GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İranın Dağlıq Qarabağ problemində vasitəçilik təşəbbüsləri 1992-ci ildə Şuşanın işğalı ilə nəticələndi — Politoloq İran XİN rəhbərinin İrəvandakı bəyanatını şərh edib

İranın Dağlıq Qarabağ problemində vasitəçilik təşəbbüsləri 1992-ci ildə Şuşanın işğalı ilə nəticələndi — Politoloq İran XİN rəhbərinin İrəvandakı bəyanatını şərh edib

Tarix: 2-12-2017, 12:25 Bölmə :Siyasət Baxış: 349
İranın Dağlıq Qarabağ problemində vasitəçilik təşəbbüsləri 1992-ci ildə Şuşanın işğalı ilə nəticələndi — Politoloq İran XİN rəhbərinin İrəvandakı bəyanatını şərh edib


İrəvanda səfərdə olan İranın xarici işlər naziri Ermənistanı mədh edəcək bəyanatlarla çıxış edib.
Nazir Məhəmməd Cavad Zərif Ermənistanı bölgədə “sülhün və əmin-amanlığın carçısı və təminatçısı” adlandırıb.

İran Azərbaycan dövlətləri arasında son zamanki isti münasibətlər, İranın Bakı-Tiflis-Qars dəmiryol xəttinə Təbriz şəhərinin də qoşulmasını səsləndirməsi və ölkə prezidentlərinin məhsuldar görüşlərindən sonra İran XİN rəhbərinin belə çıxış etməsi təəccüblə qarşılanıb.

Baş verən prosesləri politoloq Elşən Manafov "Ölkə.Az"a şərh edib:

"İranın və Rusiyanın bölgə ilə bağlı maraqları bir qayda olaraq ABŞ-ın və ABŞ-ın NATO üzrə müttəfiqlərinin maraqlarından kifayət qədər fərqlənib. İstər Rusiya, istərsə də İran bölgəyə birbaşa aidiyyatı olmayan tərəflərin, xüsusilə Qərbin bu bölgədə möhkəmlənməsinin, buraya kapital qoymasının əlehinə olub. Xatırlatmağa dəyər ki, Xəzərin hüquqi statusu ilə bağlı danışıqların gedişində də İranın və Rusiyanın mövqeyi əksər hallarda üst-üstə düşür. O anlamda ki, hər iki tərəf Xəzərlə bağlı açıqlamalarında Xəzərə birbaşa çıxış imkanı olmayan dövlətlərin orada təmsilçilik hüququnun əlehinə olduqlarını bəyan ediblər.

Əslində Cənubi Qafqaz XIX əsrdə İranla Rusiya tərəfindən bölüşdürülüb, Osmanlının nüfuz dairəsi müəyyən mənada məhdudlaşdırıldıqdan sonra İran və Rusiya əsasən uzlaşdırılmış siyasət həyata keçiriblər. Düşünmürəm ki, İranın xarici işlər nazirinin mövqeyi İran prezidenti Həsən Ruhaninin bölgə ilə bağlı mövqeyindən kifayət qədər fərqlənir. Həsən Ruhaninin özünün də təmsil olunduğu İran, Azərbaycan, Rusiya, Türkiyə regional təhlükəsizlik koalisiyasında bildiyimiz kimi Ermənistan təmsil olunmur. İran, Rusiya, Azərbaycan və Türkiyə prezidentlərinin bölgə, o cümlədən Dağlıq Qarabağ probleminin tənzimlənməsi ilə bağlı açıqlamalarında dəfələrlə vurğulanıb ki, Ermənistan özünün qeyri-konsturuktiv mövqeyi ilə danışıqların tənzimlənməsində ciddi maneə törədir, beynəlxalq hüquq normalarına hörmətsizlik edir. Bu tip açıqlamalar Türkiyənin mövqeyində özünü daha qabarıq şəkildə büruzə verib. Tərəflərin hamısı, o cümlədən İran və Rusiya Azərbaycanı bölgənin lider dövləti kimi qəbul ediblər. Əslində bu günlərdə Pakistanın, Türkiyənin, Hindistanın xarici işlər nazirlərinin Azərbaycan prezidenti ilə keçirdiyi görüşlər sübut etdi ki, Hindistan kimi nəhəng dövlət belə Azərbaycanı Cənubi Qafqaz bölgəsinin lider dövləti olaraq qəbul edir. Maraqlıdır ki, Türkiyə, Azərbaycan, Pakistan arasında əldə edilmiş razılıqlar 3 dövlət arasında hərbi sənaye kompleksinin daha da inkişaf etdirilməsini özündə ehtiva etsə də, eyni zamanda bu razılıqlar Ermənistanın bölgə ilə bağlı maraqlarının ziddinədir.

Ermənistan Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməyib, bu Ermənistanın dövlət gerbində də özünü əks etdirib".
İranın xarici işlər nazirinin mövqeyinə gəldikdə isə politoloq bildirib ki, ilk baxışda İran xarici işlər nazirinin bəyanatı digər İran rəsmilərinin Azərbaycana münasibətdəki mövqeyindən fərqli təsiri bağışlaya bilər:

"Ancaq nəzərə almaq lazımdır ki, İran Rusiya, o cümlədən ATƏT-in Minsk qrupunda təmsil olunmuş dövlətlər kimi Dağlıq Qarabağ probleminə münasibətdə zaman-zaman ikili standartlardan çıxış edib. İranın iqtisadi dəstəyi sayəsində Ermənistan bugünə qədər duruş gətirə bilib. Rusiyanın Ermənistana birbaşa çıxış imkanları yoxdur. Baxmayaraq ki, Ermənistan Avrasiya İqtisadi birliyinin üzvüdür, ancaq Rusiyanın Ermənistanla nə quru, nə də su sərhədləri yoxdur. Ermənistan əslində beynəlxalq birlikdən təcrid olmuş şəkildə qalmaqda davam edir. Ermənistanın dünyaya çıxış imkanlarını zaman-zaman məhz İran dövləti yaradıb. İran Ermənistanın enerji və ərzaq təminatında ciddi önəm və əhəmiyyət kəsb edən bir dövlətdir.

İranın konstitusiyasında qeyd olunub ki, İran İslam Cümhuriyyəti bütün dünyada islam xalqlarına, islam ölkələrinə münasibətdə təcavüzə yol vermiş bütün dövlətlərlə münasibətləri məhz islam ölkələri ilə həmrəylik konteksində qurmalıdır. Bu mənada İran Ermənistanın Azərbaycana təcavüz etdiyini gözəl başa düşür və zaman-zaman tərəflər arasında vasitəçilik missiyasını da öz üzərinə götürüb. Maraqlıdır ki, İranın bu vasitəçilik təşəbbüsləri 1992-ci ildə Şuşa şəhərinin işğalı ilə nəticələndi. Bu onu göstərirdi ki, İranın Dağlıq Qarabağ problemi ilə bağlı sərgilədiyi mövqedə, verdiyi bəyanatlarda səmimi dövlət təsiri bağışlamır. Bu həm də onu göstərir ki, İran islam həmrəyliyi ilə bağlı məsələlərdə də gerçək islam dövləti olaraq səmimi deyil. İranın zamanında Bosniya, Kosova məsələsində sərgilədiyi mövqe Ermənistan Azərbaycan Dağlıq Qarabağ olaylarından kifayət qədər fərqlənir. İran dəfələrlə bəyan etsə də ki, problemin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsində maraqlıdır və səylərini əsirgəməyəcək, ancaq Ermənistana siyasi və iqtisadi dəstək verməkdən vaz keçməyib.

İran gözəl başa düşür ki, nə qədər Ermənistan onun və Rusiyanın nüfuz və təsir dairəsindədir, Ermənistan ərazisinə Qərbin inteqrasiya etmək, Qərb kapitalının Ermənistana sərmayə qoymaq və Ermənistanı İran və xüsusən Rusiyanın təsir dairəsindən qoparmaq imkanları yetərincə məhdud olacaq. Bu isə bölgə ilə bağlı geosiyasi maraqlardan irəli gəlir. Əslində İran xarici işlər nazirinin bu bəyanatı son vaxtlar Azərbaycanla bölgə dövlətləri arasında əldə edilmiş razılıqların Ermənistan tərəfində doğurmuş olduğu qıcığı və narazılığı aradan qaldırmaq, bir növ erməni siyasi-hərbi elitasının könlünü almaq konteksində qəbul olunmalıdır.

İranın xarici işlər nazirinin bu bəyanatı onu deməyə əsas verir ki, rəsmi Tehran Ermənistanın bundan sonra da nazı ilə oynamağa hazırdır".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tehrandan Bakıya pislik – Ermənistan “sülhün carçısı” adlandırıldı

    Tehrandan Bakıya pislik – Ermənistan “sülhün ...

    2-12-2017, 00:50

  • 
  • İran səfirliyi Azərbaycan XİN-ə nota verməyib

    İran səfirliyi Azərbaycan XİN-ə nota verməyib ...

    13-12-2012, 13:30

  • 
  • İran-Azərbaycan münasibətləri gərgin Türkiyə-Rusiya-İran üçbucağında nələr vəd edir?

    İran-Azərbaycan münasibətləri gərgin ...

    24-02-2016, 16:38

  • 
  • ABŞ və İran rəsmiləri arasında 8 saatlıq Cenevrə danışıqları - FOTOLAR

    ABŞ və İran rəsmiləri arasında 8 saatlıq Cenevrə ...

    15-01-2015, 16:47

  • 
  • İran raket atan qurğular yerləşdirdiyini bildirib

    İran raket atan qurğular yerləşdirdiyini bildirib ...

    27-05-2013, 00:07


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (289)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu