GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycan-İsrail dostluğu düşmən hədəfində - MƏKRLİ PLAN

Azərbaycan-İsrail dostluğu düşmən hədəfində - MƏKRLİ PLAN

Tarix: 16-08-2017, 12:23 Bölmə :Siyasət Baxış: 530
Azərbaycan-İsrail dostluğu düşmən hədəfində - MƏKRLİ PLAN


Erməni lobbisinin Bakı-Təl Əviv əlaqələrini pozmaq planı ; Silahlanma yarışında ölkəmizlə ayaqlaşa bilməyəcəyini görən işğalçı tərəf Bakının yəhudi dövləti ilə arasını vurmaq üçün hərəkətə keçib; adicə meşə yanğınını belə söndürməyə potensialı olmayan və Rusiyadan təyyarə xahiş edən Ermənistanın səyləri fiasko olacaq, çünki...

Son vaxtlar Ermənistan və erməni lobbisi Azərbaycanla İsrailin arasını vurmaq üçün ciddi şəkildə hərəkətə keçib, özünün olan-qalan potensialını səfərbər edib. Əfsus ki, bu yöndə ələ alınan bəzi müstəqil İsrail nəşrləri də var. Onların önündə “Haaretz” qəzeti gəlir yazsaq, yanılmarıq.

Bu günlərdə qəzet Azərbaycan əleyhinə növbəti məqalə dərc edib.

Məqalədə iddia edilir ki, guya az öncə İsrailin Azərbaycana satdığı pilotsuz uçan təyyarələrlə bağlı İsrail Müdafiə Nazirliyində araşdırma başlayıb. İddiaya görə, Azərbaycan tərəfi həmin aparatlardan ermənilərə qarşı istifadə üçün israilli mütəxəssisləri zorla əməkdaşlığa cəlb edib.

Sitat: “Azərbaycanda İsrailin pilotsuz aparatlar satan ”Aeronautics Defense Systems" şirkətinin nümayəndə heyətinin üzvlərinə erməni mövqelərinə qarşı yeni aparatları sınaqdan çıxarmaq təklif edilib. Nümayəndə heyətin rəhbərinin təzyiqlərinə baxmayaraq, israilli operatorlar bundan imtina edib. Lakin sonra onların özləri aparatları erməni mövqelərinə yönəlidblər. Eyni qaynağa görə, İsrail şirkəti ittihamı rədd edir və bildirib ki, bu işi israilli mütəxəssislər yox, alıcının - Azərbaycanın təmsilçiləri ediblər. İsrailin Müdafiə Nazirliyi hələ ki insidenti hər hansı şəkildə şərh eləməkdən imtina edib. Yalnız bunu bildirib ki, təhqiqat aparılır".

Xatırladaq ki, rəsmi nəşr olmayan “Haaretz” bundan qabaq (30 iyul) Azərbaycanla bağlı başqa bir neqativ yazı yazmışdı. Lakin hər hansı fakta əsaslanmayan həmin məqalədəki iddialar İsrailin Bakıdakı səfirliyi tərəfindən təkzib edildi. Səfirlik eyni zamanda vurğuladı ki, bu kimi məqalələr iki ölkə arasında uğurla davam edən əməkdaşlığa heç bir kölgə sala bilməz.

***

Bu, doğrudan da belədir. Çünki Ermənistandan fərqli olaraq, Azərbaycan-İsrail əlaqələri möhkəm təməl, qarşılıqlı etimad üzərində qurulub və strateji xarakter daşıyır. İki ölkə arasında əlaqələr isə yalnız hərbi sferanı, silah ticarətini əhatə eləmir. Yəhudi dövləti Azərbaycana ən müasir silahlar və hərbi texnologiyalar verməklə yanaşı, iki dövlət energetik sferada da ciddi əməkdaşlıq içindədir. İsrail Bakı-Ceyhan xətti ilə Azərbaycan neftinin alıcılarından biridir.

Bundan əlavə, İsrail qazının TANAP xətti ilə Avropa bazarlarına çatdırılması müzakirə mövzularından biridir. Nəhayət, iki siyasi paytaxt arasında siyasi əlaqələr kifayət qədər yüksək səviyyədir ki, bunu da bir daha baş nazir Binyamin Netanyahunun ötən ilin sonunda Bakıya etdiyi səfər bir daha təsdiqlədi.
“İsrail kütləvi informasiya vasitələrində son dövrlərdə dərc edilən Azərbaycan əleyhinə yazılar ermənilər və onların havadarları tərəfindən sifariş olunur”. Bunu həmin yazıları şərh edərkən Virtualaz.org-a Milli Məclisin deputatı Asim Mollazadə deyib. Onun sözlərinə görə, Ermənistanda və İsraildəki ermənipərəst dairələrdə ən müxtəlif sahələrdə inkişaf edən fəal Azərbaycan-İsrail münasibətləri ilə barışa bilmirlər, buna görə də, həmin münasibətlərə xələl gətirmək üçün əllərindən gələni edirlər.

“Bunlar hamısı Azərbaycan əleyhinə dezinformasiya müharibəsinin tərkib hissələridir. Bizim İsraillə münasibətlərimiz strateji xarakter daşıyır və düşünmürəm ki, aztirajlı nəşrlərdə hansısa yazılar buna xələl gətirə bilər” - A.Mollazadə qeyd edib.

***

Təbii ki, ikitərəfli əlaqələrin yüksələn xətlə, dinamik inkişafı - hansı ki, özünü ötən ilin aprelindəki 4 günlük müharibə zamanı erməni işğalçılarına endirilən zərbədə də özünü göstərdi - düşmən tərəfi təlaşlandırmaya bilməz. Həm də o səbəbə ki, Ermənistan istəsə və Rusiya icazə versə belə, İrəvan bahalı İsrail hərbi texnikasını almaq gücündə deyil. Demək, silahlanma yarışında onun Azərbaycanla ayaqlaşması istisnadır - hansını ki, artıq yüksək çinli erməni rəsmiləri, hətta prezident Serj Sərkisyan da etiraf ediblər. Qalır Bakı ilə Təl-Əvivin arasını vurmaq.
Təsadüfi deyil ki, məhz aprel məğlubiyyətindən sonra Ermənistan Azərbaycanla yəhudi dövləti arasında sərinlik yaratmaq üçün əlindən gələni etməyə başlayıb. Bu sırada yəhudi əsilli blogger Aleksandr Lapşinin, az sonra israilli politoloq və şantajçı Aviqdor Eskinin Dağlıq Qarabağa təşkil edilən qanunsuz səfərlərini qeyd eləmək olar.

Knessetin sabiq deputatı, “Ermənistan-İsrail” ictimai forumunun həmsədri Aleksandr Tsinker də ermənilərin “lyubimçik”lərindən biridir. Bu yaxınlarda “Sputnik-Ermənistan”a müsahibəsində o bildirib ki, guya İsrail-Ermənistan ikitərəfli əlaqələri istənilən sferada, o cümlədən hərbi sahədə inkişaf edə bilər. Burdaca qeyd edək ki, Tzinker işğal altəndakı Azərbaycan ərazilərində keçirilən “seçkiləri” müşahidə elədiyi üçün Azərbaycan XİN-in “qara siyahısı”na düşüb.
Bu yaxınlarda İsraillin regional əməkdaşlıq nazir Saxi Xaneqbinin Ermənistana səfəri isə erməniləri deyəsən daha da ruhlandırıb. Hərçənd, cənab Xneqbi İrəvanda Azərbaycan-İsrail əlaqələrinə kölgə sala biləcək heç bir açıqlana vermədi - əksinə, erməni jurnalistlərinin silah ticarəti ilə bağlı verdikləri təxribatçı suallardan məharətlə yayındı.

***

Bununla belə, erməni lobbisi cəhdlərini davam etdirir. O sırada artıq qeyd edildiyi kimi, bəzi İsrail nəşrlərində təxribatçı materiallar yerləşdirmək səyləri də var. Əslində işğalçı ölkənin artan narahatlığına əsaslar ciddidir. Ermənistanda anlamağa başlayıblıar ki, Azərbaycan silahlanma yarışında, İsraillə müttəfiqlik məsələsində kifayət qədər uzağa gedə bilib və bu, nəticə etibarilə Dağlıq Qarabağ məsələsində özünü Bakı üçün pozitiv planda göstərəcək.

Bu günlərdə adicə meşə yanğınını belə söndürməyə potensialı olmayan və Rusiyadan təyyarə xahiş edən Ermənistanın təlaşı anlaşılandır. Lakin bu təlaşı aradan qaldırmağın yolu Bakı ilə Təl-Əvivin arasını vurmaq üçün məkrli planlar cızmaqdan yox, məhz Dağlıq Qarabağ məsələsində konstruktiv mövqe tutmaqdan, Azərbaycana qarşı ərazi iddiasından əl çəkməkdən keçir. O zaman nə Azərbaycanın İsrail silahlarına ehtiyacı qalar, nə də Ermənistanın Azərbaycanla bahalı silahlanma yarışmasına qoşulmasına lüzum./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənilərin İsrail arzusu, İran xofu və Bakının basqısı

    Ermənilərin İsrail arzusu, İran xofu və Bakının ...

    29-07-2017, 10:30

  • 
  • İsrail İran istehsalı olan pilotsuz təyyarəni vurdu

    İsrail İran istehsalı olan pilotsuz təyyarəni ...

    3-09-2014, 13:05

  • 
  • Qalmaqal: İsrail operatorları Azərbaycana satılan PUA-nı ermənilərə tuşlamaqdan imtina edib

    Qalmaqal: İsrail operatorları Azərbaycana satılan ...

    14-08-2017, 13:15

  • 
  • İsrail təəccüb içərisində: "İŞİD niyə bizə hücum etmir?!"

    İsrail təəccüb içərisində: "İŞİD niyə bizə ...

    24-07-2014, 13:46

  • 
  • Erməni-rus təhlükəsinə qarşı Bakının “Sehrli çubuq”u…

    Erməni-rus təhlükəsinə qarşı Bakının “Sehrli ...

    26-09-2016, 12:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu