"Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Bu mövqe münaqişənin Minsk qrupu vasitəsi ilə danışıqlar yolu ilə həllindən ibarətdir. Biz əminik ki, bu, ən optimal variantdır. Minsk qrupunun digər həmsədrləri ilə birlikdə Bakı və İrəvanın razılığa gəlməsinə imkan verən şəraitin yaradılması üçün ümumi maraq kəsb edən, bir-birinə zidd olmayan xətt aparırıq. Bu iş uzun illərdir, davam edir.
O ki qaldı Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı məsələsinə, danışıqların hansısa mərhələsində Dağlıq Qarabağ tərəf kimi iştirak edib, sonra tərəflərin razılığı ilə danışıqlar formatı dəyişdirilib, indiki halını alıb".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Zöhrab Mnatsakanyanla keçirdiyi görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.
"Onu da qeyd edim ki, rusiyalı həmsədr İqor Popov heç vaxt deməyib ki, Qarabağ danışıqlarda tərəf kimi iştirak etməlidir. Əgər Azərbaycan və Ermənistan Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakına dair razılığa gəlsə, biz bu qərara hörmətlə yanaşacağıq", - deyə Lavrov qeyd edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?