GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Prezident İlham Əliyev: “Şahdəniz” yatağı minimum 100 il bundan sonra fəaliyyət göstərəcək”

Prezident İlham Əliyev: “Şahdəniz” yatağı minimum 100 il bundan sonra fəaliyyət göstərəcək”

Tarix: 9-11-2017, 09:22 Bölmə :Siyasət Baxış: 363
Prezident İlham Əliyev: “Şahdəniz” yatağı minimum 100 il bundan sonra fəaliyyət göstərəcək”


“Bu il “Əsrin kontraktı”nın uzadılması ilə bağlı yeni saziş imzalanıb. Bu da tarixi hadisədir. 2050-ci ilə qədər daha yaxşı şərtlərlə kontrakt imzalanıb. Bu kontraktın icrası nəticəsində Azərbaycana 3,6 milyard dollar sadəcə olaraq bonus şəklində veriləcək. Dövlət Neft Şirkətinin payı 11 faizdən 25 faizə qaldırılıb. SOCAR, eyni zamanda, operator funksiyasını daşıyacaq və mənfəət neftinin 75 faizi 2050-ci ilə qədər, yəni, kontraktın bütün müddəti ərzində Azərbaycana qalacaq”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasimdə çıxış edərkən deyib.

“Bu, bir daha onu göstərir ki, bizim çox böyük və zəngin təbii resurslarımız var. Yaxşı yadımdadır ki, biz Bakı-Tbilisi-Ceyhan neft kəmərini inşa edərkən o vaxt işimizə maneçilik törətmək istəyən qüvvələr var idi. Bizə qarşı kampaniyalar, şər-böhtan kampaniyası aparılırdı. Ortaya süni bir ekoloji mövzu qoyulmuşdu ki, guya burada ekologiya pozulacaq. Halbuki, baxın, bu gün Bakının vaxtilə çirklənmiş yerlərində biz parklar saldıq, cənnət yaratdıq. Elə Bibiheybət yatağının - ən qədim neft yatağının əvvəlki görüntüləri necə idi, indiki görüntüləri necədir.

Əvvəlki görüntülər bir fəlakət mənzərəsi idi. Bu gün isə bu, Bakının ən gözəl parklarından biridir. Yəni, biz ekoloji vəziyyətin yaxşılaşdırılmasına da çox böyük vəsait qoyuruq. Amma o vaxt bunu bəhanə gətirərək istədilər işimizi əngəlləsinlər”, - deyə o vurğulayıb.

Prezident qeyd edib ki, ikinci mövzu neft ehtiyatları ilə bağlı idi: “Deyirdilər ki, Azərbaycanda neft yoxdur, Bakı-Tbilisi-Ceyhan kəmərini tikmək lazım deyil, bu, heç vaxt özünü doğrultmayacaq. Bax, biz artıq 1997-ci ildən başlayaraq konsorsiumla birlikdə 20 il ərzində nefti hasil edirik. Qeyd etdiyim kimi, konsorsium ancaq “Azəri-Çıraq-Günəşli”dən 460 milyon ton neft hasil edib. Lakin bundan da çox təsdiqlənmiş ehtiyat var. Kontraktın 2050-ci ilə qədər uzadılması onu göstərir ki, bizim kifayət qədər neftimiz var, qoy, heç kim narahat olmasın. Eyni mövzunu qazla bağlamaq istəyirdilər, yenə də bədxahlar, bizi istəməyən qüvvələr şayiə yayırdılar ki, Azərbaycanda qaz yoxdur. Ancaq bu gün “Şahdəniz-2” layihəsi reallıqdır. Qeyd etməliyəm ki, bizim təsdiq edilmiş, dəqiqləşdirilmiş neft ehtiyatlarımız 1,5 milyard tondur, proqnoz isə 2 milyard tondur. Təsdiq edilmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir, proqnoz təqribən 3-4 trilyon kubmetrə bərabərdir. “Azəri-Çıraq” yatağının işlənilməsi onu göstərir ki, biz həmişə çox konservativ rəqəmlər ortaya qoyuruq. Mən yaxşı xatırlayıram ki, 1994-cü ildə kontrakt imzalananda “Azəri-Çıraq-Günəşli” yataqlarının ehtiyatları 511 milyon tona bərabər səviyyədə hesablanmışdı. Hətta mən o vaxt Dövlət Neft Şirkətində gənc bir işçi kimi təəccüb edirdim ki, bunu necə dəqiqliklə hesablaya bilərlər – 511. Niyə 510 yox, 512 yox, 511? Əlbəttə ki, bu, bir şərti rəqəm idi. Ancaq bugünkü hesablamalar onu göstərir ki, yataqların ehtiyatı minimum ən azı iki dəfədən çoxdur. Çünki o 511 şərti rəqəminin 462-si artıq çıxarılıb. 2050-ci ilə qədər də, görün, nə qədər neft olacaq? Ona görə əminəm ki, bizim proqnozlarımız həyatda öz təsdiqini tapacaq. Çünki mövcud ehtiyatların qiymətləndirilməsini biz çox konservativ şəkildə aparırıq. “Azəri-Çıraq-Günəşli” yatağı minimum 2050-ci ilə qədər işləyəcək. “Şahdəniz” yatağı əminəm ki, minimum 100 il bundan sonra fəaliyyət göstərəcək. Hazırda biz Abşeron yatağından yaxın gələcəkdə qaz hasilatını gözləyirik. “Ümid”, “Babək” yataqlarının çox böyük perspektivləri var. Gələn ildən Dövlət Neft Şirkəti bu yataqlarda da çox fəal iş aparacaqdır. Müəyyən işlər aparılır. Daha da böyük həcmdə işlər aparılacaq”./APA
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev iki milyard ton neft hasilatı ilə bağlı mərasimdə — YENİLƏNİB

    İlham Əliyev iki milyard ton neft hasilatı ilə ...

    8-11-2017, 12:10

  • 
  • Prezident İlham Əliyev: "Rəcəb Tayyib Ərdoğanla bütün birgə planlarımız həqiqətə çevrildi"

    Prezident İlham Əliyev: "Rəcəb Tayyib ...

    10-07-2017, 15:30

  • 
  • İlham Əliyev: "Uzunmüddətli, dayanıqlı hasilat səviyyəsini saxlamaq üçün xarici tərəfdaşlarla danışıqların son mərhələsindəyik"

    İlham Əliyev: "Uzunmüddətli, dayanıqlı ...

    31-05-2017, 13:01

  • 
  • İlham Əliyev: "Azərbaycanın neft-qaz layihələri regionda təhlükəsizliyin, sabitliyin, inkişafın təminatçısıdır"

    İlham Əliyev: "Azərbaycanın neft-qaz ...

    1-06-2017, 00:00

  • 
  • “Yeni əsrin müqaviləsi” imzalandı - tarixi saziş və növbəti 32 il üçün qarantiya

    “Yeni əsrin müqaviləsi” imzalandı - tarixi saziş ...

    15-09-2017, 10:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu