GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İlham Əliyevin yeni prezidentlik müddətinin sensasion mesajları

İlham Əliyevin yeni prezidentlik müddətinin sensasion mesajları

Tarix: 19-04-2018, 10:50 Bölmə :Siyasət Baxış: 321
İlham Əliyevin yeni prezidentlik müddətinin sensasion mesajları


Prezident and içdi: Güclü ölkə, güclü ordu naminə...; Andiçmə mərasimində dövlət başçısı ölkənin tündləşmiş siyasi ab-havasını da dəyişə biləcək açıqlamalar verdi; prezident demokratik islahatların davamlı olacağını, opponentlərinin təkliflərinə diqqət ediləcəyini dedi

Aprelin 18-də İlham Əliyev Milli Məclisdə and içərək rəsmən dördüncü müddətə prezidentlik səlahiyyətlərinin icrasına başladı. Andiçmə mərasimləri adətən formal xarakter daşısa da, səlahiyyətlərinin icrasına başlamış prezidentin səsləndirdiyi bəyanatlar hər zaman diqqət çəkir.

İlham Əliyev, əlbəttə ki, bu siyasi incəlikləri yaxşı bilir. Andiçmə mərasimində səsləndirilən bəyanatların təhlili də onu göstərir ki, İ.Əliyevin yeni prezidentlik müddəti üçün özünün müəllifi olduğu ideyaları, gerçəkləşdirmək istədiyi xeyli planları var. Bu ideyalar isə ölkənin siyasi şəklini də, sosial-iqtisadi həyatını da hamının hiss edə biləcəyi həddə dəyişməyə hesablanıb.

Öncə andiçmə mərasimində xüsusilə ölkənin siyasi şəklini dəyişə biləcək sensasion açıqlamalara diqqət edək.

Prezident seçki kampaniyasından danışarkən Azərbaycanda siyasi mübarizə mədəniyyəti istiqamətində müsbət meyillərə toxunub. Dövlət başçısı onunla rəqib olan namizədlər haqqında sayğı ilə danışıb: “Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənib. Mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm. Bu, siyasi mübarizənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir”.

Yada salaq ki, Azərbaycanda indiyədək olan prezident seçkiləri heç də indiki kimi sakit axarda keçirilməyib, siyasi təlatümlər baş verib, hətta qan da tökülüb. Seçkinin sonunda siyasi rəqiblər bir-birinə az qala düşmən kimi baxıblar.

Əvvəlki təlatümlü seçkilər olmasa da, İ.Əliyevin andiçmə mərasimində dedikləri bu sözlər xüsusilə diqqət çəkir: “Fürsətdən istifadə edərək, seçkilərdə iştirak etmiş bütün namizədlərə öz təşəkkürümü bildirirəm, onlara gələcək fəaliyyətlərində uğurlar diləyirəm”.

Prezidentin çıxışında ən diqqətçəkən məqam isə “seçki kampaniyası zamanı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacaq və dəyərli təkliflər nəzərə alınacaqdır” deməsidir. Bu, Azərbaycanın siyasi palitrasında tam yeni rəng, yeni çalardır. Zənnimizcə, bu, Azərbaycanın xeyli tündləşmiş siyasi ab-havasını dəyişə biləcək bəyanat hesab oluna bilər. Ənənəvi müxalifət seçkini boykot etsə də, bu bəyanat bütün demokratik düşərgəyə, eləcə də alternativ düşünən hər kəsə mesajdır.

Bəli, qeyd edilməlidir ki, prezidentin məlum müxalifət kəsimi haqda dedikləri yenə üslub etibarilə sərt olub.

“Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır” deyən prezident fikrini belə tamamlayıb: “Xalq heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun”.

Prezidentin müxalifətlə bağlı sərt mövqeyinin ardınca ölkənin demokratik inkişafı ilə bağlı məsələyə geniş yer ayırması da təsadüfi deyil.

Dövlət başçısı son çıxışlarında ardıcıl olaraq demokratik inkişafla bağlı səyləri artıracağını xüsusi vurğulayır. Andiçmə mərasimində İ.Əliyev hakimiyyətin gələcək fəaliyyətində demokratik inkişafın önəmli yer tutacağını xüsusi vurğulayıb: “Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları təmin etmişik - söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçisidir və internet Azərbaycanda azaddır. Yəni demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir”. Prezident Azərbaycanın demokratik inkişafını təftiş edən dairələrə də mesaj ünvanlayıb: “Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir, seçkilər və onun nəticələri bunu bir daha təsdiqləyir”.

Prezident bəzi beynəlxalq institutların bəzən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etdiyi korrupsiya tənqidlərinə də ad çəkmədən cavab verib: “Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparılır, bundan sonra da aparılacaq. Həm inzibati, cəza tədbirləri, həm də ən böyük effekt verən sistem xarakterli, institusional tədbirlər görülür”.

Prezidentin çıxışında, əlbəttə ki, bəzi məmurlara da xüsusi “pay” düşür ki, bunu andiçmə mərasimində bir daha elan edilməsi həm də onlara xəbərdarlıqdır.

İ.Əliyev andiçmə mərasimində iqtisadi inkişafdan danışarkən “yalnız iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilər” deyib. Prezident hakimiyyətdə olduğu illərdə Azərbaycanın iqtisadi inkişafını daima ölkənin müstəqilliyi ilə bərabər tutub.

“Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilər” deyən dövlət başçısı bildirib ki, əgər sən kimdənsə asılısansa - ya kreditdən, ya da başqa dövlətdən - heç vaxt sözün əsl mənasında müstəqil siyasət aparmaq iqtidarında olmayacaqsan: “Ona görə də biz çalışırdıq ki, iqtisadi müstəqilliyə çataq və buna da nail olduq . İndi heç bir kreditə möhtac deyilik”.

Dövlət başçısı deyib ki, növbəti illərdə görüləcək işlər haqqında plan və proqramlar var: “Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.

İ.Əliyev xatırladıb ki, inkişafda olan ölkələr arasında Azərbaycan inkişaf indeksinə görə 3-cü yerdədir: “Bu, onu göstərir ki, iqtisadi sahədə əldə edilmiş uğurlar tarixi nailiyyətlərdir. Bu gün Azərbaycan iqtisadiyyatı inkişaf edir. Biz dünyada baş vermiş böhranlar zamanı da ən az itkilərlə bu böhranlardan çıxa bilmişik”.

Dövlət başçısının ordu quruculuğu ilə bağlı dedikləri də diqqət çəkir. Biz də diqqət edək: “Bəzi hallarda bizi tənqid edirdilər ki, siz nəyə görə bu məsələlərə bu qədər vəsait xərcləyirsiniz. Ancaq həyat göstərdi ki, biz düzgün siyasət aparmışıq. Bu gün Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır. Təchizat, silah-sursat, texnika və döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa, onu da biz təmin edirik və ən müasir silahlar alınır, bundan sonra da alınacaq”. Qarabağ münaqişəsindən danışan prezident bir daha vurğulayıb ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq.
Andiçmə mərasimində dövlət müstəqilliyimizlə bağlı deyilənlər də İ.Əliyevin növbəti prezidentlik dönəmindəki siyasətinə xüsusi çəki verir: “Azərbaycan xalqı bir daha görür ki, müstəqilliyimizin üstünlükləri nədən ibarətdir. Bizim taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik. Biz ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik. Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik”./musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyevin andiçmə mərasimi keçirilir

    İlham Əliyevin andiçmə mərasimi keçirilir ...

    18-04-2018, 09:55

  • 
  • Ağ Evdə 57-ci andiçmə

    Ağ Evdə 57-ci andiçmə ...

    22-01-2013, 09:56

  • 
  • Morninqstar İlham Əliyevin inauqurasiyası ilə bağlı bəyanat verdi

    Morninqstar İlham Əliyevin inauqurasiyası ilə ...

    21-10-2013, 12:45

  • 
  • Prezident İlham Əliyev andiçmədən sonra Heydər Əliyevin məzarını ziyarət edib

    Prezident İlham Əliyev andiçmədən sonra Heydər ...

    18-04-2018, 12:10

  • 
  • İlham Əliyev sabah and içəcək

    İlham Əliyev sabah and içəcək ...

    17-04-2018, 19:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (387)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu