Milli Şuranın 20-ci sahəyə, sürücülük məktəbinin həyətinə təyin etdiyi aksiyada Müsavat Partiyasının başqanı İsa Qəmbər də iştirak edir. İsa Qəmbər çıxışında bildirib ki, son günə qədər Rüstəm İbrahimbəyovu gözləyəcəyik:
“Hazırda Milli Şuranın vahid namizədinin müəyyən problemləri var, Milli Şuradakı qeyri-müəyyənlik göz qabağındadır. İbrahimbəyovun qarşısında süni əngəllər yaradılıb. Biz əngəlləri aşmaq gücündəyik. Biz mübarizə meydanını boş buraxmayacağıq. Sabah milli şuranın toplantısında ciddi qərarlar qəbul ediləcək Rüstəm müəllimin razılığı ilə iki variantdan biri seçiləcək. Daha bir ziyalının namizədliyini müyyənlşəməsinə nail olcağıq, onunla seçkiyə gedəcəyik ya da partiyalardan kim istəsə namizədliyini irəli sürsün. Bu gün bizi tənqid edirlər. Hec iqtidarın vahid namizədi yoxdur”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?