GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İrəvan kritik seçimə sürüklənir – Qərb Paşinyanı küncə sıxır

İrəvan kritik seçimə sürüklənir – Qərb Paşinyanı küncə sıxır

Tarix: 20-06-2018, 10:31 Bölmə :Siyasət Baxış: 350
İrəvan kritik seçimə sürüklənir – Qərb Paşinyanı küncə sıxır

“Rusiya qılıncı”na qarşı “Amerika qalxanı”?; ABŞ və Avropa Ermənistandakı inqilabla bağlı məyus durumda – mühüm gəlişmə; Fransa prezidenti Paşinyanı hələ də təbrik eləməyib – səbəb; politoloq: “Ermənistanı yeni qarşıdurmalar gözləyir...”

Ermənistanın yeni populist baş naziri Nikol Paşinyan hakimiyyətə gəlişindən 40 gündən çox keçməsinə rəğmən, hələ ki öz komandasını formalaşdıra bilməyib. Paralel surətdə o, cinayətkar-terrorçuları (Jirayir Səfilyan və dəstəsi) bir-bir həbsdən azad edərək, yerinə başqa qəbildən cinayətkarları (hərbi cani Manvel Qriqoryan və s.) türməyə salmaqla məşğuldur. ABŞ və Avropa Birliyi (AB) timsalında Qərb isə ondan real islahatlar və Qərbə inteqrasiya yönündə praktik addımlar gözləyir.

Maraqlıdır ki, zaman ötdükcə Qərbin Paşinyana ümid və etimadı azalmaqdadır. Bu ovqat İrəvanda keçirilmiş və Ermənistan-AB münasibətlərinin perspektivinə həsr olunmuş konfransda bariz şəkildə özünü büruzə verib. “Yeni Müsavat” erməni qaynaqlarına istinadən xəbər verir ki, həmin tədbirdə çıxış edən bir sıra avropalı diplomatlar (Avropa Birliyinin, Almaniyanın İrəvandakı səfirləri) bu xüsusda narahatlıqlarını gizlətməyiblər.

Erməni mənbələri yazır ki, diplomatlar yeni reallıqlar fonunda Ermənistandakı daxili situasiyadan və Paşinyan hökumətinin Avropa siyasətindən həyəcanlı bir tonda danışıblar və mövcud vəziyyəti “bütövlükdə proqnoz edilməyən və hələ ki qeyri-müəyyən” adlandırıblar. Siyasi müşahidəçilər bu həyəcanı əsassız hesab eləmirlər.

*****

Göründüyü kimi, Qərb yeni hökumətdən, nəhayət, real seçim, Ermənistanın Rusiya orbitindən uzaqlaşmasını gözləyir ki, qarşılığında vəd elədiyi maliyyə və digər dəstəyi verə bilsin. İndiki məqamda böyük maliyyə isə Paşinyan hökumətinə ac-yalavac əhalinin güzəranını qismən yaxşılaşdırıb öz daxili dayaqlarını möhkəmlətmək üçün hava-su kimi lazımdır.

Ancaq başqa yandan, Rusiya ilə ənənəvi siyasi-hərbi bağları Qərbin, NATO-nun xeyrinə zəiflətmək və ya qırmaq yeni hakimiyyətdən ötrü “olum, ya ölüm” məsələsi kimidir. Çünki Rusiya yaxında, Ermənistanın içində, Qərb, Avropa isə uzaqdadır. Erməni ekspert ictimaiyyəti də etiraf edir ki, Ermənistanın rusiyayönlü kursdan hətta azacıq kənara çıxıb oriyentirləri Qərbin, Amerikanın xeyrinə dəyişməsi işğalçı ölkəyə eyni anda bir yox, bir neçə istiqamətdən böyük təhlükələr vəd edir.

1in.am erməni nəşri bu xüsusda maraqlı bir detala diqqət çəkib. “Yeni Müsavat”ın məlumatına görə, nəşr Fransa prezidenti Emmanuel Makronun hələ də Paşinyanı baş nazir seçilməsi münasibətilə təbrik etməməsinin müəmmalı olduğunu yazıb.

“Avropalı diplomatların həyəcanına həm hakimiyyət, həm də cəmiyyət diqqət yetirməlidir, nədən ki, Ermənistanın Avropa siyasəti onların hər ikisinin məsuliyyət və qayğı çərçivəsində qalmalıdır. Bunu da anlamaq gərəkdir ki, narahatlıq yalnızca İrəvandakı diplomatik nümayəndələr səviyyəsində mövcuddur, yoxsa onlar Avropa paytaxtları səviyyəsindəki təlaşı ifadə edirlər? Yeri gəlmişkən, maraqlıdır ki, Ermənistanın yeni baş nazirini, 1 nömrəli məmurunu - Paşinyanı Ermənistandan ötrü, yumşaq desək, heç də təsadüfi olmayan bir dövlətin - Fransanın prezidenti bu günədək təbrik eləməyib. İrəvan yalnız Fransanın baş nazirinin təbrikini alıb. Bu kimi detalları görməzlikdən gəlmək olmaz, əks halda, mənzərə gözlənildiyindən də sürətli dəyişə bilər”.

*****

Bəs Paşinyan düşdüyü, daha doğrusu, özü özünü saldığı bu qəliz vəziyyətdən necə çıxacaq? Başı üstündə asılmış “Rusiya qılıncı”na qarşı “Amerika qalxanı” əldə edə biləcəkmi? Ən əsası, daxildə konsensusa nail olub, öz xalqına və Qərbə vəd elədiyi köklü islahatları necə reallaşdıracaq?

“Ermənistanı qarşıda daha ciddi qarşıdurmalar gözləyir, proseslərin daha da dərinləşəcəyi istisna edilmir”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri axar.az-a Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri, politoloq Eldar Namazov Ermənistan və onun ətrafındakı hazırkı situasiyanı şərh edərkən bildirib.

Paşinyanın idarəçilik sahəsində heç bir təcrübəsinin olmadığına xüsusi diqqət çəkən politoloq daha sonra deyib: “Paşinyanın parlamentdə hazırladığı proqramın təsdiq olunması zamanı çıxışından da görmək olur ki, bu insan populist, real idarəçilik təcrübəsinə malik olmayan, məsələlərə inqilabi əhval-ruhiyyə prizmasından baxan bir siyasətçidir. Paşinyan yaxşı məqalələr yaza, mitinqlərin aparıcısı kimi məşhurlaşa və öz populist çıxışlarını elə mitinq meydanlarında davam etdirə bilərdi. Ancaq hər kəs yaxşı bilir ki, mitinqləri idarə etməklə dövləti idarə etmək eyni məsələ deyil. Bu mənada Paşinyanın son dövrdə atdığı addımlar, bəzi kadr təyinatları hətta onu dəstəkləyən insanlar arasında çaşqınlıq yaradıb. Artıq onun təyin etdiyi nazirlərdən istefa verənlər də var”.

E.Namazov Paşinyanın həyata keçirdiyi siyasəti nəzərə alaraq, onun hakimiyyətinin növbədənkənar seçkilərin keçirilməsinə qədər davam etməmə ehtimalının çox olduğunu vurğulayıb: “O cümlədən siyasi terrordan istifadə edən insanları həbsdən azad etmək Paşinyanın tərəfdarları arasında birmənalı qarşılanmadı. Çünki həmin hadisələr zamanı polis alayının binasına hücum təşkil olunmuşdu və orada bir neçə polis işçisi qətlə yetirilmişdi. Bu günlərdə keçirilmiş məhkəmə proseslərində bu hücumları həyata keçirənlərin azadlığa buraxılması həlak olan polis işçilərinin ailə üzvləri tərəfindən də etirazla qarşılanıb. Məsələlərə inqilabi prizmadan baxıb bu cür şəxsləri öz adamları kimi azad etmək heç bir hüquq normasına sığmır. Bundan əlavə, Paşinyana müxalifətdə olan Sərkisyan, Köçəryan, hətta üçüncü böyük fraksiyaya sahib Çarukyanın əlində milyardlarla dollar vəsait cəmləşib. Müxalifətin pulu hazırda iqtidarda olanların pulundan qat-qat çoxdur. Digər tərəfdən, iqtidarda olanların təcrübəsi də çox azdır. Bu isə hakimiyyətlə bağlı ciddi hadisələrin olacağından xəbər verir”.

*****

Proseslərin gedişatı göstərir ki, ciddi hadisələr çox uzaqda deyil. Bunu indi hər şeydən öncə İrəvanın Qərb tərəfindən seçimə sürüklənməsi diktə edir... /musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paşinyan bu gün “Məhşər ayağı”na çəkilir - Kremlin Qarabağ şərti

    Paşinyan bu gün “Məhşər ayağı”na çəkilir - ...

    14-05-2018, 11:24

  • 
  • Trampın qəfil təbriki və “əcəl zəngi” – “işğalçı Qarabağı itirəcək...”

    Trampın qəfil təbriki və “əcəl zəngi” – “işğalçı ...

    17-05-2018, 16:49

  • 
  • ABŞ-dan Ermənistana böyük maliyyə vədi – kritik gəlişmə

    ABŞ-dan Ermənistana böyük maliyyə vədi – kritik ...

    2-06-2018, 10:24

  • 
  • İrəvan rusun arxasından ABŞ-a “əlcək” atdı – işğalçı seçimə sürüklənir

    İrəvan rusun arxasından ABŞ-a “əlcək” atdı – ...

    29-03-2018, 12:30

  • 
  • Ermənistan yol ayrıcına gəldi – kritik seçimə saatlar qaldı

    Ermənistan yol ayrıcına gəldi – kritik seçimə ...

    1-05-2018, 10:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu