GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycana qarşı növbəti təzyiq dalğasında Kreml və Soros izi

Azərbaycana qarşı növbəti təzyiq dalğasında Kreml və Soros izi

Tarix: 16-11-2017, 10:50 Bölmə :Siyasət Baxış: 324
Azərbaycana qarşı növbəti təzyiq dalğasında Kreml və Soros izi


Aİ ilə Azərbaycanın yaxınlaşmasını istəməyən qüvvələr hərəkətə keçdi; 37 təşkilatın Brüsselə göndərdiyi məktubun arxasındakı gizli məqamlar

Noyabrın 24-də Brüsseldə keçiriləcək Avropa İttifaqı liderlərini sammiti öncəsi “Sərhədsiz Reportyorlar” Təşkilatı və daha 37 beynəlxalq hüquq müdafiə təşkilatı adından Avropa İttifaqına Azərbaycanla bağlı məktub göndərilib. Məktub müəllifləri Avropa İttifaqının liderlərini noyabrın 24-də Brüsseldə keçiriləcək sammitə qatılacaq Azərbaycan prezidenti İlham Əliyevə “ölkəsində insan haqlarına basqıları dayandırmaq üçün” təzyiq göstərməyə çağırıblar.

Məktubda siyasi məhbusların, ələlxüsus müstəqil jurnalistlərin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına, media azadlıqlarına hörmət edilməsinə və Xədicə İsmayıl kimi araşdırmaçı jurnalistlərə tətbiq olunan səyahət qadağalarının ləğv olunmasına çağırışlar yer alıb.

Məktub müəllifləri həmçinin qeyd ediblər ki, Azərbaycan hökumətinin son illərdə atdığı addımlar Avropa ilə əməkdaşlıq ruhuna tamamilə zidd olub. Məktubda Azərbaycanda insan haqları, demokratiya və medianın durumu ancaq qara rəngdə verilib. Məktub başdan-ayağa Azərbaycan hökumətinə təzyiq edilməsinə çağırış üzərində köklənib.

Qeyd edək ki, Azərbaycan Avropa İttifaqı ilə əsası 2009-cu ildə qoyulan “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlıq edir. “Şərq Tərəfdaşlığı” Avropa İttifaqının 6 qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb. Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq Avropa İttifaqı və bu quruma üzv ölkələrlə ayrı-ayrılıqda əməkdaşlığa üstünlük verirlər. 2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa İttifaqı arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi, enerji və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir. Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb. Noyabrın sonunda prezident İlham Əliyevin Avropa İttifaqının baş qərargahının yerləşdiyi Brüsselə səfər edəcəyi açıqlanıb. Səfər zamanı əməkdaşlıq sazişi ilə bağlı önəmli yeniliklərin ola biləcəyi güman edilir. Ancaq Azərbaycanın bəzi rəsmiləri də deyib ki, sazişin bu il imzalanacağı gözlənilmir.

Ekspertlər isə hesab edir ki, Aİ ilə yaxınlaşma yüksələn xətlə getdiyi, Azərbaycan prezidentinin Brüsselə səfəri öncəsi sözügedən məktubun Avropa İttifaqına ünvanlanması Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşmasını istəməyən qüvvələrin olduğunun bir daha sübut edir. Azərbaycana düşmən olan qüvvələr ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin gərginləşməsi üçün çalışırlar. Onların məqsədi heç də demokratiyanın və insan haqlarının qayğısına qalmaq deyil.

Avropa İttifaqı üzrə siyasi ekspert Yeganə Hacıyeva da bu fikirdədir ki, Azərbaycanın Avropa ilə münasibətlərini gərginləşdirmək əsas məqsəddir: “Öncə onu qeyd etmək istəyirəm ki, Azərbaycana qarşı bu kimi çağırışlar daha öncələr də səslənmişdir. Bu kimi çağırışların hansı ərəfələrdə olmasına kiçik bir diqqət yetirsək əslində bu fəaliyyətin arxasında nələrin həyata keçirilməsi aydın olur. Məsələn, Azərbaycanın Avropa İttifaqı ilə "Yeni Qonşuluq Siyasəti" Proqramına daxil olması ərəfəsi, Azərbaycan-Avropa İttifaqı Fəaliyyət Planının qəbul olunması zamanı, Azərbaycan ilə Avropa İttifaqı arasında “Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanması zamanı, Azərbaycanla Avropa İttifaqı arasında çərçivə sazişi imzalanması zamanı bu cür müraciətlər, məktublar meydana gəlir.

İkinci qeyd etmək istədiyim məqam isə çağırışların təşəbbüsçüləri və həm müəllifləri haqqındadır. Bunun üçün məhz Avropa İttifaqı özünün formalaşdırdığı, özünün maliyyələşdirdiyi, Avropa İttifaqı ərazisində strateji və kəşfiyyat məsələləri üzrə ixtisaslaşmış qurumların hesabatlarına diqqət yetirək. Konkret olaraq məhz Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESISC) kimi tanınan nüfuzlu bir Mərkəzin, Avropa İttifaqının siyasi qurumları və onların əməkdaşlıq etdikləri QHT şəbəkələri haqqında mütəmadi çap etdiyi hesabatları nümunə göstərə bilərəm. Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESISC) Avropa Şurası Parlament Assambleyasında Soros Fondunun maliyyələşdirdiyi və Avropa İttifaqının da müəyyən siyasi və iqtisadi məsələlərdə təzyiq vasitəsi kimi istifadə etdiyi, QHT-lərdən ibarət gizli şəbəkənin mövcudluğunu ifşa edən məruzənin ikinci hissəsinə və orada adı keçən QHT şəbəkəsinə diqqət yetirmək kifayətdir. Məhz noyabrın 24-də Brüsseldə keçiriləcək Avropa İttifaqı liderlərinin sammiti öncəsi Azərbaycana təzyiq çağırışları etmiş 37 beynəlxalq hüquq müdafiə təşkilatlarının mütləq əksəriyyətinin adının bu hesabatda keçməsinin şahidi olacağıq".

Ekspert açıqladı ki, həmin hesabata görə Avropa İttifaqı və Avropa Şurasındakı maliyyələşdirdiyi deputat və məmurların mövqeyi sayəsində, Soros Fondunun maliyyələşdirdiyi “Human Rights Watch”, Avropa Stabillik Təşəbbüsü (ESI), “Amnesty İnternational”, “İnsan Haqları Evi”, “Açıq dialoq” və sair kimi tanınmış QHT-lərin ölkəmizə qarşı fəaliyyətinin arxasında birmənalı Azərbaycanın Avropa İttifaqına yaxınlaşmasını istəməyən qüvvələrin sifarişi, münasibətlərin gərginləşməsinə xidmət edən fəaliyyəti dayanır.

Bundan başqa, daha öncə də sübut olunub ki, Avropa təsisatlarında Azərbaycana qarşı bəyanatlar, qanun layihələri hazırlayan şəxslər həm də Kremlə gizli şəkildə bağlı olan sosialistlərdir. Kreml heç bir halda Azərbaycanın Aİ ilə yaxınlaşmasını istəmir. Yaxınlaşma baş verən ərəfədə Moskva öz əlaltıları vasitəsi ilə Azərbaycana qarşı Avropadan təxribatlar törədir və münasibətləri pozmağa çalışır./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xədicə İsmayılova ilə bağlı prezidentə məktub yazılıb

    Xədicə İsmayılova ilə bağlı prezidentə məktub ...

    14-08-2013, 23:24

  • 
  • Avropa Parlamenti Azərbaycana sanksiyalar tətbiq etməyə çağırdı

    Avropa Parlamenti Azərbaycana sanksiyalar tətbiq ...

    10-09-2015, 18:38

  • 
  • “Digər siyasi məhbuslar da dərhal azad edilməlidir” – “Freedom House” bəyanat verdi

    “Digər siyasi məhbuslar da dərhal azad ...

    26-05-2016, 22:10

  • 
  • Bakıda növbəti Avropa-Azərbaycan Biznes Sammiti keçiriləcək

    Bakıda növbəti Avropa-Azərbaycan Biznes Sammiti ...

    28-03-2016, 19:42

  • 
  • Azərbaycanla Avropa İttifaqı növbəti danışıqlara başlayır

    Azərbaycanla Avropa İttifaqı növbəti danışıqlara ...

    31-08-2017, 11:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu