GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ziya Məmmədovla İsveç prokurorluğuna təhvil verilməyəcək - səbəb...

Ziya Məmmədovla İsveç prokurorluğuna təhvil verilməyəcək - səbəb...

Tarix: 24-08-2017, 10:00 Bölmə :Siyasət Baxış: 372
Ziya Məmmədovla İsveç prokurorluğuna təhvil verilməyəcək - səbəb...


Əkrəm Həsənov: “Həmin məmur, qanuna görə, cəzasını Azərbaycandakı cəzaçəkmə müəssisələrindən birində çəkməlidir”

İsveç prokurorlarının Kanadanın “Bombardier” şirkəti əməkdaşının digər əməkdaşlarla əlbir olmaqla, 340 milyon dollarlıq müqavilə bağlamaq üçün “Azərbaycan məmurunu ələ almaq barədə” rəsmi ittiham irəli sürməyə hazırlaşması maraqlı suallar ortaya çıxarıb.

Əgər isveçli istintaqçılar azərbaycanlı məmura ittiham irəli sürsələr, həmin məmurun aqibəti necə olacaq? Azərbaycan dövlətinin yerli məmuru İsveç prokurorluğuna təslim etmək kimi öhdəliyi varmı?

Ümumiyyətlə, bu işin istintaqı Azərbaycanda hansı qaydada aparılacaq?

Hüquqşünas Əkrəm Həsənov deyir ki, İsveç prokurorlarının irəli sürdükləri ittiham çox ciddidir və bu məsələnin beynəlxalq ailəmin diqqət mərkəzində olması ölkəmiz üçün də yaxşı heç nə vəd etmir: “İsveç prokurorlarının irəli sürdükləri ittiham üzrə azərbaycanlı məmurun cinayəti təsdiqini taparsa, həmin hökm Azərbaycan Ali Məhkəməsinə təqdim olunacaq. Ali Məhkəmə həmin hökmü tanımalıdır. Və ya Azərbaycanının hüquq-mühafizə orqanları istintaq aparıb işi məhkəməyə göndərməlidirlər”.

Hüquqşünas deyir ki, İsveç demokratiya və qanunun aliliyi hökmran olan bir dövlət olduğu üçün bu məhkəmənin çıxardığı hökmlərin də ədalətliliyinə şübhə olmamalıdır: “Əgər İsveç məhkəməsinin hökmündə yazılırsa ki, azərbaycanlı məmur rüşvətxordur, ən azı bizim hüquq-mühafizə orqanları bununla bağlı istintaq aparmalıdırlar. Aparmırlarsa, bunu niyə etmədiklərinin səbəbini izah etməlidirlər. Bu iş üzrə isə İsveç məhkəməsinin hökmünün olacağı gözlənilir. Yəni bu məsələnin üstündən sükutla keçmək mümkün olmayacaq. Rüşvət və korrupsiya ilə bağlı qanunla bütün dünyada demək olar ki, eynidir. Yəni istintaqın aparılması üçün də elə də ciddi bir maneə yoxdur. Aparılmasa, bütün sivil dünyada bu məsələ belə başa düşüləcək ki, Azərbaycan rüşvət və korrupsiyaya qarşı mübarizə aparmır”.

Hüquqşünas bildirir ki, Kanadanın “Bombardier” şirkəti əməkdaşının digər əməkdaşlarla əlbir olmaqla, 340 milyon dollarlıq müqavilə bağlamaq üçün “Azərbaycan məmurunu ələ almaq barədə” ittiham təsdiqlənsə, Azərbaycandan olan məmur cəzasını ölkə daxilində çəkməlidir: “Azərbaycan dövləti öz vətəndaşlarını digər dövlətə təhvil vermir. Əgər vətəndaş xarici dövlətin qanunlarına görə cinayət törədibsə, həmin cinayət məhkəmə hökmü ilə təsdiqlənibsə və Azərbaycan dövləti həmin əməli cinayət hesab edirsə, bu halda həmin vətəndaşı məhkəmə qarşısına çıxarıb məhkum etməlidirlər. Həmin məmur qanuna görə cəzasını Azərbaycandakı cəzaçəkmə müəssisələrindən birində çəkməlidir”.

Hüquqşünas deyir ki, külli miqdarda rüşvət almış məmuru 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir. Ə.Həsənov çıxarılacaq məhkəmə hökmünün tenderin nəticələrinə təsir etməyəcəyini, lakin tender komissiyasına qarşı iddiaların qaldırılmasına əsas verdiyini bildirib: “Tender keçirilərkən tenderə qatılmış şirkətlər tender komissiyasına qarşı iddia ilə çıxış edə bilər. Əldən çıxmış fayda, tenderə hazırlıqlara xərclənən pul vəsaitlərinin tender komissiyasından tutulmasını və onların hesablarına köçürülməsini məhkəmə qaydasında tələb edə bilərlər. Ümumilikdə isə artıq işlərin görülməsi ”Bombardier" şirkətinə tapşırılıb və görülən işə hər hansı bir irad yoxdursa, şirkət sona qədər öhdəliklər üzrə işləri başa çatdırmalıdır"

İsveç Baş Prokurorluğunun Azərbaycan dəmir yolunun təchizatı tenderinə dair korrupsiya işi ilə bağlı apardığı təhqiqatın nəticələrinə əsasən “Bombardier” şirkəti əməkdaşı digər əməkdaşlarla əlbir olmaqla, 340 milyon dollarlıq müqavilə bağlamaq üçün Azərbaycan məmurunu ələ alıblar. Hələlik həmin məmurun adı açıqlanmır. Bundan əvvəl isə mətbuatda İsveç Baş Prokurorluğunun apardığı təhqiqatda adı hallanan məmurlar kimi Ziya Məmmədov və Arif Əsgərovun adları ehtimalla çəkilirdi.

Yada salaq ki, “Bombardier” şirkətinin adı qarışan beynəlxalq rüşvət qalmaqalı 1 ildən artıqdır ki, dünya mediasının gündəmindədir. Sabiq şefi kimi işsiz qalan nəqliyyat nazirinin müavini Arif Əsgərovun adı İsveçin “Bombardier” şirkətinin adı keçən 56 milyonluq yeyintidə hallanırdı. 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış A.Əsgərovun adı daim böyük qalmaqallarda hallanırdı. Hətta 2013-cü ildə bu qalmaqallar üzündən onun həbs ediləcəyi də gözlənilirdi. Həmin il QSC-də külli miqdarda, daha dəqiq desək, 48 milyonluq yeyinti faktı aşkarlandı, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları QSC-nin marketinq şöbəsinin rəisi Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs etdi. R.Hüseynov 48 milyon manat dövlət əmlakını mənimsəməkdə ittiham olunurdu. Az sonra məlum oldu ki, R.Hüseynovu qabağa verib həbs etdirən də A.Əsgərovun özü olub. O bu yolla oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovu məsuliyyətdən kənarda saxlamağı bacardı. Bu məsələ haqda “Yeni Müsavat” yazandan sonra A.Əsgərov üzə çıxdı və dedi ki, onu bu iş üzrə istintaqa çağırmayıblar. Bu qalmaqallı olayın toz-tozanağı yatmamış, İsveç məhkəməsi Kanadanın beynəlxalq nəqliyyat infrastrukturu şirkəti olan “Bombardier”in bu ölkədəki törəmə şirkəti “Bombardier Transportattion”un əməkdaşı olan Rusiya vətəndaşını həbs edib. “Bombardier” şirkətinin bir neçə top-meneceri “Azərbaycan Dəmir Yolları” QSC ilə 2013-cü ildə bağlanmış müqaviləyə görə Azərbaycanın vəzifəli şəxslərinə 56 milyon dollar ötürülməsinə dair sövdələşmədə iştirak ediblər.

Söhbət “Bombardier”lə Bakı-Böyük Kəsik dəmir yolu xəttinin siqnal sisteminin modernləşdirilməsi ilə bağlı 2013-cü ildə imzalanmış müqavilədən gedir. Müqaviləyə əsasən, şirkət uzunluğu 503 km olan dəmir yolunda “İnterfilo 200" siqnal sistemlərini quraşdırmalıdır. İşlərə layihələndirmə, istehsal, çatdırılma, montaj, yoxlama və xətt üzrə ”İnterflo 200" siqnal sisteminin istismara verilməsi daxildir. Sistemin tətbiqi dörd mərhələdə həyata keçirilməlidir, prosesin özü isə tam olaraq 2017-ci ildə başa çatmalıdır. Müqavilə imzalanarkən “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində idi və bu struktura Arif Əsgərov rəhbərlik edirdi. Artıq “Bombardier” şirkətinin əməkdaşının barəsində 2 həftəlik həbs-qətimkan tədbiri seçilib. Həbs olunan Yevgeni Pavlovdur.


Onun vəkilləri bildiriblər ki, o və “Bombardier” şirkətinin bir neçə top-meneceri Azərbaycanla korrupsiya sövdələşməsində ittiham olunurlar./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İsveç prokurorları Azərbaycan məmuruna qarşı rəsmən rüşvət ittihamı irəli sürür

    İsveç prokurorları Azərbaycan məmuruna qarşı ...

    18-08-2017, 21:15

  • 
  • İsveç telekanalı Azərbaycandakı rejimi biabır elədi

    İsveç telekanalı Azərbaycandakı rejimi biabır ...

    14-05-2013, 00:47

  • 
  • Qurban Məmmədova yeni ittiham irəli sürüldü

    Qurban Məmmədova yeni ittiham irəli sürüldü ...

    19-08-2013, 15:45

  • 
  • ƏSGƏROV BEYNƏLXALQ AXTARIŞA VERİLƏ BİLƏR - 56 milyonluq korrupsiya işi böyüdü

    ƏSGƏROV BEYNƏLXALQ AXTARIŞA VERİLƏ BİLƏR - 56 ...

    16-03-2017, 21:15

  • 
  • “Rüstəm İbrahimbəyova qarşı heç bir ittiham irəli sürülməyib”

    “Rüstəm İbrahimbəyova qarşı heç bir ittiham irəli ...

    29-07-2013, 14:02


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu