GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Brüssellə Strasburq arasında: Bakı üçün kritik 2 ay

Brüssellə Strasburq arasında: Bakı üçün kritik 2 ay

Tarix: 28-10-2017, 10:30 Bölmə :Siyasət Baxış: 418
Brüssellə Strasburq arasında: Bakı üçün kritik 2 ay


İlin sonunadək Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlığın formatı dəqiqləşəcək; təşkilatın Ermənistanla sənədin imzalanmasını ertələməsində Azərbaycan faktoru - yola davam, yoxsa tamam?

Xəbər verildiyi kimi, noyabrın 24-də Brüsseldə Avropa Birliyinin (AB) növbəti sammiti keçiriləcək. Sammitdə qurumun “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin rəhbərlərinin qatılması da gözlənilir. Həmin toplantı çərçivəsində AB ilə Ermənistan arasında ikitərəfli çərçivə sənədinin imzalanacağı deyilsə də, artıq məlumdur ki, bu, baş verməyəcək.

Ermənistanda səbəbin texniki xarakterli olduğu iddia edilsə də, əslində başqa, siyasi və iqtisadi xarakterli motivlərin rol oynadığı da istisna olunmur. Məsələn, “Yeni Müsavat”ın son saylarının birində qeyd elədiyimiz kimi, sənəddə İrəvan qarşısında qəzalı vəziyyətdə olan Metsamor AES-in bağlanması tələbi var. Bu bəndə isə Ermənistanda ictimaiyyət və müxalifət səviyyəsində ciddi etiraz edilir.

Səbəb də o göstərilir ki, o halda işğalçı ölkə enerji təhlükəsizliyi ilə bağlı ciddi problemlərlə üzləşə bilər. AES-in bağlanması həmçinin, onun əsas istismarçısı olan Rusiyanın da marağında görünmür. Hər necə olmasa, Metsamor AES satellit Ermənistanı Kremlə bağlayan mühüm tellərdən biridir.

Bundan əlavə, bəzi məlumatlara görə, Ermənistan AB ilə ikitərəfli anlaşma sənədində Qarabağla bağlı məsələnin həll formulu kimi “öz müqəddəratını təyinetmə” prinsipinin də əks olunmasına çalışır. Bu isə təbii ki, Azərbaycanı qane edə bilməz. Rəsmi Bakı bununla bağlı öz birmənalı mövqeyini artıq prezident İlham Əliyevin dilindən bəyan edib: Azərbaycanla imzalanacaq ikitərəfli sazişdə dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipi əksini tapmalıdır. Əgər Ermənistanla sənəddə fərqli yanaşma olsa, bu, Bakının mövqeyinə də təsir edə bilər.

Yeri gəlmişkən, İlham Əliyev Brüssel sammitində iştirak edəcəyini də bildirib.

*****

Yəqin ki, Ermənistanla tərəfdaşlıq sənədi daha tez imzalanacaq. Bunu AB-nin genişlənmə və qonşuluq siyasəti üzrə ali komissarı Yohannes Hanın hər iki məsələ ilə əlaqədar dünən verdiyi açıqlamalar da təsdiqləyir. Belə ki, o, Ermənistanla sazişin noyabrın 24-də - AB-nin sammitində deyil, “bir azca sonra, lakin mütləq imzalanacağını” deyibsə, Azərbaycanla tərəfdaşlığa dair danışıqların yaxın iki ayda başa çatmalı olduğunu söyləyib.


Bu barədə o, Tallində keçirilən “Şərq tərəfdaşlığı”nın 4-cü biznes-forumunda bildirib. Yəni, Azərbaycanla çərçivə anlaşması təxminən ilin sonuna yekunlaşmalıdır. Demək, Azərbaycanın bir daha öz əsas şərti ilə bağlı situasiyaya qiymət vermək imkanı olacaq - hərçənd, AB-nin Azərbaycan və Ermənistanla çərçivə sənədləri eyni tarixdə imzalayacağını da tam istisna eləmək olmaz.

*****

O da maraqlıdır ki, AB yetkilisi Ermənistanla sazişin ertələnməsinin konkret hansı səbəbdən baş verdiyinə aydınlıq gətirməyib. Ali komissar yalnız onu əlavə edib ki, “Ermənistanda islahatlar üçün büdcə vəsaitlərinin ayrılması şərtləri olduqca sərt olacaq və çatışmazlıqların heç biri nəzərdən qaçmayacaq”.

Azərbaycana gəlincə isə Yohannes Han bunu da deyib ki, hazırda danışıqlar davam edir: “Müəyyən vaxt tələb olunurdu ki, anlaşmanın hansı sferaları əhatə edəcəyi dəqiq müəyyənləşdirilsin. Əminəm ki, anlaşma növbəti iki ayda əldə olunacaq”.

Onu da qeyd edək ki, Azərbaycanla yeni anlaşma sazişi 1996-cı ildə imzalanmış tərəfdaşlıq və əməkdaşlıq haqda sazişi əvəz eləməlidir. Bu isə həm Avropa Birliyinə, həm də Azərbaycana imkan verəcək ki, ümumi hədəfləri və problemləri daha çox nəzərə alaraq əməkdaşlığa davam eləsinlər.

*****

AB ilə çərçivə sazişinin imzalanması sözsüz ki, ölkəmizin Avropa ilə, bütövlükdə Qərblə münasibətlərə önəm verdiyinin nümayişi olacaq. Bunu ən əvvəl milli maraqlarımız, o sırada Dağlıq Qarabağ məsələsinin ədalətli həll zərurəti diktə edir.

Əksinə, xüsusən də Ermənistanın təşkilatla çərçivə sənədi imzalaması fonunda Azərbaycanın hansısa səbəbdən eyni addımı atmaması işğalçıya yaxşı bir sürpriz olardı - təbii ki, Qarabağ şərti təmin olunmayacağı halda. Bu şərti isə AB qəbul etməyə bilməz. Çünki Avropa Parlamentinin (AB-nin əsas orqanı) Ermənistanı işğalçı kimi tanıyan qərarı var.

O da maraqlıdır ki, məhz bu ərəfədə mənzil-qərargahı Strasburqda olan Avropa Şurasının Nazirlər Kabineti həbsdə olan REAL sədri İlqar Məmmədovun işi ilə bağlı noyabrın 29-dək Azərbaycana möhlət verib. Bu da Bakının Brüssellə anlaşma sənədinə dair müzakirələrin pik dövrünə təsadüf edəcək. Narahatedici məqam odur ki, bu dəfə də anlaşma olmasa, yəqin ki, məsələ Avropa Şurasının gələn ilin əvvəlində (yanvarda) keçiriləcək qış sessiyasına çıxarılacaq - nə vaxt ki, faktiki, Azərbaycanla Avropa Birliyi arasında çərçivə sənədi ilə bağlı müzakirələr də yekunlaşmalıdır.

*****

Əlbəttə ki, Azərbaycanın düşmənləri çox istərdilər ki, İlqar Məmmədovun işinə görə Bakı-AB danışıqlarına da zərbə dəysin və Azərbaycan həm Avropa Şurasından çıxarılsın, həm də Avropa Birliyi ilə anlaşma sənədi baş tutmasın.

Yəqin ki, rəsmi Bakı bütün bunların fərqindədir və o, Avropa Şurasının möhləti ilə bağlı yekunda düşmən çevrələri məyus edəcək bir qərarı alacaq. Bununla da Azərbaycan Brüssellə Strasburq arasında seçim eləməli olmayacaq. Həm AB ilə həm də Avropa Şurası ilə konstruktiv əməkdaşlığa, yola davam edəcək.|musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İşğalçı üçün gerisayım: Bakıya qarşı əsas hədə əldən çıxır

    İşğalçı üçün gerisayım: Bakıya qarşı əsas hədə ...

    24-10-2017, 10:15

  • 
  • Prezidentin kritik səfəri - Bakı Avropaya şərt qoydu

    Prezidentin kritik səfəri - Bakı Avropaya şərt ...

    6-10-2017, 10:18

  • 
  • "Azərbaycan hökuməti insan hüquqları və qanunun aliliyinə pis münasibətdə"

    "Azərbaycan hökuməti insan hüquqları və ...

    17-11-2013, 12:07

  • 
  • Ermənistan üçün gerisayım başlayır - kritik bir ay

    Ermənistan üçün gerisayım başlayır - kritik bir ay ...

    7-10-2017, 11:21

  • 
  • Bakıda növbəti Avropa-Azərbaycan Biznes Sammiti keçiriləcək

    Bakıda növbəti Avropa-Azərbaycan Biznes Sammiti ...

    28-03-2016, 19:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu