GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Danışıqlar dalandan nə vaxt çıxacaq? – Moskva gözləmə mövqeyində

Danışıqlar dalandan nə vaxt çıxacaq? – Moskva gözləmə mövqeyində

Tarix: 21-06-2018, 11:48 Bölmə :Siyasət Baxış: 394
Danışıqlar dalandan nə vaxt çıxacaq? – Moskva gözləmə mövqeyində


Ermənistanda hakimiyyət çevrilişindın sonra Dağlıq Qarabağ danışıqlarında qeyri-müəyyənlik azalmaq əvəzinə, artıb. Yeni baş nazir Nikol Paşinyanın Qarabağla bağlı populist, reallaşması heç vaxt mümkün olmayan təklif-tələbi onsuz da dalanda olan sülh prosesini bir az da dalana dirəyib. Təəssüf ki, ATƏT-in Minsk Qrupunun İrəvan səfəri də Ermənistanın yeni rəhbərliyini reallıq hissinə qaytara bilməyib.

Üstəlik, həm baş nazir Paşinyanın, həm də prezident Armen Sərkisyanın qısa müddətdə işğal altındakı Dağlıq Qarabağa iki dəfə qanunsuz səfər eləməsi müharibə riskini heç vaxt olmadığı qədər gücləndirib. Münaqişə zonasındakı son durumu əcnəbi təhlilçilər də diqqətlə izləyirlər.

*****

“Qarabağ konflikti ətrafında situasiya həqiqətən də narahatlıq doğurur”. “Yeni Müsavat”ın məlumatına görə, bunu alman politoloq Aleksandr Rar “168 jam” erməni nəşrinə konflikt ətrafında son durumu şərh edərkən deyib. Onun sözlərinə görə, münaqişə zonasında vəziyyət əslində həmişə həyəcan doğurur, ona görə ki, danışıqlar prosesinin mənfi və ya müsbət mərhələlərindən asılı olmayaraq, daima hər iki tərəfdən atəş səsləri eşidilir.

“Hazırkı situasiyanın təhlükəliliyi isə ondadır ki, tərəfləri danışıqlar stolu arxasına oturtmaq mümkün olmur və istənilən təxribat böyük hərbi hərəkətlənməyə çevrilə bilər. Nədən ki, bütün hərbi qüvvələr öz yerindədir”, - deyə o qeyd edib.

Politoloq daha sonra deyib: “Azərbaycanın ümidləri böyükdür və erməni tərəfindən gözlədiyi addımlar məsələsində o, olduqca radikal mövqeyə malikdir. Erməni tərəfinin mövqeyi isə dəyişməz qalır. Fikrimcə, qarşı tərəflə görüşmək üçün hazırlıq var. Ancaq beynəlxalq birlik üçün hələ də tam aydın deyil ki, Ermənistanda nə baş verib. Hələ ki yeni hakimiyyətə qarşı etimad atmosferi bərqərar eləmək mümkün olmayıb. Hesab edirəm ki, ona görə danışıqlar prosesi bütöv ola bilmir”.

Politoloq Moskvada Əliyev-Putin-Paşinyan görüşünün təşkil olunmamasını də səbəb kimi görür: “Peskovun (prezident Putinin mətbuat katibi - red.) belə bir görüş haqda danışmağın həddən artıq tez olduğunu bəyan eləməsinin sətiraltı mənası var. Belə təəssürat yaranır ki, ünsiyyət üçün atmosfer hələ yaranmayıb. Yəni elə bir ab-hava ki, belə bir görüşə imkan versin və danışıqlar prosesi sərbəst şəraitdə aparılsın”.

Alman analitikə görə, Rusiya prezidenti Vladimir Putin aktiv iş şəraitinə nail olmaq üçün Ermənistanın keçmiş hakimiyyətləri ilə illərlə işləyib. “Yəni müəyyən tanışlıq mərhələsi lazımdır. Fikrimcə, bu, normal praktikadır. Lakin Qarabağ ətrafında mövcud situasiyaya nəzərən, bu, təhlükəli ola bilər və bunu hamı başa düşməlidir. Vəziyyəti elə həddə gətirmək olmaz ki, danışıqları aparmaq artıq gec olsun”, - deyə o, xəbərdarlıq edib.

Ekspertin fikrincə, Minsk Qrupu aktiv səylər göstərib, heç olmasa, xarici işlər nazirləri səviyyəsində görüş təşkil eləməklə təmas xəttində gərginliyi zəiflətməyə nail ola bilər. “Mənə elə gəlir ki, həmsədrlər Məmmədyarovla Mnasakanyanın görüşünü təşkil eləməlidirlər. Ancaq onlar gecikirlər. Ola bilsin burada erməni tərəfinin yeni mövqeyi (separatçı rejimi danışıqlara qoşmaqla bağlı tələb nəzərdə tutulur - red.) də burada neqativ rol oynayır. Bu mövqeyi kənara qoymaq və tərəfləri təmaslara qaytarmaq lazımdır” , - deyə analitik əlavə edib.

*****

Lakin təmaslara qayıdış ilk növbədə Ermənistanın yeni rəhbərliyinin Dağlıq Qarabağ məsələsində konstruktiv mövqeyə köklənməsindən keçir. İşğalçı ölkədə isə artıq deyildiyi kimi, qeyri-müəyyənlik hökm sürür.

“Həm Dağlıq Qarabağda, həm də Ermənistanda vəzifədə olan adamlar arasında klan mübarizəsi gedir”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri axar.az-a ermənişünas alim Qafar Çaxmaqlı deyib. O bildirib ki, Paşinyanın siyasi rəhbərliyə başlamasından sonra həm Ermənistanda, həm də Dağlıq Qarabağda gərginlik müşahidə olunur: “Paşinyanın Dağlıq Qarabağa tez-tez səfər etməsinin səbəblərindən biri budur. Çünki burada artıq Paşinyn hakimiyyətini qəbul etməyən adamlar var. Eyni zamanda qondarma rejimə rəhbərlik edənlər arasında Paşinyanın qəbul etmədiyi şəxslər mövcuddur. O, həmin şəxsləri hakimiyyətdən uzaqlaşdırıb, öz adamlarını bura yerləşdirmək üçün bölgəyə səfərlərinin sayını artırıb. Bir neçə gün əvvəl Dağlıq Qarabağda da müəyən insidentlər olmuşdu. Baş verən insidentlər də onu göstərirdi ki, həm Ermənistanda, həm də Dağlıq Qarabağda daxili siyasi və ictimai gərginlik hökm sürür. Nikol Paşinyanın hakimiyyətinin müvəqqəti olduğunu söyləyənlər də az deyil. Buna qarşı dirəniş bundan sonra da davam edəcək”.

Q.Çaxmaqlıya görə, hələ ki danışıqlar prosesini dirçəltməyə həvəsli olmayan Rusiya Paşinyan hakimiyyətinin müvəqqəti olacağını düşünür: “Çünki Rusiyanın Ermənistanda hakimiyyətdə olmasını istədiyi adam Paşinyan deyil. Rusiya Paşinyanın hakimiyyətini sarsıtmaq üçün Azərbaycandan istifadə edə bilər. Cəbhədə gərginlik yaratmaq və belə bir fikir formalaşdırmaq istəyirlər ki, Azərbaycan bu siyasi xaosdan istifadə edib hər an hücum edə bilər. Paşinyan da bununla bağlı tədbirlər görülməsini önə çıxarır. Ermənistan hakimiyyətində olan şəxslər Qarabağa səfər etməklə qorxmadıqlarını göstərməyə çalışırlar. Burada qeyri-adi bir şey axtarmağa ehtiyac yoxdur”.

Q.Çaxmaqlının sözlərinə görə, əgər gərginlik belə davam etsə, bu, lokal savaşa çevrilə bilər: “Yəni Azərbaycan və Ermənistan arasında Azərbaycanın işğal edilmiş ərazisində lokal xarakterli toqquşma ehtimalı var. Azərbaycan öz ərazilərini işğaldan azad etməyə hazırdır. Ermənistanda olan hər cür siyasi qarışıqlıqdan və gərginlikdən öz xeyrimizə yararlanmalıyıq”.

O, bir daha Rusiya gözləmə mövqeyində olmasına diqqət yönəldib: “Rusiya istəmir ki, Ermənistanı öz nəzarətindən buraxsın. Çünki Paşinyan hakimiyyəti Qərbə meylli siyasət ortaya qoyub. Amma Rusiyanın əlində yetərli rıçaqlar var ki, Ermənistanı özünə tabe eləsin və Ermənistana öz siyasətini diktə eləsin”.

Çaxmaqlı onu da vurğulayıb ki, həmsədrlər iki ölkə arasında danışıqların davam etdirilməsində maraqlıdırlar: “Paşinyan hakimiyyətə gələr-gəlməz, bəyanat verdi ki, Dağlıq Qarabağ separatçıları da bu prosesə qoşulsun. Bu mümkün deyil. Çünki orada qanuni hakimiyyət yoxdur. Bu da danışıqlar prosesini uzatmaq üçün Ermənistan hakimiyyətinin növbəti cəhdidir. Ermənistan status-kvonu davam etdirmək istəyir. İllərdir ki, bu prosesi bir bəhanə ilə uzadırlar. Bu məsələnin həlli üçün Ermənistan tərəfindən heç bir normal addım atılmayıb”.

*****

Lakin hazırda unikal bir vəziyyət yaranıb. Məsələ ondadır ki, işğalçı tərəf indi status-kvonu hiyləgərcəsinə Rusiya orbitindən uzaqlaşa biləcəyi ilə bağlı mesajlar fonunda uzatmağa çalışır. Bu isə faktiki, yeni situasiyadır. Özü də Moskvanın maraqlarına cavab verməyən situasiya. Yəni konkret halda status-kvonun uzanması Azərbaycan kimi Rusiyanın da maraqlarına cavab verməyə bilər. Söhbət Ermənistanı, Paşinyan hökumətini cəzalandırmaq üçün Azərbaycana lokal hərbi əməliyyatlar üçün (təxminın 4-5 günlük) “dobro” verməkdən gedir. Moskva da, Bakı da fürsət gözləyir...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Daşnaklar da Qarabağ səhvinə görə Paşinyana qarşı çıxdı

    Daşnaklar da Qarabağ səhvinə görə Paşinyana qarşı ...

    15-05-2018, 18:53

  • 
  • Paşinyan: “Sabah Qarabağa gedirəm...”

    Paşinyan: “Sabah Qarabağa gedirəm...” ...

    8-05-2018, 16:55

  • 
  • Alman politoloq: “Qarabağda müharibə riski var”

    Alman politoloq: “Qarabağda müharibə riski var” ...

    12-07-2013, 10:24

  • 
  • Rusiya Qarabağ müharibəsinə qarışmayacaq - "Cовершенно Cекретно"

    Rusiya Qarabağ müharibəsinə qarışmayacaq - ...

    15-04-2015, 22:21

  • 
  • Prezident İlham Əliyev: "Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək"

    Prezident İlham Əliyev: "Heç vaxt Dağlıq ...

    23-01-2017, 21:18


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (271)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu