Senatorun hakimiyyətlə müzakirələrindən sonra R.İbrahimbəyov ölkəyə qayıdacağı tarixi açıqladı
Rəsmi Vaşinqton Azərbaycan hakimiyyətindən prezidentliyə namizəd Rüstəm İbrahimbəyovun toxunulmazlığına zəmanət alıb. Bu barədə Avropa.info-ya diplomatik qaynaqlardan məlumat daxil olub. Mənbənin sözlərinə görə, bu məsələ ABŞ senatoru Rocer Uikerin iyulun 4-də Bakıya səfəri zamanı müzakirə olunub. R.Uiker Rüstəm İbrahimbəyovun seçki kampaniyasında iştirak üçün ölkəyə qayıdacağı halda həbs olunmayacağına təminat istəyib və Azərbaycan hakimiyyəti onun siyasi kampaniya aparmasına imkan verəcəyinə söz verib.
Məhz bu danışıqlardan sonra Rüstəm İbrahimbəyov Azərbaycana qayıdacağı tarixi dəqiqləşdirib. Qeyd edək ki, bu gün Azadlıq Radiosuna müsahibəsində prezidentliyə namizəd Milli Kino Günündə, yəni gələn ayın 2-də Azərbaycana qayıdacağını açıqlayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?