GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İran Azərbaycan münasibətlərini kimlər və niyə pozur – Sensasion faktlar

İran Azərbaycan münasibətlərini kimlər və niyə pozur – Sensasion faktlar

Tarix: 25-06-2018, 12:26 Bölmə :Siyasət Baxış: 297
İran Azərbaycan münasibətlərini kimlər və niyə pozur – Sensasion faktlar


Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?

İranın İslam Respublikasının “Təsnim” agentliyi Azərbaycanla bağlı hesabat yayıb. “Bakı: anti-İran millətçiliyinin qızışdırılmasından Pəhləvi səltənətinin qalıqları ilə qucaqlaşmaya qədər” adlanan hesabatın hazırlanmasına formal səbəb ölkəmizin ABŞ-dakı səfirliyinin Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Vaşinqtonda təşkil etdiyi təntənəli ziyafətə keçmiş İran şahının hazırda Amerikada yaşayan oğlu Rza Pəhləvinin dəvət edilməsi olub.

Bildirilir ki, rəsmi Tehran hələ də İran taxt-tacına iddialı olan şəxsin Azərbaycan səfirliyinin tədbirinə dəvət almasına etiraz etməyib və bir növ, onu görməzlikdən gəlib. Lakin hesabatda iddia olunur ki, bu məsələni əhəmiyyətsiz saymaq İran tərəfinin növbəti dəfə Bakının hərəkətlərinə yanlış yanaşmasından xəbər verir.

Bu xüsusda qeyd edilir ki, sabiq vəliəhdin ziyafətə çağırılması İrana qarşı düşünülmüş addımdır və həmin addım sadəcə, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun səhvi və ya şıltaqlığının nəticəsi deyil.

Daha sonra hesabatda Elin Süleymanov “ABŞ-dakı yəhudi təşkilatlarının aləti, sionist rejimin itaətkar nökəri” adlandırılır və bildirilir ki, onun işi-gücü Amerikadakı müxtəlif yəhudi təşkilatlarının Bakıya səfərlərini təşkil etmək və bu yolla “Azərbaycanda şiə kimliyini sıxışdırmaq, sionistlərə sərf edən multikulturalizm və tolerantlıq siyasətini həyata keçirməkdir”. Buna görə yazıda belə bir “şəksiz” nəticəyə gəlinir ki, Rza Pəhləvinin tədbirə dəvət olunması sionistlərin ABŞ-dakı Azərbaycan səfirinə birbaşa göstərişi əsasında baş tutub və İrana qarşı nümayişkaranə düşmənçilik siyasətinə xidmət edir.

Yazıda daha sonra iddia edilir ki, bu dəvətlə Bakı “sionist müşavirlərinin məsləhəti əsasında” həm İrana, həm də onun düşmənləri olan İsrail və ABŞ-a müəyyən mesaj vermək istəyib. Guya Azərbaycan özünün bu addımı ilə demək istəyir ki, İranda islam quruluşunun düşməni ilə açıq əməkdaşlıq edə bilmək həddində qüdrətə malikdir; həmçinin, ABŞ və İsrailin İrana qarşı addımlarında onlarla müttəfiq olacağını çatdırmaq niyyəti güdür. Bu isə, yazıda iddia edildiyinə görə, son illər İran hökumətinin qonşu dövlətin anti-İran addımlarına hədsiz dözüm nümayiş etdirməsinin nəticəsidir.

“Təsadüfi deyil ki, bir müddət əvvəl Azərbaycan Prezidenti Administrasiyasının sözçüsü Əli Həsənovun qeyri-rəsmi orqanı olan “Yeni Müsavat” qəzeti çəkinmədən yazıb: Bakının İrana hörmət qoyması dövrü keçib”, – deyə hesabatda bildirilir. Bu üzdən yazıda İran hökumətinin də Azərbaycana qarşı adekvat və nümayişkaranə addım atmasının zəruriliyi vurğulanır.

Hesabatda son dövrdə Azərbaycanın “anti-İran hərəkətlərinin qeyd olunan dəvətlə məhdudlaşmadığı” da bildirilir və daha bir neçə məsələyə diqqət çəkilir. Bunlarda birincisi Azərbaycan Yazıçılar Birliyinin Neftçala Rayon İcra Hakimiyyəti ilə birlikdə həmin rayonda təşkil etdiyi “Cənubi Azərbaycana salam” adlı ədəbi tədbirdir. Tədbir haqqında geniş məlumatla yanaşı, hesabatda o da vurğulanır ki, Azərbaycanda prezident seçkiləri ərəfəsində məhz bu rayonda müştərək avtomobil zavodunu işə salmaqla, İran hökuməti Azərbaycana jest edib, rəsmi Bakı isə bunun müqabilində zavodda istehsal olunan avtomobilə yəhudi bir xalqın adını – “Xəzər” adını verib.

Digər bir “anti-İran addım” kimi hesabatda “GünAz TV”-nin rəhbəri Əhməd Obalının Bakıya səfəri və onun “Yeni Müsavat” qəzetinə geniş müsahibəsi barədə danışılır. Qeyd olunur ki, İran əleyhinə fəaliyyət göstərən bu televiziyanın Bakıda studiyası da var. Nəhayət, yazıda bu kimi “təxribat xarakterli” addımlarla yanaşı, İranın sayıqlığının zəifləməsi nəticəsində Azərbaycanın öz qonşusuna əsaslı təhlükəsizlik problemləri yaratdığından bəhs olunur. “Azərbaycan Respublikası əslində sionist rejimin hərbi bazasına və silah anbarına çevrilib, lakin siyasi səhlənkarlıq İranın təhlükəsizliyi üçün bu böyük təhlükəyə diqqət yetirilməsinə mane olub”, – deyə yazıda iddia olunur. Əlavə olunur ki, Azərbaycan “İsraildən aldığı bu silahlara baxmaq və onları tərifləmək üçün” İran müdafiə nazirini hərbi parada dəvət edib. Üstəlik, razılaşdırılmış plan əsasında “Azərbaycanın dostu” kimi tanınan İsrailin müdafiə naziri Aviqdor Liberman iyunun 26-da keçiriləcək həmin paradda iştirak üçün Bakıya gəlməyəcəyini bildirib, Azərbaycan hakimiyyəti və mediası isə bu xəbəri yaymaqla İran müdafiə nazirini həmin tədbirə qatılmağa təşviq etmək istəyib.

Hesabatın sonunda bildirilir ki, “əgər İran hakimiyyəti Azərbaycana münasibətdə ifrat dözümlü və səhlənkar davranışını davam etdirərsə, günlərin birində Bakıda məskən salmış sionistlər İrana gözlənilməz və ağır zərbələr vura bilərlər, bunun qarşısını almaq isə çətin və ya qeyri-mümkün olar”.

*****
Minval.info bildirir ki, haqqında danışılan və açıq-aşkar təxribat xarakterli daşıyan, iki qonşu ölkə və xalq arasına etimadsızlıq toxumu səpməyə xidmət edən bu yazı indiyəcən bir neçə (10-a yaxın!) İran saytında dərc olunub. Göründüyü kimi, hesabat formasında təqdim olunan həmin yazıda Azərbaycan dövləti və onun aparıcı media orqanı kimi “Yeni Müsavat” əleyhinə xeyli əsassız ittihamlar yer alıb.

Maraqlıdır ki, bu ittihamlar məhz Azərbaycanla İran arasında iqtisadi-siyasi əməkdaşlığın uğurla inkişaf elədiyi hazırkı dönəmə və xüsusən də bu yay Moskvada Azərbaycan, Rusiya və İran prezidentləri arasında keçirilməsi nəzərdə tutulan zirvə görüşü ərəfəsinə təsadüf edir. Bu üzdən bir neçə ciddi sual yaranır.

Azərbaycana qarşı ittihamlara gəlincə, ondan başlayaq ki, Azərbaycan normal qonşuluq münasibətlərinə həmişə sadiqdir. Elə cəmi bir neçə ay öncə İranda Qərbin (ABŞ-ın və İsrailin) də marağında olan daxili kütləvi etirazlar zamanı Azərbaycan və Türkiyə İran dövlətinin yanında oldu. Halbuki Bakı istəsəydi, “Güney amili” vasitəsilə orada daxili vəziyyəti daha da tündləşdirə bilərdi.

Ümumiyyətlə, rəsmi Bakı Güney “qılıncı”nı heç vaxt öz “qını”ndan çıxarmayıb. Cənub qonşumuzun suverenliyi və ərazi bütövlüyünə sayğı göstərib. “Yeni Müsavat” qəzeti də iki qonşu xalqın ortaq maraqlarını əsas götürərək, bu xətti müdafiə və təqdir edib. Mətbuatdan və sosial şəbəkədən də izlədiyimizə görə, bu qəzetin İranın Azərbaycandakı səfirliyi ilə isti münasibətləri var. Hətta, bildiyimiz üzrə, “Yeni Müsavat” islamın şiə təriqətinə dair müntəzəm maarifləndirici yazılar verən yeganə sekulyar qəzetdir. İndi hesabatın məntiqindən belə çıxır ki, “Yeni Müsavat” qəzeti bu cür yazılar verəndə, yaxud da İranın xeyrinə nəsə yazanda (belə yazılar da çoxdur) dərhal olur Tehran rejiminin qəzeti?

Məsələ ondadır ki, İsrail bizim ərazimizi işğal etməyib. Üstəlik, işğaldan qurtulmaq üçün İsrail illərdir Azərbaycan ordusunu gücləndirir. Ölkəmizə müasir silahlar və döyüş sistemləri verir. Müsəlman (şiə) qonşumuz İran isə tam əksinə, on illərdir işğalçı Ermənistanla canbir qardaş kimidir, ona daima qucaq açır, işğalçının zəifləməsinə, Azərbaycan qarşısında taqətdən düşməsinə imkan vermir. Bununla da Tehran İrəvanın Qarabağ məsələsində ədalətli mövqeyə gəlməsini və 1 milyon müsəlman (şiə!) qaçqının öz yurd yerlərinə qayıtmasını uzadır, böyük günaha şəriklik edir. Fərqi gördünüz?

Bu harasıdır, zaman-zaman İran şirkətlərinin işğal altındakı Dağlıq Qarabağda Bakıdan icazəsiz separatçı qüvvələrlə iş birliyində olması haqda mediada, o cümlədən erməni KİV-lərində məlumatlar yayılıb. Halbuki biz xatırlayırıq ki, hörmətli ali dini lider Xamaneyi ağa deyib ki, “Qarabağ işğal altında olan müsəlman torpağıdır və oradakı rejimlə əməkdaşlıq eləmək günah və cinayətdır”.

Ancaq çifayda, rəsmi Tehran, onun KİV-ləri belə bəyanatları heç vaxt ciddiyə almayıb. Yeri gəlmişkən, İran prezidenti Həsən Ruhani yeganə iri müsəlman dövlətinin başçısıdır ki (!), ötən ilin dekabrında İrəvana səfər elədi. Elə İrəvan rəsmiləri də Qarabağ problemi, işğal faktı dura-dura İranı “su yolu”na döndəriblər, “həftə 8 – mən 9” İrana mütəmadi səfərlər edir, orada öz fars həmkarları ilə vaxtaşırı qucaqlaşıb öpüşürlər.

Ruhanidən az sonra Ermənistanda səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Zərif isə bu ilin əvvəlində lap “gül” vurdu. Nazir heç bir diplomatik əndazəyə və etik çərçivəyə, ən əsası, müsəlman ümməti dəyərlərinə sığmayan etinasızlıq edərək, belə bir açıqlama verdi: “Ermənistan bölgədə sülhün carçısı və təminatçısıdır”. Bununla da Azərbaycanın müsəlman toplumunu, bir milyon köçkünü, şəhidlərimizin və Xocalı qurbanlarının ruhunu incitmiş oldu.

Belə bir anti-bəşərti bəyanatı indiyədək heç Ermənistanın əsas müttəfiqi olan Rusiyanın rəsmiləri belə səsləndirməyib. Heç Qərb rəsmilərinin dilindən də səslənməyib. Bununla Tehranın “müsəlman birliyi və qardaşlığı”nın əsl mahiyyəti çılpaqlığı ilə ortaya qoyuldu.

İndi bunu biz Azərbaycan mediası olaraq necə yazmayaq və tənqid etməyək? Yaxud İran toplumun yarıdan çoxunu təşkil edən güneyli soydaşlarımız üçün bircə məktəb açılmadığı halda (İran Konstitusiyasının 15-ci bəndi bunu tələb edir), bir ovuc erməninin məktəbləri olması, onlara bunca qayğı göstərilməsi, Tehranda saxta “erməni soyqırımı” muzeyinin açılması faktları necə olsun bəs?

İrandan bizə dil uzadan medianın diqqətinə bunu da çatdıraq ki, Azərbaycan heç bir ölkənin nə forpostudur, nə də əlaltısı – o cümlədən İranın da deyil, olmayacaq! Özünüzü yormayın. Azərbaycan gənc müstəqil dövlət olaraq yalnız öz milli maraqlarına diktə elədiyi siyasət aparır və aparacaq.

Söz düşmüşkən, yenə məhz bu siyasətin diktəsidir ki, Azərbaycan Qoşulmamaq Hərəkatının üzvüdür və İran əleyhinə heç bir planlarda, blokda, koalisiyada yer almır, sanksiyalara qoşulmur, qoşulmayacaq. Tehranın bəzi dairələri və mediasıbu mövqeyimizi lazımınca dəyərləndirmək əvəzinə, bu kimi bədnam hesabatlarla müsəlman Azərbaycanı özündən itələməsi, yumşaq desək, anlaşılmır. İllah da elə bir zamanda ki, ABŞ İran rejiminə qarşı güclü informasiya müharibəsi aparır, onun mühasirəsini görünməmiş şəkildə daraltmağa kurs götürüb, özünün yeni Təhlükəsizlik Strategiyasında İranı 3 şər ölkədən biri elan edib…

Odur ki, istər-istəməz belə təəssürat yaranır ki, bu kimi əsassız ittihamların yer aldığı yazıların arxasında həm də iki qonşu müsəlman dövlətin arasını vurmağa çalışan və erməni məkrli çevrələrinə bağlı qüvvələr dayanır. Hər necə olmasa, bu da faktdır ki, son illər Azərbaycan, İran və Rusiya arasında iqtisadi-kommunikasiya sahəsində bu üç ölkəni və xalqı bir-birinə daha sıx bağlayacaq böyük layihələr (“Şimal-Cənub” dəhlizi, “Dəmir İpək Yolu”) həyata keçirilməkdədir. Bu yaxınlaşmanı və əməkdaşlığı isə ən çox işğalçı Ermənistan, bir də yəqin ki, İran rejiminin iqtisadi cəhətcə çöküşünə çalışan Ağ Ev istəmir.

Çox qəribədir ki, bu kimi hesabatlar da eyni məqsədə – İranın təklənməsi və iqtisadi cəhətcə zəifləməsinə işləyir. Yoxsa ki, məntiqlə, bu dəqiqə İran ona böyük iqtisadi faydalar, nəqliyyat dividentləri gətirməklə onun ayaqda qalmasına kömək edən qonşu Azərbaycanla daha isti münasibətlər qurmaqda maraqlı olmalıdır. Odur ki həmin bədnam hesabatın müəlliflərinə səslənmək istəyirsən: siz kimə işləyirsiniz?/Minval.info
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran mətbuatı Azərbaycan təcridxanasındakı dəhşətli işgəncədən yazdı

    İran mətbuatı Azərbaycan təcridxanasındakı ...

    18-11-2013, 13:47

  • 
  • İran Azərbaycana nota verdi

    İran Azərbaycana nota verdi ...

    25-11-2013, 12:08

  • 
  • Azərbaycan İran kəşfiyyatçısını ölkədən qovdu

    Azərbaycan İran kəşfiyyatçısını ölkədən qovdu ...

    23-11-2013, 23:02

  • 
  • İran səfirliyi Azərbaycan XİN-ə nota verməyib

    İran səfirliyi Azərbaycan XİN-ə nota verməyib ...

    13-12-2012, 13:30

  • 
  • İran səfirliyi yenə çaşdı

    İran səfirliyi yenə çaşdı ...

    7-12-2012, 15:38


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu