GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Kremlin ehtiyat Qarabağ ssenarisi – “sayğac” işə düşüb

Kremlin ehtiyat Qarabağ ssenarisi – “sayğac” işə düşüb

Tarix: 18-05-2018, 11:24 Bölmə :Siyasət Baxış: 344
Kremlin ehtiyat Qarabağ ssenarisi – “sayğac” işə düşüb


Ermənistanda baş nazir dəyişikliyi Rusiya üçün yeni situasiya yaradıb; Rusiyada DÇ-2018 bitəndən sonra Kremlin Qarabağ kartı da açıla bilər
Ermənistanda rəngsiz inqilab birinci hədəfinə çatsa da, Nikol Paşinyan küçə etirazları sayəsində baş nazir olsa da, ermənilərin ayağı küçələrdən yığışmır. Lokal etirazlar davam edir. Bu da o deməkdir ki, işğalçı ölkədə post-inqilab dövrü hələ tezliklə bitənə oxşamır.


Artıq Paşinyan da fərqindədir ki, Ermənistanda pis bir ənənənin əsasını qoyub. İndi hamı öz probleminin zor gücünə, dövlət qurumuna təzyiq göstərməklə həll olunacağına əminlik hasil edib. Belə çıxır, günün birində kütlə öz kumiri Paşinyandan məyus olarsa, ona qarşı da etiraza, yəni əks-inqilaba qalxa bilər. “Yeni Müsavat” xəbər verir ki, hadisələrin bu cür inkişafı artıq Nikol Paşinyanı narahat eləməyə başlayıb və o, müxtəlif məsələlərlə bağlı etiraza qalxanları “pauza götürməyə” çağırıb.

“Biz hamımız sakit şəkildə problemlərin müzakirəsinə və həllinə girişmək üçün pauzaya ehtiyac duyuruq. Əgər hər şeyi birdəfəlik həll eləmək istəsək, hər şeyi korlayacağıq”, - deyə o, dünən İrəvanda media nümayəndələrinə bildirib. Onun sözlərinə görə, hazırda Ermənistanda aksiyaların qarşısının alınması mexanizmləri işləmir.

“Amma vətəndaşlar başa düşməlidirlər ki, bütün problemləri bir dəfəyə çözmək mümkün deyil” - Paşinyan deyib. Baş nazir habelə, vətəndaşların ayrı-ayrı vəzifəli şəxslərin istefasını tələb eləməsini də doğru saymadığını deyib. “Bu məsələyə mərhələ-mərhələ yaxınlaşmaq lazımdır”, - o bildirib.

*****

N.Paşinyanın girişməli olduğu ən qəliz məsələlərdən biri isə əlbəttə ki, Qarabağ problemidir. Ona görə ki, bu problem yerindən tərpənməyincə Ermənistanda köklü islahatları tamamlamaq mümkün olmayacaq. Ən azından Qarabağ məsələsi “sualtı daş” kimi siyasi rəqiblər və ya Moskva tərəfindən onun ayağı altına atılacaq. Xüsusən də Moskvanın Paşinyana şübhəli nəzərlərlə baxması bu ehtimalı gücləndirir ki, zəiflətmir. Soçi görüşündən sonra bu şübhələr azalmayıb.

Siyasi şərhçilərin həm Qarabağ, həm də digər mövzularda maraqları proqnozları var.

“Rusiyanın Qarabağ probleminin gələcəyi ilə bağlı hazır həll variantları var”. Bu fikri axar.az- a politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, Moskva Qarabağla bağlı ehtiyat planını elə də uzaq olmayan bir zamanda işə salacaq. “Rusiya münaqişə bölgəsi ilə bilavasitə həmsərhəddir və hər iki dövlətlə - Azərbaycan və Ermənistanla çox genişformatlı münasibətlərə malikdir. Xarici qüvvələr isə durmadan Rusiyanın sərhədləri boyunca gərginlik nöqtələrini artırmağa və köhnə münaqişəli vəziyyətləri alışdırmağa çalışırlar”, - deyə o qeyd edib.

Müəllif hesab edir ki, Rusiyanın həm Ermənistanda, həm də Cənubi Qafqazda böyük maraqlarının olduğu nəzərə alınsa, o zaman Kremlin Qarabağ probleminin gələcəyi ilə bağlı hazır həll variantlarının olduğunu söyləmək olar. “Rusiya fövqəl və dünya siyasətində xüsusi yeri olan bir məmləkətdir. Bir halda ki, Rusiyanın qonşuluğunda dondurulmuş problem var, Moskvanın da bununla bağlı yanaşmasının olması təbiidir” - politoloq deyib.

Politoloq onu da bildirib ki, Paşinyanın hakimiyyətə gəlməsi Rusiya elitası qarşısında bir neçə məsələ qaldırıb:

“Birincisi, Paşinyan bəzi şüarları ilə özünü faktiki olaraq yeni dilemmalar qarşısında qoyub. Siyasətçinin sözündən çox əməli vacibdir. Əgər Paşinyan hələ meydanlarda olarkən səsləndirdiyi şüarları davam etdirsə, Rusiyanın maraqlarına zərbə endirmiş olacaq. Çünki onun tələbləri daha çox anti-Rusiya xarakterli idi. Ancaq hakimiyyətə gəldikdən sonra Paşinyanın bəzi təlaşları özünü göstərib və o, tonunu dəyişib. Rusiya bundan sonra daha çox Paşinyanın hərəkətlərinə fikir verəcək. Əgər o, Qərbi seçməsə, onda Rusiya Ermənistanı köhnə, yəni pro-Rusiya məcrasına gətirməyə çalışacaq. Yox, qərbpərəst siyasi kurs yeridərsə, Rusiya Ermənistanın əldən çıxmaması üçün korrektələr etməyə çalışacaq”.

Ekspertin fikrincə, burada söhbət təkcə Gümrüdəki bazadan getmir. “Rusiya istənilən vaxt oraya daha geniş hərbi qüvvə yeridə bilər. Çünki Ermənistan İran və Rusiya sərhədində Rusiya hərbiçiləri var. Rusiya iki əsrdən artıqdır ki, Ermənistana yatırımlar edir və bu mənada bölgədə Ermənistanla bağlı söz haqqı var. Bu proseslərin nə dərəcədə intensiv olacağını və hansı formada həllini tapacağını yaxın gələcək göstərəcək. İstənilən halda Rusiya öz təsirini Ermənistanda saxlamaqda israrlı olacaq”, - deyə o əlavə edib.

*****

Kremlin Ermənistanı öz orbitində saxlamaq üçün rıçaqları isə rəngarəngdir. İkisi deyildi - Dağlıq Qarabağ məsələsi ilə manipulyasiya və işğalçı ölkədəki hərbi kontingent. Bundan əlavə, iqtisadi təzyiq vasitələri də işə salına bilər. Ancaq böyük ehtimalla, Rusiyada iyunun 15-dən iyulun 15-dək nəzərdə tutulmuş futbol üzrə dünya çempionatı başa çatmamış bu yöndə hansısa sərt hərəkətliliyin şahidi olmayacağıq. Çünki Putindən ötrü bu böyük idman tədbiri hər şeydən öncə özünün və ölkəsinin imic məsələsidir.

Üstəlik, ona qədər Moskva Paşinyanı daha yaxşı dişinə vura, onun xarici siyasət oriyentirləri ilə daha müfəssəl tanış ola biləcək. Eyni zamanda Ermənistan daxilində o vaxta siyasi qüvvələr nisbətində mənzərə üzə çıxacaq ki, bu da rəsmi Moskvaya daha çox hansı qüvvə ilə yola davam eləməklə bağlı suala aydınlıq gətirə bilər.

*****

“Ermənistan Respublika Partiyasının rəhbər şəxsləri hələ də Rusiyadan mesajlar almağa davam edir”. Bu barədə erməni nəşri “Jamanak” yayıb. Qəzet Rusiyanın hələ də Respublika Partiyasının birliyinin qorunmasında maraqlı olduğunu bildirib. Sitat: “Rusiya hesab edir ki, yeni hökumətin formalaşması başa çatanadək Respublika Partiyası parlamentdəki üstünlüyünü qoruyub saxlamalıdır. Rusiya hələ də Respublika Partiyasını yeni seçkilər keçirilənə qədər parlamentdə yeganə legitim çoxluğa sahib olan partiya hesab edir”.

İstənilən halda, belə görünür ki, Nikol Paşinyan üçün geri sayım artıq başlayıb. Moskva mayın 8-də, Şuşanın işğal günü onun üçün “sayğac”ı işə salıb. Zamanın kimə işlədiyini tezliklə biləcəyik.../musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nikol Paşinyan etirazların dayandırılmasına çağırıb

    Nikol Paşinyan etirazların dayandırılmasına ...

    18-05-2018, 11:20

  • 
  • SON DƏQİQƏ: Ermənistanda “məxməri inqilab”: Dövlət qurumları mühasirəyə alındı

    SON DƏQİQƏ: Ermənistanda “məxməri inqilab”: ...

    17-04-2018, 16:24

  • 
  • Paşinyan: “Sabah Qarabağa gedirəm...”

    Paşinyan: “Sabah Qarabağa gedirəm...” ...

    8-05-2018, 16:55

  • 
  • Ermənistan: Paşinyan bu gün hamını yenidən meydana çağırıb, amma bu dəfə etiraza yox

    Ermənistan: Paşinyan bu gün hamını yenidən ...

    7-05-2018, 11:10

  • 
  • Sarkisyanı kreslodan aşıran Nikol Paşinyan kimdir?

    Sarkisyanı kreslodan aşıran Nikol Paşinyan kimdir? ...

    27-04-2018, 13:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu