Müsavat Partiyası Şirvan şəhər təşkilatının sədri Əlikram Xurşudovun noyabrın 22-si axşam saatlarında saxlandığı bildirilir.
Bu barədə Müsavat Partiyası məlumat yayıb.
Partiyadan verilən məlumata görə, Ə.Xurşudovu polis saxlayıb. Amma bunun səbəbi onlara bəlli deyil. Müsavat Partiyasından bildirildiyinə görə, bu barədə şəhər polisinə müraciət etsələr də, onlara hər hanası açıqlama verilməyib.
Dəfələrlə cəhd etsək də, bu deyilənləri Şirvan Şəhər Polis İdarəsindən dəqiqləşdirmək mümkün olmayıb.
Müsavat Partiyası isə bildirir ki, Ə.Xurşudov bu günlərdə özünün Facebook səhifəsində Şirvan şəhərində vətəndaşların inzibati üsullarla Yeni Azərbaycan Partiyasına (YAP) üzv yazdırılması haqda status paylaşıb.
Hakim YAP haqda bundan əvvəl də belə fikirlər səslənib. Ancaq bu partiya, bir qayda olaraq, belə iddiaları təkzib edir. Bu il yaradılmasının 25 illiyi qeyd edilən YAP-ın 700 mindən çox üzvünün olduğu deyilir.
Sorğu
Yeni dizaynımız necədir?