üzərindən Avropaya daşınması ideyası utopiya olsa da, rəsmi Bakı diplomatik kanallarla Aşqabad, Tehran və yaxın müttəfiqi Tiflisə mesaj göndərməlidir ki, Azərbaycanın maraqlarının əleyhinə addım atmasınlar. Azərbaycanın maraqlarını isə onlar yaxşı dərk edirlər: Ermənistan işğala son qoymayana qədər bütün regional layihələrdən təcrid olunmalıdır”.

***
Ümid edək ki, elə bu cür də olacaq. İkinci yandan, çətin ki, Rusiya öz satellitinin daha sərbəst olmasına kömək edəcək bu layihəyə imkan versin./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Romanenko: “Ermənistan Qarabağı itirəcək” - Faktlar

    Romanenko: “Ermənistan Qarabağı itirəcək” - ...

    8-08-2014, 02:23

  • 
  • Azərbaycan tanklarının Xankəndinə yolu açılır

    Azərbaycan tanklarının Xankəndinə yolu açılır ...

    19-07-2017, 10:44

  • 
  • Azərbaycan-Türkiyə ittifaqı – Ermənistanın qorxulu röyası

    Azərbaycan-Türkiyə ittifaqı – Ermənistanın ...

    4-08-2017, 11:04

  • 
  • “Bakı Qarabağı qısa zamanda qaytaracaq” - işğalçı üçün fəlakət ssenarisi

    “Bakı Qarabağı qısa zamanda qaytaracaq” - işğalçı ...

    27-07-2017, 11:06

  • 
  • Rusiya təklənir, İrəvan səksənir, Bakıya şans qapısı açılır

    Rusiya təklənir, İrəvan səksənir, Bakıya şans ...

    5-08-2017, 11:04


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu