Bu gün Bakıda ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu” rolu mövzusunda beynəlxalq konfrans keçirilir.
Parlament Assambleyasının sədri Georgi Tsreteli jurnalistlərə açıqlamasında Dağlıq Qarabağ münaqişəsinə də toxunub:
“ATƏT bütün münaqişələrin həllinə aktiv cəlb olunub. Həmçinin ATƏT Parlament Assambleyası üçün əsas prioritetlərdən biri münaqişələrdə vasitəçilik missiyası və sülh yolu ilə həllin tapılmasıdır. Biz dəfələrlə açıq şəkildə bəyan etmişik ki, müəyyən məsələlər, o cümlədən həlli uzanan münaqişələrlə bağlı boşluqlar var. Bu, həmçinin, Dağlıq Qarabağ münaqişəsinə də aiddir. Biz ATƏT in Minsk qrupunun səylərini dəstəkləyirik. Bu münaqişənin həlli üçün başqa mexanizm yoxdur. Sülh yolu ilə həll yeganə yoldur".
Tsreteli bundan başqa jurnalistlərə açıqlamasında böyük nəqliyyat layihələrindən də danışıb: "Azərbaycanın böyük nəqliyyat layihələrini dəstəkləməsi regionun təhlükəsizliyinə mühüm töhfədir".
Onun sözlərinə görə, məsələn, Bakı-Tbilisi-Qars kimi nəqliyyat layihələri çox vacibdir.
"Azərbaycanın bu cür layihələrlə regiondakı rolu çox önəmlidir", - deyə sədr əlavə edib./ölkə.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?