GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ermənistanda itaətsizlik başlayır – ölkə qarışır

Ermənistanda itaətsizlik başlayır – ölkə qarışır

Tarix: 10-03-2018, 11:39 Bölmə :Siyasət Baxış: 303
Ermənistanda itaətsizlik başlayır – ölkə qarışır


Martın 2-də Ermənistan formal da olsa, yeni prezidentini seçdi - bu dəfə parlamentdə. Böyük Britaniyadakı sabiq səfir və iş adamı Armen Sərkisyan növbəti 5 il üçün Serj Sərksyanı bu postda əvəzləyəcək. Aprelin 9-a onun andiçməsi nəzərdə tutulub.

Armen Sərkisyan seçilən kimi Serj Sərkisyanla görüşdən sonra bəyan edib ki, hazırkı siyasi kursa sadiq qalacaq - o cümlədən Dağlıq Qarabağ məsələsində. Bu da faktiki, o anlama gəlir ki, erməni əhalisinin iqtisadi-sosial durumunda yaxşıya heç bir dəyişiklik baş verməyəcək. Çünki mövcud siyasət ölkə qarşısında duran əsas və üzücü problem kimi Qarabağ ixtilafının həllinə yox, onun uzanmasına xidmət edir. Deməli, ölkədən kütləvi köç davam edəcək, işğalçı ölkənin blokada rejimi daha da sərtləşəcək, iş yerləri daha da azalacaq, dolanışıq bir az da qəlizləşəcək, orduya çağırışçı problemi bundan da sərt xarakter alacaq.

*****

Artıq bu il yanvarın 1-dən Ermənistanda bütün zəruri ərzaq məhsullarının və benzinlə maye qazın qiyməti qalxıb. Bahalaşma ilə bağlı İrəvanda artıq etiraz aksiyaları da olub. Prezident səviyyəsində Təhlükəsizlik Şurasının xüsusi iclası keçirilib. Belə görünür ki, yeni prezident də vəziyyəti müsbətə dəyişmək gücündə olmayacaq. Bu mənada Aram Sərkisyan ilk olaraq daxili sınaqla üzləşməli olacaq.

Söz düşmüşkən, martın 10-dan - yəni bu gündən etibarən Ermənistanda etiraz aksiyaları keçiriləcək. Azvision.az-ın məlumatına görə, bu barədə “Miras” partiyasının sədri Armen Martirosyan açıqlama yayıb. Müxalif partiya sədri bildirib ki, itaətsizlik aksiyaları ölkəni böhran vəziyyətinə salan hakim rejimin dəyişdirilməsinə yönələcək. Çox güman ki, aksiyalar bir neçə gün davam edəcək.

Göründüyü kimi, bir Sərksyanı başqa, daha imkanlı və “qərbyönlü” Sərksyan əvəzləsə də, əhalinin sabaha ümidi azalıb ki, artmayıb. Səbəb də odur ki, narazı vətəndaşlar hər iki Sərkisyana “eyni bezin qırağı” kimi baxır...

*****

Bu arada Avropadakı erməni lobbisi ilə Ermənistan hakimiyyəti arasında gərginlik artmağa başlayıb. Lobbi aprelin 9-da prezidentlikdən baş nazirliyə “sıçrayış” eləməklə hakimiyyətinin ömrümü uzatmağa hazırlaşan Serj Sərkisyanın Ermənistanı tam olaraq nəzarət altına almasından narahatlığını ifadə edib (Axar.az).

Ölkəyə təsirini əldən vermək istəməyən lobbi artıq Sərkisyana qarşı sərt ittihamlar səsləndirməkdədir. Belə ki, Ermənistanın 1in.am saytına açıqlama verən Avropa Erməni Təşkilatları Forumunun sədri Aşot Qriqoryan Avropadakı ermənilərin ən çox Təhlükəsizlik Şurasının səlahiyyətlərinin artırılmasından narahat olduğunu söyləyib.

“Xarici analitiklər demokratik haqların fəlakətli şəkildə məhdudlaşdırılmasına Venesiya Komissiyası və Avropa Birliyinin reaksiya verməməsindən təəccübləniblər. Bizim Forumun analitikləri belə qənaətə gəliblər ki, hökumətin qapalı rejimdə iclas keçirmək qərarı olduqca təhlükəli tendensiyadır. Niyə bu görüşləri qapalı edirlər və burada hansı qərarları qəbul etmək istəyirlər? Belə qapalı iclaslar və Təhlükəsizlik Şurasının səlahiyyətlərinin parlamentdən yüksək olması bir şeyə - Ermənistanın ”azad edilmiş torpaqları" (Qarabağ və ətrafındakı 7 rayon nəzərdə tutulur - red.) geri qaytarmağına xidmət edir. Serj Sərkisyanın bu torpaqları parlamentdə müzakirə etmədən qaytarılması təklifinə Təhlükəsizlik Şurasında baxılacaq. Burada isə hər şey ona tabedir. Biz bəyan edirik ki, əgər bu, baş versə, xalq qiyama başlayacaq".

Qeyd edək ki, Ermənistanın işğal altındakı torpaqları azad etmək planları ilə bağlı çıxışlar bundan öncə də dəfələrlə gündəmə gəlib. Bir çox erməni ekspertləri İrəvanı buna Moskvanın məcbur etdiyini bəyan etsələr də, hökumətdə heç kim bu iddiaları təsdiqləmir. Bəzi mənbələr isə hətta daha da irəliyə gedərək, Sərkisyanın öz hakimiyyətini uzatmaq üçün Moskva ilə Qarabağ sövdələşməsinə getdiyini söyləyirlər. Belə bir sövdələşmədə Moskvanın məqsədinin həm Sərkisyanı hakimiyyətdə saxlamaq, həm də Azərbaycanı öz təsir zonasına qatmaq olduğu deyilir. Maraqlı məqam isə Kremlə yaxın bəzi rusiyalı ekspertlərin son illər mütəmadi şəkildə Qarabağla bağlı optimist fikirlər söyləmələridir.

*****

Qeyd edək ki, bu ilin aprelində parlamentli idarəetmə sisteminə keçidlə bağlı Ermənistanda prezidentin səlahiyyətləri azaldılacaq, onların çox hissəsi baş nazirə veriləcək. Üstəlik, ordu, kəşfiyyat xidmətləri və polis baş nazirin tabeliyində olacaq. Siyasi müşahidəçilərə görə, yeni baş nazir böyük ehtimalla, hazırkı prezident Serj Sərkisyan olacaq.

Lakin bu dəyişikliyə qarşı ən sərt mövqedə duran məhz erməni diasporudur. Səbəblərdən biri də Serj Sərkisyanın 2008-ci il martında 1-də birinci prezidentlik müddətinə 8 dinc nümayişçini güllələməklə başlamasıdır. Hətta Avropadakı lobbinin ünlü simalarından biri az öncə hakim rejimi qiyamla hədələyərək bəyan edib ki, əgər S.Sərkisyan indi də baş nazir postunda ölkəyə nəzarəti əlində saxlasa, bu yolda zorakılıq eləsə, onun nəticələri Ermənistanla yanaşı, hakim ailə üçün də çox ağır olacaq.

Doğrudur, məsələdə əsas söz sahiblərindən biri Rusiyadır. İstənilən halda ehtimal ki, aprelin 9-u - baş nazir seçkiləri yaxınlaşdıqca, ölkədə siyasi və sosial etirazlar daha qızışacaq, daxili siyasi hərarət qalxacaq. 9-na isə bir aydan da az qalır. Bu mənada bu günə nəzərdə tutulan itaətsizlik aksiyalarını və bütövlükdə aprelin 9-a qədər olan dönəmi “baş məşq” də adlandırmaq olar.../musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistanda yeni konstitusiya dəyişikliklərinin bəzi təfərrüatları üzə çıxıb;

    Ermənistanda yeni konstitusiya dəyişikliklərinin ...

    23-10-2013, 10:42

  • 
  • Şərkisyan Şuşada muzey açılışına qatılıb

    Şərkisyan Şuşada muzey açılışına qatılıb ...

    2-09-2014, 10:59

  • 
  • Serj Sərkisyan Karen Karapetyanın yerinə keçmək istəyini gizlətmir

    Serj Sərkisyan Karen Karapetyanın yerinə keçmək ...

    19-07-2017, 19:38

  • 
  • Sərkisyanın 5 milyardlıq borcu - Ermənistanın qaranlıq Qarabağ dalanı

    Sərkisyanın 5 milyardlıq borcu - Ermənistanın ...

    12-01-2018, 11:53

  • 
  • Putindən mesaj: “Sərkisyanla Qarabağ probleminin həlli yolunu müzakirə etdik” - AÇIQLAMA

    Putindən mesaj: “Sərkisyanla Qarabağ probleminin ...

    4-09-2013, 12:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu