Naməlum şəxslər tanınmış vəkil Aslan İsmayılovun elektron ünvanına daxil olaraq onun bütün məlumatlarını ələ keçirib. Bu barədə vəkil facebook hesabında məlumat verib. Virtualaz.org-a istinadən həmin statusu təqdim edirik:
“Bu ilin iyul ayının əvvəllərində [email protected] email ünvanıma kənar şəxslər daxil olaraq oradakı bütün məlumatları ələ keçirmiş və mənim istifadəmi qeyri-mümkün etmişlər. Bu müddət ərzində peşəkarlar tərəfindən həmin ünvanı bərpa etməyə çalışdım. Ünvanın bərpası mənim üçün çox vacib idi, çünki beynəlxalq aləmlə olan bütün əlaqələrimin ünvanları orada idi. Bildirildikdə ki
ünvanın bərpası mümkün deyil, bu gün Azərbaycan Respublikası MTN-nə müraciət etməli oldum.
Orada olan yazışmalardan mənim əleyhimə istifadə etmək üçün çalışanlara bildirirəm ki, özlərini yormasınlar. Mən nəinki yazışmalarımda, heç fikrimdə də heç vaxt qanunsuz əməl barədə düşünməmişəm, gördüklərim qanunsuzluqlar barədə fikrimi açıq şəkildə bildirməkdən də qorxmamışam”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?