Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi sədri təyin edilən deputat Rövşən Rzayevin Avropa mandatı uğrunda rəqabət başlandığı söylənir.
gundemxeber.az AzEuroNews.com-a istinadən xəbər verir ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü olan R.Rzayevin yerinə hansı deputatın keçəcəyi maraq doğurur.
Komitə sədri təyin olunduqdan sonra deputatlıq fəaliyyətinə xitam veriləcək R.Rzayevin AŞPA-dakı yeri uğrunda bəzi deputatların yarışa girdiyi bildirilir.
AŞPA nümayəndə heyətinin üzvü olmaq üçün Kamaləddin Qafarov, Aytən Mustafayeva, Dilarə Cəbrayılova yüksək eşelonda əlaqələrini işə salıblar.
Bu mandata sahiblənmək üçün Şəmsəddin Hacıyev, Tahir Mirkişili, Azər Badamov, Əflatun Amaşovun da şansları az deyil.
Bəzi iddialara görə, Tahir Kərimli, Jalə Əliyeva, Gövhər Baxşəliyevanın da adı çəkilir. Azərbaycanın AŞPA-da nümayəndə heyətinə Səməd Seyidov (sədr), Qənirə Paşayeva (bitərəf), Fazil Mustafa (Böyük Quruluş Partiyasının sədri), Sabir Hacıyev (Vətəndaş Birliyi Partiyasının sədri), Sahibə Qafarova (Yeni Azərbaycan Partiyası), Sevinc Fətəliyeva (Yeni Azərbaycan Partiyası), Rafael Hüseynov (bitərəf), Rövşən Rzayev (bitərəf) və Vüsal Hüseynov (Yeni Azərbaycan Partiyası) daxildir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?