GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Rüstəm İbrahimbəyov müvəqqəti hökumət qurur

Rüstəm İbrahimbəyov müvəqqəti hökumət qurur

Tarix: 20-06-2013, 18:03 Bölmə :Siyasət Baxış: 697
Rüstəm İbrahimbəyov müvəqqəti hökumət qurur
Milli Şuranın lideri perspektivdə planlarını açıqlayıb

Görkəmli ictimai-siyasi xadim, dünya şöhrətli ziyalı Rüstəm İbrahimbəyov rəhbərlik etdiyi Milli Şuranın üzvlərinə məktub göndərib.

"El" hərəkatından daxil olan məktbunun mətnində qeyd olunur:

"Milli Şuraya!
Milli Şuranın növbəti iclasının bütün iştirakçılarını ürəkdən salamlayıram!
İşçi qrupların və komissiyaların tərkibi ilə bağlı təklifləri dəstəkliyərək, prezident seçkilərində müxalifətdən olan vahid namizədin yerinə yetirəcəyi tələblərlə bağlı mülahizələrini Sizinlə bölüşmək istərdim. İlk növbədə vahid namizəd müəyyən olunacaq şəxs əvvəlcədən öz razılığını bildirməlidir. Əgər namizədliyi rəsmi qaydada irəli sürülüb elan olunarsa, həmin şəxs seçkiqabağı kompaniyada iştirak etmək üçün mütləq Azərbaycanda olmalıdır. Bu kampaniyanın aparılmasına başlamaq üçün vahid namizəd müvafiq işlər görməli, o cümlədən Azərbaycanda demokratik dəyişikliklərdə marağı olan beynəlxalq güclərin dəstəyini qazanmaq üçün zəruri fəaliyyət göstərməlidir. Öz növbəsində Milli Şura irəli sürdüyü vahid namizədin Mərkəzi Seçki Komissiyyasında əsassız olaraq qeydiyyata alınmaqdan imtina edilməsi ilə bağlı zəruri fəaliyyəti nəzərdə tutmalıdır. Şura mümkün geniş ictimai etirazı dəstəkləməyə hazır olmalıdır.
Seçkilərin saxtalaşdırılması nəticəsində yaranmış mübahisəli situasiya da xalqın ictimai etirazına səbəb ola bilər. Ona görə də vahid namizəd keçmişdə baş vermiş səhvlərin təkrarlanmaması üçün sonadək xalqın etirazçı hissəsinə rəhbərlik etməyə hazır olmalıdır.
Seçkilərdə qələbə çaldığı təqdirdə vahid namizəd öz öhdəliklərini iki ildən çox icra etməməyə razılıq verməlidir. Seçkidən sonrakı ilk aylarda aşağıdakı addımlar gerçəkləşdirilməlidir:
- Demokratik Qüvvələrin Milli Şurasının kadr bazası əsasında müvəqqəti “Milli Etimad Hökuməti” formalaşdırılır;
- büdcədən maliyyələşdirilən bütün kütləvi informasiya vasitələri (o cümlədən televiziya və radio) senzuradan azad edilir;
- özəl televiziya və radio kampaniyalarının yaradılması üçün maneələr aradan qaldırılır;
- bütün səviyyələrdə müstəqil məhkəmə icraatının yaradılmasının əsası qoyulur;
- 6 ay müddətində indiki parlament buraxılır (Prezidentin buna konstitusiya hüququ olmadığı üçün referendum da nəzərə alınmaqla, digər qanuni metodlardan istifadə edilməlidir);
- hakimiyyətin müxtəlif qolları arasında real balansın təmin olunmasını, dövlət idarəçilik sisteminin islahatını, proporsional-mojaritar qarışıq sistem əsasında keçirilən parlament seçkiləri nəticəsində hökumətin formalaşmasını, yerli özünüidarə orqanlarının səlahiyyətlərinin genişləndirilməsini, şəhər bələdiyyə şuralarının və icra hakimiyyəti başçısının seçkilər yolu ilə müəyyənləşdirilməsini və s. nəzərdə tutan konstitusiya islahatına dair referendum keçirilir;
- bir il ərzində yeni parlament seçilir və seçkinin nəticələrinə uyğun olaraq ali qanunverici orqan qarşısında hesabatlı olan hökumət formalaşdırılır;
- parlament seçkilərindən təxminən 3 ay sonra prezident seçkisi elan olunur.
Keçid dövründə Prezident Milli Şuranın Təsis Bəyannaməsinə uygun xarici siyasət xətti yeridir. Bu siyasətin prioritet istiqamətini isə Qarabağ münaqişəsinin ədalətli tənzimlənməsi və Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarıılması təşkil edir.
Beləliklə, keçid dövrünün əsas vəzifəsi ölkədə bütün partiya və hərəkatlara bərabər imkanlar verən vətəndaş cəmiyyətinin yaradılmasından ibarət olur. Konstitusiyaya hakimiyyətin seçkiləri saxtalaşdırmaq üçün hər hansı imkandan istifadəsini mühakimə edən maddə əlavə olunur.

Hörmətli Milli Şura üzvləri!

Hakimiyyətin və onun dəyirmanına su tökən kütləvi informasiya vasitələrinin uydurma təbliğatına baxmayaraq, deməliyəm ki, Milli Şuranın yaranması tarixi hadisədir və Azərbaycanın demokratik qüvvələrinin fövqəladə dərəcədə əhəmiyyətli naliyyətidir. Hakimiyyətin ruporu rolunu oynayan bəzi icmaçıların belə bir fikri də tamamilə əsassızdır ki, guya Milli Şura kifayət qədər aktiv deyil. Şuranın yaradılmasından bir gün sonra bizim Vaşinqtonda ABŞ-ın ali-siyasi rəhbərləri ilə görüşlərimiz başlanıb. Bəyan edirəm ki, bu ölkənin həm Dövlət departamenti, həm də ABŞ Konqresi uzun illərin uğursuz cəhdlərindən sonra müxalifəti ilk dəfə belə geniş formatda birləşdirmiş Milli Şuranı çox nüfuzlu təşkilat kimi qəbul edir. Amma təəccüb doğuran odur ki, Vaşinqton görüşlərinin nəticələri bizdə ictimai diqqəti lazımınca cəlb etməyib.
Hazırda mənim Bakıya qayıtmağımla bağlı bəzi KİV-lərdə qızğın müzakirə olunan məsələyə də münasibətimi bildirmək istəyirəm. Mən əvvəldə Vaşinqtonda başlanmış işlərin davam etdirilməsinin vacibliyi barədə bəhs etdim. Təəssüf ki, geniş beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycandakı vəziyyətə cəlb etməyin önəminin lazımınca qiymətləndirilməməsi ona gətirib çıxarıb ki, hakimiyyətə lobbilik edən strukturlar xaricdəki bəzi dairələrdə indiki rejimin qondarma müsbət obrazını yarada biliblər. Müxalifətin bu istiqamətdəki aktiv işi situasiyanı əhəmiyyətli dərəcədə dəyişə bilər. Ona görə də mən başlanmış prosesi tamamlamaq üçün Bakıya dönməmişdən əvvəl Avropaya və Türkiyəyə səfər etmək niyyətindəyəm.
Və nəhayət, sonuncu məqam. Mən dəfələrlə demişəm ki, rəhbərliyini məmnuniyyətlə qəbul etdiyim Milli Şuranı yaratmaq təşəbbüsünü irəli sürərkən özümün prezident seçkilərində mütləq iştirakımı nəzərdə tutmamışam. Mən heç vaxt vəzifəyə can atmamışam. Hətta ən yüksək vəzifə olsa belə, heç indi də bunun üçün çalışmıram. Əminəm ki, Milli Şuranın tərkibində müxalifəti seçki kampaniyasında yüksək səviyyədə təmsil edə biləcək layiqli ziyalılar (mən tanınmış siyasi partiya və hərəkat liderlərindən ona görə danışmıram ki, keçid dövrü üçün prezidentliyə namizəd müstəqil şəxs olmalı və bütün siyasi qüvvələrin dəstəyini almalıdır) kifayət qədərdir. “Öz namizədim var” deyərkən mən, məhz bu məqamı nəzərdə tuturdum. Lakin təkrar etməyi vacib bilirəm ki, Milli Şura bütün hallarda mənim namizədliyim üzərində dayanarsa, bu təklifi qəbul edər və qarşıda bizi hansı çətinliklər gözləməsindən asılı olmayaraq, xalqımız qarşısında öz borcumu yerinə yetirərəm!
Hörmətlə: Rüstəm İbrahimbəyov
20.06.2013"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid namizədi oldu

    Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid ...

    2-07-2013, 13:25

  • 
  • “Vahid namizəd olmağa razılıq vermişəm”

    “Vahid namizəd olmağa razılıq vermişəm” ...

    28-06-2013, 19:22

  • 
  • Rüstəm İbrahimbəyov yeni müraciət yaydı

    Rüstəm İbrahimbəyov yeni müraciət yaydı ...

    11-08-2013, 23:57

  • 
  • YAP Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd olmasına MÜNASİBƏT bildirdi

    YAP Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd ...

    2-07-2013, 14:49

  • 
  • "Sabah daha bir vahid namizəd müəyyən olunacaq"

    "Sabah daha bir vahid namizəd müəyyən ...

    18-08-2013, 18:24


Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Arxiv xəbərlər

İyun 2025 (216)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu