Azərbaycan və Ermənistan Qarabağda müşahidəçilərin missiyasının genişləndirilməsi haqqında sənədə prinsipial razılıq verib.
Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib. “Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı ATƏT-in Minsk qrupunun başqa həmsədr ölkələri ilə birlikdə təmas xəttində gərginliyin azaldılmasını fəal dəstəkləyir və münaqişə zonasında ATƏT-in müşahidəçilərinin missiyasının genişləndirilməsinə yönəlik səylərə təşəbbüs edir”, - o deyib. O xatırladıb ki, mövzu 2016-cı ilin iyununda Rusiya prezidentinin Azərbaycan və Ermənistan prezidentləri ilə keçirdiyi Sankt-Peterburq görüşündə, həmçinin ötən ilin noyabrında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı və İrəvana səfərlərində müzakirə edilib. “ATƏT çərçivəsində əlavə müşahidəçilərin fəaliyyətini tənzimləyən sənədin bir neçə variantı hazırlanıb”, - diplomat qeyd edib. Zaxarovun sözlərinə görə, bu il yanvarın 18-də Polşanın Krakov şəhərində iki ölkənin xarici işlər nazirlərinin görüşündə həmsədr ölkələr tərəfindən yenilənmiş təkliflər verilib: “Nazirlər vasitəçilər tərəfindən hazırlanmış sənədə prinsipial razılıq verdilər. Bəzi texniki detallar qalıb. müşahidəçilərinin sayının artırılması mexanizmi işə düşməzdən əvvəl tərəflər bunu razılaşdırmalıdır”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?