GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ermənistanda ikinci aprel xofu – “Ölkə növbəti “sindrom”dan çıxmayacaq...”

Ermənistanda ikinci aprel xofu – “Ölkə növbəti “sindrom”dan çıxmayacaq...”

Tarix: 3-04-2018, 18:14 Bölmə :Siyasət Baxış: 372
Ermənistanda ikinci aprel xofu – “Ölkə növbəti “sindrom”dan çıxmayacaq...”

“Sürünən müharibə” hər an qaynar müharibəyə keçid ərəfəsində; erməni ekspertlər: “Sərkisyan zamana və tarixə uduzub”; “Aprel müharibəsindən sonra biz hələ də bilmirik ki, yeni situasiyada necə yaşayaq...”

Bu günlər 2016-cı ilin aprel döyüşlərinin ikinci ildönümünü yaşayırıq. Məhz 4 günlük aprel müharibəsi işğalçı ordunun özü haqda illərdir yaratmağa çalışdığı “məğlubedilməzlik” mifini darmadağın elədi, Azərbaycan xalqını məğlubiyyət sindromundan qurtardı, ona böyük hərbi zəfəri dadızdırdı və bu zəfərin uzaqda olmadığını anlatdı, topluma misli görünməmiş özünəinam hissi aşıladı.

Eyni ölçüdə erməni cəmiyyətini Qarabağ məsələsi ilə, hakimiyyətdəki “Qarabağ klanı”nın verdiyi vədlərlə bağlı böyük xəyal qırıqlığına uğratdı, onu sonu görünməyən məyusluq zolağına soxdu, ölkədən kütləvi köçü daha da sürətləndirdi, hakim Sərkisyan rejiminin dayaqlarını, iqtidardakı “səhra komandirləri”nə inamı sarsıtdı. Bu proses hələ bitməyib. Hər halda erməni təhlilçilərinin şərhlərindən hasil olan qənaət həm də belədir.

“Aprelin 2-də (2016-cı il - red.) biz tamamilə yeni bir situasiyada oyandıq - hansı ki, heç vaxt 2 aprelədək olan vəziyyətə oxşamayacaq. Həmin hadisə təkcə yeni situasiyaya səbəb olmadı, həmçinin, keçid, dönüş oldu - əfsus ki, sözün pis mənasında. Eyni zamanda bizi sanki ayıltdı, 25 illik yuxudan çıxardı - o yuxu ki, təkcə Qarabağ məsələsi ilə bağlı deyildi. Bütövlükdə bizim hamımızın taleyi və həyatı ilə, dövlət idarəçiliyi ilə bağlıdır”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə 1 in.am portalının yazarı Aram Amatuninin dünənki məqaləsində deyilir. Müəllif ardınca yazır: “Aprelin 2-dən sonra biz hələ də bilmirik ki, yeni situasiyada necə yaşamalıyıq. Əgər 2 apreldən 2 aprelə qədər olan iki ilə yekun vursaq, bunu qeyd etməliyik ki, Ermənistanın əsrin 1/4-i qədər olan müstəqilliyi müddətində iki aprel arasında vakuum yaranıb. 25 il biz gələcəyimizi xərcləmək hesabına yaşadıq - ta ki, aprel sindromuna tuş gəlincə”.

*****

Müşahidə edilən həm də budur ki, hakim Sərkisyan rejimi aprel dərsinə rəğmən, öz xalqını uçuruma doğru aparmaqda israrlıdır. Əks halda, öz ömrünü israrla uzatmağa çalışmazdı. Amma hara kimi? Bu gün yerli siyasi icmalçılar Sərkisyanın hakimiyyət hərisliyinin mümkün hüdudları ilə bağlı suala da cavab axtarırlar.

“2015-ci ildəki konstitusiya referendumu ilə Serj Sərkisyan formal olaraq öz hakimiyyətinin ömrünü uzatmış oldu. Ancaq cəmi bir neçə ay sonra Ermənistan iki fors-major vəziyyətlə üzləşdi: 2016-cı ilin aprel müharibəsi və avqustda İrəvanda polis idarəsinin zəbt edilməsi. Bu iki hadisə hakimiyyətin qüdrəti haqda mifi sabun köpüyü kimi dağıldı, hakim sistemin dayaqlarını laxlatdı”.

Bunu başqa bir erməni analitiki Sərkis Arsruni 9 aprel baş nazir seçkisi öncəsi hakim qüvvənin və Ermənistanın mümkün perspektivi barədəki məqaləsində yazıb. Onun sözlərinə görə, Serj Sərkisyanın əvəzedilməzliyi haqda bugünkü tezis də mifdən başqa bir şey deyil. “Bu mif ilk fors-major situasiyadaca və ya hətta ona ilk real alternativ ortaya çıxan kimi dağılacaq. Ona görə ki, avtoritar rejimlərin gücü instutusional əsaslara yox, ictimai xofa, cəmiyyətin laqeydliyi və apatiyana söykənir. Avtoritar hakimiyyət ilk baxışda nə qədər güclü, monolit və məğlubedilməz görünsə də, bir o qədər qeyri-standart vəziyyətlərdə həssas və gücsüz olur. Bu mənada obrazlı ifadə eləsək, Serj Sərkisyan hamını üstələsə də, zamana və tarixə uduzub. Zaman və tarix - daşürəkli hakimlərdir, onlar həddi aşan, özündən sonra bütün körpüləri yandırmış, keçmişdən və reallıqlardan qopmuş heç bir hakimiyyəti, lideri bağışlamır”, - deyə o vurğulayıb.

*****

Erməni şərhçilərin qeydlərindən həm də o qənaət hasil olur ki, Sərkisyan rejimi ikinci “aprel sindromu”ndan çıxmaya bilər. “Aprel sindromu” isə hökmən deyil ki, elə apreldə olsun. Sərkisyan rejimini bu sindrom, yəni fors-major vəziyyət mayda, yayda və ya hər hansı başqa ayda da yaxalaya bilər.

Doğrudur, bəzi həbi analitiklərə görə, 2016-cı ilin aprel presedentindən sonra Azərbaycan üçün yenə qəfillik imkanı olmayacaq, çünki işğalçı tərəf müəyyən mənada özü üçün dərs götürüb, bəzi yeni müşahidə cihazları əldə edib. Ancaq unutmaq olmaz ki, Azərbaycan öz hərbi potensialını durmadan artırır, daha müasir silahlarla təmin olunur, ordusunun döyüş qabiliyyətini artırır. O sırada qardaş Türkiyənin təcrübəsindən istifadə edir. Demək, bu dəfə qəfillik düşmən tərəfin gözləmədiyi başqa bir səmtdə və ya formada da özünü göstərə bilər.

İstənilən halda müharibə bitməyib, Azərbaycan prezidenti İlham Əliyevin bir neçə dəfə xatırlatdığı kimi, onun yalnız birinci hissəsi bitib. İkinci hissəyə kimi isə Azərbaycan öz ərazisindəki “çağırılmamış qonaqlar”ı mütəmadi şəkildə və bacardıqca daha ciddi canlı və maddi itkilərə məruz qoyacaq. İşğalçı qüvvələr ərazimizdə heç vaxt özünü rahat, təhlükəsiz hiss eləməyəcək. Yeri gələndə isə iki il öncəki kimi, lokal əməliyyatlara da baş vuracaq.

Buna “sürünən müharibə” də demək olar. O, hər an gerçək müharibəyə keçə bilər. Növbəti müharibədən isə nəinki Sərkisyan rejimi, bütövlükdə Ermənistan ölkə olaraq çıxmayacaq. Bunu boşuna yazmırıq - həm də ciddi yerli erməni və əcnəbi ekspertlərin fikirlərinə əsasən qeyd edirik. Böyük müharibə üçün Ermənistanın nə insani və maddi resursları, nə rüşeym halında olan iqtisadi potensialı yetərlidir, nə də çağırışçı problemi yaşayan ordusu Azərbaycan ordusu ilə hərbi-texniki baxımından ayaqlaşmaq iqtidarında...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistanda post-aprel sindromu - İşğalçı öz ordusuna çağırışçı tapmır

    Ermənistanda post-aprel sindromu - İşğalçı öz ...

    4-07-2017, 10:01

  • 
  • Sərkisyan “Qarabağ klanı”nı gücləndirir – aprel xofu

    Sərkisyan “Qarabağ klanı”nı gücləndirir – aprel ...

    10-12-2017, 14:16

  • 
  • Azərbaycan generalından müharibə anonsu – Bakı kritik hazırlıq içində

    Azərbaycan generalından müharibə anonsu – Bakı ...

    27-03-2018, 11:12

  • 
  • Aprel döyüşlərinin dağıntıları

    Aprel döyüşlərinin dağıntıları ...

    28-06-2016, 15:55

  • 
  • Əliyev-Sərkisyan görüşü ya Sürixdə, ya da Vyanada olacaq

    Əliyev-Sərkisyan görüşü ya Sürixdə, ya da Vyanada ...

    13-11-2013, 15:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu