GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İki liderin Ankaradan İrəvana son mesajı - tarixi şans qaçırılsa..

İki liderin Ankaradan İrəvana son mesajı - tarixi şans qaçırılsa..

Tarix: 26-04-2018, 12:58 Bölmə :Siyasət Baxış: 323
İki liderin Ankaradan İrəvana son mesajı - tarixi şans qaçırılsa..


Azərbaycan və Türkiyənin müştərək Qarabağ hədəfi; Ermənistanı çökdürən tək səbəb; geri dönüş mümkündür, əgər...; işğalçı ölkədəki inqilab erməni xalqının böyük aldanışına da gətirə bilər; politoloq: “Ermənistan vəhşi siyasətindən əl çəkməlidir...”

Azərbaycan prezidenti İlham Əliyev Türkiyədə ikigünlük səfərdə olub. 11 aprel seçkilərindən sonra onun xaricə ilk ziyarəti qardaş ölkəyə etməsi təbiidir və öncəliklə Ermənistana aydın bir ismarışdır. O mənada ki, iki qardaş ölkə bütün regional məsələlərdə olduğu kimi, Qarabağ, erməni işğalı məsələsində də daima sinxron siyasət yürüdüb və bundan sonra da yürüdəcək.

Bu siyasətin mühüm tərkib hissələrindən biri isə Ermənistanı təcrid yolu ilə iqtisadi cəhətdən taqətdən salıb çökdürməkdir. Son günlər işğalçı ölkədə yaşanan olayların səbəblərindən biri də budur.

Gözlənildiyi kimi, qardaş məmləkətdə iki strateji müttəfiq dövlətin başçıları Qarabağ mövzusunu da diqqətdə saxlayıb. Nəzərə alsaq ki, hazırda işğalçı Ermənistanın özündə kritik proseslər gedir: xunta rejiminin başçısı Serj Sərkisyan devrilsə də, inqilabi proseslər hələ başa çatmayıb (yazı hazırlanarkən Nikol Paşinyanın başçılığı ilə İrəvanda yeni kütləvi mitinqlər başlamışdı), o zaman məsələyə Ankara və Bakının daha həssas yanaşdığını söyləmək olar.

*****

Siyasi analitiklər isə Ermənistanda baş verənləri erməni xalqının düşdüyü ağır siyasi-iqtisadi böhrandan çıxmaq üçün növbəti, bəlkə də sonuncu şans olacağını istisna etmirlər. Bundan ötrü, əlbəttə ki, ilk növbədə əsas qonşuları - Türkiyə və Azərbaycanla münasibətlərini düzəltmək gərəkdir. İnqilabı yönləndirənlərin belə bir niyyəti varmı?

“Ermənistan öz subyektliyini və suverenliyini yarımçıq ifadə edən məmləkətdir. Onun ən böyük gözləntisi Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etməsidir. Ancaq həmin münasibətlərin olmamasının səbəbkarı elə Ermənistanın özüdür”. Bu sözləri axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O bildirib ki, prezident İlham Əliyevin Türkiyəyə səfəri zamanı bu məsələlərin də müzakirəsi aparılıb.
“Bölgədəki vəziyyətdə Ermənistan həmişə risk mənbəyi kimi qiymətlənidirilir. Bu həm Ankaranın, həm də Bakının yanaşmasına xasdır. Ermənistanda baş verən proseslərə Türkiyə və Azərbaycan yuxarıdan aşağı baxır. Bizim ölkələr imkanlı məmləkətlər olduğu üçün çalışır ki, bölgədəki proseslər, inteqrasiya meyilləri zəifləməsin. Bu baxımdan da mövcud risklərin neytrallaşması üçün bütöv variantlar hesablanaraq nəzərdən keçirilir. Hazırda Azərbaycan və Türkiyə arasında gedən yüksək səviyyəli görüşlərdə ikitərəfli münasibətlərin hamısı müzakirə olunur, yeni əməkdaşlıqla bağlı məsələlər öz təsdiqini tapır. Azərbaycanla Türkiyə regionda sabit, güclü, ixtiyar sahibi subyekt kimi bu proseslərə nəzər salacaq və Ermənistanda baş verən proseslərin mahiyyətini, görünməyən tərəflərini nəzərdən keçirəcəklər. Geosiyasi baxımdan bu, təbii olan məsələdir”, - deyə o qeyd edib.

Politoloq bildirib ki, Ermənistanda hakimiyyətə gələcək yeni siyasi elita etdiyi səhvlərdən düzgün nəticə çıxararsa, Azərbaycan və Türkiyə Ermənistana kömək etmək iqtidarındadır: “Artıq Serj Sərkisyan proseslərdən uzaqlaşdırıldı. Ola bilsin ki, bölgədəki vəziyyət müsbət tərəfə dəyişsin. Bu isə Ermənistanda hakimiyyətə gələcək şəxslərin aparacağı siyasətdən asılıdır. Hakimiyyətə gələn şəxslər öncə özlərinə hesabat verməlidirlər ki, nəyə görə bu ölkə 20-25 ildir proseslərdən təcrid olunub?! Niyə onun beynəlxalq əməkdaşlıq proqramlarında iştirakı sıfıra bərabərdir?! Bunların hamısının səbəbi Ermənistanın özünün qonşuluq siyasətinin dağıdıcısı kimi çıxış etməsidir. Ermənistan vəhşi siyasətindən əl çəkməlidir. İrəvan özünü normal şəkildə ifadə edərsə və işğalçılıq siyasətindən əl çəkib, qonşularına qarşı utopik ərazi iddialarını bir kənara qoyarsa, onda qonşu dövlətlər Ermənistanın defolt vəziyyətindən çıxması üçün imkan yaradacaq”.

Şübhə yox ki, son Əliyev-Ərdoğan görüşündən “əzabkeş xalq”a, İrəvana ünvanlanan əsas mesaj da elə bundan ibarətdir ki, işğalçı tərəfin “daşı ətəyindən tökmək” zamanı yetişib...

*****

“Bütün İrəvan Sərkisyanın istefasını bayram edir. Görünür, son illər Sərkisyan real olaraq populyar olmayıb. Bu, inqilabın birinci səbəbidir. İkinci səbəb - adamlar səfalət və perspektivsizlikdən yorulublar”. “Yeni Müsavat”ın məlumatlarına görə, bu haqda rusiyalı tanınmış politoloq, prezident Putinin səlahiyyətli nümayəndəsi Sergey Markov yazıb.

“25 ildir ölkə Dağlıq Qarabağa görə blokada şəraitindədir, iqtisadiyyat real olaraq çətinlik içindədir. Üçüncü səbəb də elə budur ki, adamlar Qarabağ klanından yorulublar - hansı ki, uzun müddətdir ölkəni öz maraqları naminə idarə edir. İnqilabın dördüncü səbəbi - ABŞ hər şey edir ki, Rusiyanın bütün müttəfiqlərini əlindən alsın. Dördüncü səbəb - diaspora, məhz o, sosial şəbəkələr vasitəsilə inqilabın əsas qüvvəsi olub. Sərkisyanı məhz diaspora devirdi”, - deyə politoloq qeyd edib.

Putinin danışmanının fikrincə, indi əsl vaxtıdır ki, Rusiya özünün Ermənistandakı maraqlarının nədən ibarət olduğunu dəqiqləşdirsin. “Dəqiqləşdirsin və Rusiyanın təməl maraqlarına uyğun siyasətini dəyişdirsin”, - deyə o əlavə edib.

*****

Beləliklə, aydın olan odur ki, Ermənistanda hakimiyyətə kim gəlir-gəlsin, Qarabağ problemini həll eləmədən yerdə qalan 4 problemi aradan qaldıra, öz xalqının xidmətçisi ola, onun durumunu yaxşılaşdıra bilməyəcək. Odur ki, ermənilərin növbəti böyük aldanışı da istisna deyil.
Bu yerdə Ermənistandakı inqilabın əsas fiquru Nikol Paşinyanın siyasi bioqrafiyasında onun Dağlıq Qarabağ məsələsinə baxışını əks etdirən bəzi məqamları diqqətə çatdırmağa dəyər. Məsələ ondadır ki, Qarabağdakı separatçı qurumun “müstəqilliyini” tanımaq tərəfdarları olan Paşinyan da daima Serj Sərkisyanı bunda ittiham edib ki, “Ermənistan strateji tərəfdaş Rusiyanın dəstəyi və müdaxiləsi ilə Azərbaycanla hərbi balans məsələsində uduzub”, Qarabağ danışıqlarında Xankəndinin iştirakının tərəfdarı olub. “Aprel hadisələrinin təkrarlanmaması üçün Azərbaycana elə zərbə endirmək lazımdır ki, zəmanətimiz olsun ki, Azərbaycan hakimiyyəti, Əliyev heç olmasa bir il şok vəziyyətindən çıxa bilməyəcək”. Bunu da vaxtilə o deyib.

2017-ci ildə parlamentdəki çıxışında isə bildirib ki, hazırda Qarabağ konfliktinin dinc yolla nizamlanması mümkün deyil: “İlk növbədə Qarabağ məsələsi ətrafında yaranmış vəziyyəti ciddi dərk etmək lazımdır, nəyin baş verdiyini anlamaq lazımdır. Qüvvələr balansının pozulması baş verib. Azərbaycan 7 milyard dollarlıq silahı ona görə almayıb ki, güzəştə getsin. Bizə deyirlər, madam ki, Azərbaycan 7 milyardlıq silah alıb, əziz xalqımız, gəlin, təslim olaq. Biz də deyirik ki, xeyir, belə deyil. Biz ordunun xərclər strukturunun dəyişdirilməsi hesabına, hərbi-sənaye kompleksini formalaşdırmaqla hərbi qüvvələr balansını bərpa etməliyik. Bugünkü vəziyyət məsələnin hərbi yolla həllini ortaya qoyur, sülh yolu mümkün görünmür” (“Turan”).

Ancaq yəqin Paşinyana da aydındır ki, Rusiyanın dəstəyi olmadan müharibə yolu Ermənistan adlı kvazi-dövlət üçün tam iflas və kapitulyasiya yoludur. O isə özünü rusiyayönlü saymır. Daha doğrusu, “nə rusiyayönlüyük, nə də qərbyönlü” deyir. Bunun belə olub-olmadığını bilmək üçünsə çox gözləmək lazım gəlməyəcək...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan prezidenti: "Ermənistanı təcrid siyasəti torpaqlarımız azad olunana kimi davam etdiriləcək"

    Azərbaycan prezidenti: "Ermənistanı təcrid ...

    8-02-2018, 14:37

  • 
  • Türk ordu generalı Qarabağda - Bakıdan mühüm ismarış

    Türk ordu generalı Qarabağda - Bakıdan mühüm ...

    2-12-2017, 11:22

  • 
  • “Ermənistanı sülhə məcbur edə bilmərik”

    “Ermənistanı sülhə məcbur edə bilmərik” ...

    8-01-2014, 18:15

  • 
  • İranın Dağlıq Qarabağ problemində vasitəçilik təşəbbüsləri 1992-ci ildə Şuşanın işğalı ilə nəticələndi — Politoloq İran XİN rəhbərinin İrəvandakı bəyanatını şərh edib

    İranın Dağlıq Qarabağ problemində vasitəçilik ...

    2-12-2017, 12:25

  • 
  • Qarabağ məsələsində “böyük qardaş” dəyişir?

    Qarabağ məsələsində “böyük qardaş” dəyişir? ...

    24-10-2014, 10:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (452)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu