GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Prezidentin ikinci səfəri Britaniyaya etməsinin səbəbləri

Prezidentin ikinci səfəri Britaniyaya etməsinin səbəbləri

Tarix: 28-04-2018, 12:41 Bölmə :Siyasət Baxış: 407
Prezidentin ikinci səfəri Britaniyaya etməsinin səbəbləri


Ekspertlər ölkə başçısının İngiltərəyə ziyarətini zəruri edən şərtlərə və verilən mesajlara diqqət yönəltdilər

Aprelin 26-da Azərbaycan prezidenti İlham Əliyev Londona səfər edib. Azərbaycan prezidentinin Londonda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri, xanım Tereza Mey ilə görüşü olub. Mey prezident seçkilərində qələbəsi münasibətilə İlham Əliyevi təbrik edib, onunla görüşməkdən məmnunluğunu ifadə edərək bildirib ki, Azərbaycan prezidentinin bu səfəri iqtisadi və ticarət, enerji, təhlükəsizlik məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacaq.

Böyük Britaniyanın Baş naziri SOCAR ilə bp şirkəti arasında imzalanacaq sazişin əməkdaşlığın genişləndirilməsi baxımından önəmini vurğulayıb. Tereza Mey həmçinin Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakına və verdiyi dəstəyə görə minnətdarlığını bildirib. İlham Əliyev təbrikə görə minnətdarlığını bildirərək qeyd edib ki, Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin gündəliyi çox genişdir və ölkələrimiz müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, ticarət, sərmayə qoyuluşu sahələrində fəal əməkdaşlıq həyata keçirir. Dövlət başçısı bildirib ki, hazırda ticarət əlaqələrinin genişləndirilməsi və şaxələndirilməsi istiqamətində fəal iş aparılır və bunun üçün böyük potensial var. İkitərəfli münasibətlərimizin tərəfdaşlıq əlaqələrinə əsaslandığını deyən ölkə başçısı onun Böyük Britaniyaya səfərinin əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib. Söhbət zamanı regional inkişaf və təhlükəsizlik məsələləri də müzakirə olunub.

Azərbaycan prezidentinin seçkidən sonra ilk xarici səfərini ənənəvi olaraq Türkiyəyə, ikinci səfəri isə Rusiyaya edilirdi. Bu dəfə ikinci ünvan kimi Britaniyanın seçilməsi diqqət çəkir. Maraqlıdır , görəsən bununla hansı mesajlar verilib səfərin əsas önəmi nədir?

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, prezidentin Britaniya səfəri böyük ehtimalla, hələ seçkilərdən xeyli öncə planlaşdırılmış və hazırlıq görülmüş səfər olub: “Çünki Azərbaycan prezidentinin bir müddət öncə İrana səfərindən sonra İranla Xəzərin cənubunda tapılmış zəngin neft və qaz ehtiyatlarının ortaq istismarı barədə ümumi razılığa gəlinmişdi. Əslində həmin sahə Xəzər dənizinin Azərbaycana aid olan sahəsidir və vaxtilə hələ sovet dövründə Azərbaycan geoloqları tərəfindən həmin mənbə aşkarlanıb. Amma sonradan həmin mənbənin istismara hazırlanması zamanı təxminən 10 il öncə orada geofiziki tədqiqatlar aparılan zamanı İran tərəfi oranı hərbi gəmilərlə mühasirəyə aldı. Azərbaycandan həmin bölgədə tədqiqatlar aparılmasının dayandırılması tələb edildi. Azərbaycan da tədqiqatı müəyyən müddətə təxirə saldı. İndi İranla bu məsələ barədə kompromis qərara gəlinib. Qərarın mahiyyəti ondan ibarətdir ki, həmin sahədə neft və qaz yataqlar birgə istismar ediləcək və gəlirlər birgə bölüşşdürləcək. Özü də bu yataqlar dənizin çox dərin qatlarında yerləşir. Məsələn, 8-9 kilometr dərinliyində qazma işləri aparmaq lazım gələcək. İranın heç 100 metr dərinlikdə qazma işləri aparmağa texnoloji imkanı yoxdur. Amma Azərbaycanın bu imkanı var. Çünki bp şirkətinin köməyi ilə Azərbaycanda Dərin Özüllər Zavodunda üzən platformalar hazırlanır və qazma işlərini həmin platformalar həyata keçirir. Bu projenin müəllifi bp olduğundan, görünür bunu bp ilə razılaşdırmağa ciddi ehtiyac var. Çünki əlavə texnoloji yeniliklər tələb olunacaq.

Bu səfərdən çıxan siyasi mesajlar da var. Azərbaycan bununla yönünün Avropaya olduğunu da nümayiş etdirmiş oldu. Həm iqtisadi, həm siyasi baxımdan bu səfəri uğurlu hesab edirəm. Rusiya bu səfərdən narahat olmamalı və narazılığa da ehtiyac yoxdur. Artıq Rusiyanın son zamanlar hərəkətləri Azərbaycan tərəfindən o qədər də məmnunluqla qarşılanmır. Azərbaycan Ermənistan xaric, bütün dövlətlərlə əməkdaşlıq mövqeyində olan dövlətdir. Azərbaycanın tutaq ki, Britaniya ilə əlaqələri, əməkdaşlığı Rusiyaya və ya başqa hansısa dövlətə qarşı deyil”.

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, ikinci səfərin Britaniyaya edilməsinin 4 səbəbi var: “Birinci səbəb Azərbaycan-Böyük Britaniya münasibətlərinin xarakterindən irəli gəlir. Hər nə qədər Böyük Britaniya 100 il əvvəl Azərbaycanı müvəqqəti işğal etsə və bu yaddalarımızdan silinməsə də, müstəqilliyimizi qazandıqdan bu yana iki dövlət arasında sıx əlaqələr qurulub. Vaşinqtondan rəsmi dəvət gözləmək nə qədər çətin olsa da, London hər zaman rəsmilərimizi Britaniyaya dəvət ediblər. Bu dəfə də Azərbaycanda prezident seçkisindən dərhal sonra Böyük Britaniyanın baş naziri Tereza Mey İlham Əliyevi Londona dəvət etdi. Azərbaycan prezidenti vaxt itirmədən Ankaranın ardından Londona getdi. Bu səfər Azərbaycan prezidentinə həm də ona görə lazım idi ki, onun prezident seçildiyi Qərbdə heç kimdə şübhə doğurmasın, zatən Amerikanın xaricində Avropa ölkələrindən təbriklər ard-arda gəldi. İlham Əliyevin Britaniya səfərindən dərhal sonra ABŞ prezidentindən təbrik məktubu gəldi”.

Ekspert i ikinci səbəbi bp şirkətinin Azərbaycandakı çalışmaları ilə bağlayıb: “bp az qala 25 ilə yaxındır Azərbaycana ən çox yatırım həyata keçirən şirkətdir və hələ bir bu qədər müddət də ölkəmizdə fəaliyyət göstərəcək. İlham Əliyevin Londona budəfəki səfəri zamanı Azərbaycan Dövlət Neft Şirkəti ilə bp arasında növbəti saziş imzaladı. Bu da səfəri şərtləndirən ikinci səbəb idi. İlham Əliyevin Londona səfərinin üçüncü səbəbi də var. Baxmayaraq ki, Böyük Britaniya Avropa İttifaqından çıxıb Londona səfər edən hər rəsmi köhnə qitədə diqqətlə izlənilir və bunun analizləri hazırlanır. Yəni İlham Əliyevin Londona səfəri başqa Avropa dövlətlərinin digər liderlərini də Azərbaycanın dövlət başçısını öz ölkələrində görməyə sövq edəcək”.

E.Şahinoğlunun qənaətincə, Londona səfərin dördüncü səbəbi Bakının yürütdüyü xarici siyasətlə bağlıdır: “Belə təəssürat yarana bilərdi ki, İlham Əliyev Ankaradan sonra Moskvaya səfər etməli idi. Bəlkə də belə dəvəti Rusiya kəşfiyyat xidmətinin rəhbəri Sergey Narışkin Bakıya səfəri zamanı İlham Əliyevə çatdırıb. Ancaq İlham Əliyev ikinci səfər yeri kimi Böyük Britaniyanı seçməklə balanslaşdırılmış xarici siyasətə üstünlük verdiyini göstərdi. Azərbaycan Avropa ilə əməkdaşlığa önəm verməlidir, bu əməkdaşlıq Rusiyanın istəyindən asılı olmamalıdır. Rusiya bizə Avropanı əvəz edə bilməz. Hər ikisiylə yalnız qarşılıqlı faydalılıq əsasında əməkdaşlığımızı inkişaf etdirməliyik. İkili münasibətlərə üçüncü dövlət qarışmamalıdır”.|musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Prezidenti ilə Böyük Britaniyanın Baş naziri arasında görüş olub

    Azərbaycan Prezidenti ilə Böyük Britaniyanın Baş ...

    27-04-2018, 12:59

  • 
  • İlham Əliyev Tereza Meylə görüşüb

    İlham Əliyev Tereza Meylə görüşüb ...

    27-04-2018, 11:00

  • 
  • İlham Əliyev Londona səfər edib

    İlham Əliyev Londona səfər edib ...

    26-04-2018, 16:21

  • 
  • Tramp: "Görüşü səbirsizliklə gözləyirəm"

    Tramp: "Görüşü səbirsizliklə gözləyirəm" ...

    8-01-2017, 10:16

  • 
  • Tereza Mey hücum zamanı parlamentdə olub - "Jaguar"la hadisə yerindən uzaqlaşıb

    Tereza Mey hücum zamanı parlamentdə olub - ...

    22-03-2017, 22:27


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu