GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İrəvan üçün gerisayım başladı: Brüssel tələsi...

İrəvan üçün gerisayım başladı: Brüssel tələsi...

Tarix: 6-07-2018, 09:41 Bölmə :Siyasət Baxış: 390
İrəvan üçün gerisayım başladı: Brüssel tələsi...

Qərb “gəl-gəl” deyir, Moskva isə... göz ağardır; Kremlin səbir kasası dolmaq üzrə - kritik gəlişmə; Ermənistanın yeni rəhbərliyi Qərbə, NATO-ya yaxınlaşma qarşılığında Putini sakitləşdirməyin təcili yollarını arayır; erməni politoloqlardan SOS: “Rusları başa salmalıyıq ki...”

Baş nazir Nikol Paşinyanın Brüssel səfəri Ermənistanda son günlər KİV və ekspert çevrələrinin əsas mövzusuna çevrilib. Xəbər verdiyimiz kimi, 5 gündən sonra - iyulun 11-də Belçika paytaxtında NATO-nun iki günlük sammiti olacaq. Paşinyanın bu sammitə qonaq qismində qatılması artıq dəqiqləşib. Erməni baş nazirin mənzil-qərargahı Brüsseldə yerləşən Avropa Birliyi (AB) rəsmiləri görüşləri də nəzərdə tutulub.

Həm NATO, həm də AB yetkililərinin açıqlamalarından belə qənaət hasil olur ki, Qərb “məxməri inqilab”ın banisi Paşinyanı orada səbirsizliklə gözləyir, bu gizli qərbçiyə olduqca isti qəbul və təmaslar vəd edir. Son olaraq AB-nin işğalçı ölkədəki təmsilçisi Pyotr Svitalsiki bəyan edib ki, AB-də Nikol Paşinyan çox isti bir münasibətə qonaq ediləcək. Bundan az öncə NATO baş katibinin siyasi məsələlər üzrə köməkçisinin müavini Ceyms Appaturay analoji açıqlama verərək, alyansın Ermənistanla əlaqələri dərinləşdirməyə və islahatlara dəstək verməyə hazır olduğunu söyləmişdi.

*****

Adətən ölkə başçılarının Brüssel səfərləri ərəfəsində bu cür bəyanatlar səslənmir. Ermənistan və onun yeni baş naziri timsalında belə jestlər isə şübhə yox ki, onu Qərbə sarı daha ürəklə gəlməyə, Rusiyadan daha ürəklə uzaqlaşmağa şirnikləndirmək üçündür. Bu üzdən konkret olaraq, Brüssel görüşləri kritik, hətta dönüş nöqtəsi sayılır. Çünki Moskvanın bu səfərlə bağlı rahatsız və qıcıqlı olduğu aydın sezilir. Ən azından, Kremlə yaxın KİV-lərdə və ekspertlərin dilindən narazı ovqat ortadadır və Cocuq Mərcanlı törəni də Ermənistan hökumətinə xəbərdarlıq mesajı kimi qiymətləndirilir.

Necə deyərlər, Paşinyan üçün “geri sayım” başlayıb. Bunu yaxşı anlayan Ermənistanın rəsmi dairələri və ekspert ictimaiyyətində hazırda bir xof yaşanır və Brüssel sammiti yaxınlaşdıqca bu xof artır.

*****

“Qərb tərəfindən Ermənistanın ünvanına gələn belə mesajlar əlbəttə ki, pozitivdir. Ancaq bu prosesə Rusiyanın neqativ yanaşması və qısqanclığı səbəbindən özündə təhlükə də daşıyır”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə dünən Qarnik Gevorkyanın 1 in.am nəşrində getmiş şərh yazısında deyilir.

“Ruslar hələlik ekspert çevrələri vasitəsilə işarə vururlar ki, Qərb strukturları, o cümlədən NATO ilə yaxınlaşmanın cavabı olaraq Ermənistanın təhlükəsizliyində problemlər yarana bilər. Başqa sözlə, Qarabağ cəbhəsində müharibə və təkcə bu da yox”, - deyə müəllif təşvişlə qeyd edir (buradaca yada salaq ki, Brüssel sammitinin gündəliyində “Rusiya aqressiyası ilə mübarizə” mövzusu da var).

Bu xüsusda erməni şərhçi AB-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerininin Avroparlamentdəki srağagünkü müzakirələr zamanı Ermənistanla bağlı söylədiklərinə diqqət çəkir: “Moqerini deyib ki, Ermənistanla tərəfdaşlıq haqda anlaşma geosiyasi xarakterli və konfronrasion deyil. Ermənistan hakimiyyətinin əsas vəzifəsi indi bu mesajı Rusiyaya çatdırmaqdır. Rusiyada stereotip yanaşma var: orada istənilən Qərb strukturu ilə əlaqələr anti-Rusiya gedişi kimi qəbul edilir. Halbuki Ermənistanın yeni rəhbərliyi hər addımda və demək olar, bütün tribunalardan bəyan edir ki, öz xarici siyasət kursunda, o cümlədən Avrasiya Birliyi və KTTMT-də üzvlüklə bağlı dəyişiklik etməyəcək. Ruslarla, Rusiya hakimiyyəti ilə, onun siyasi dairələri ilə, ekspert ictimaiyyəti ilə danışmaq lazımdır ki, Ermənistanın hər addımına anti-Rusiya prizmasından baxılmasın və bunun nəticəsi olaraq da müttəfiqlik əleyhinə qərarlar verilməsin”.

Ancaq bunlar əbəs çağırışlardır. Çünki hamıdan yaxşı elə ruslar bilir ki, komandasını “qərbçilər”dən quran Nikol Paşinyanın KTMT və Avrasiya Birliyi ilə bağlı Putinə verdiyi vədlər müvəqqətidir, “siyasi çətir” rolundadır və AB-dən, ABŞ-dan lazımi zəmanətlər alınan kimi Ermənistan xarici siyasət oriyentasiyasını Qərbə dəyişəcək, Rusiyanı satacaq. Hər necə olmasa, son 100 ildə ermənilər bu “qabiliyyəti” bir neçə dəfə sübut ediblər.

*****

“Ermənistan üçün bütün istiqamətlərdə - dost ölkələr və strukturlarla, o cümlədən NATO ilə əlaqələri inkişaf etdirmək vacibdir. Ermənistan öz xarici siyasətini balanslaşdırmalıdır”. Bunu isə, “Yeni Müsavat”ın məlumatına görə, politoloq Gevork Məlikyan baş nazir Nikol Paşinyanın gözlənilən Brüssel səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Paşinyan Ermənistan üçün yeni imkanlar əldə eləməyə çalışır. “Bu - bizim üçün imkanlar deməkdir. Hazırda əla imkanlar müstəvisi var. Çox mühümdür ki, Paşinyan Ermənistandakı mövcud reallıqları orada təqdim eləsin. NATO-nun da Ermənistanla bağlı müəyyən gözləntiləri var. Söhbət Appaturayın da dediyi kimi, əməkdaşlığın həcmi və dərinləşməsindən gedir. Əlbəttə ki, bu, NATO-ya üzvlüyü və ya üzvlük perspektivini ehtiva eləmir. Ancaq o da aydındır ki, alyansın geniş imkanları var. Appaturayın bəyanatları göstərir ki, NATO əlaqələri dərinləşdirməyə hazırdır. Bunun ardınca alyansın hansı cavab reaksiyası və hazırlığı gələcək, bunu artıq Brüssel görüşündən sonra görəcəyik”, - deyə o əlavə edib.
Təbii ki, Kremlin reaksiyası da özünü çox gözlətməyəcək. Obrazlı ifadə eləsək, deyir, sən saydığını say, gör Moskva nə sayır...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paşinyan üçün KRİTİK GÜN

    Paşinyan üçün KRİTİK GÜN ...

    4-07-2018, 12:28

  • 
  • İrəvanın Kremlə qarşı “U gedişi” – qorxulu NATO oyunu, Qarabağa şans pəncərəsi

    İrəvanın Kremlə qarşı “U gedişi” – qorxulu NATO ...

    23-06-2018, 11:08

  • 
  • İrəvan kritik seçimə sürüklənir – Qərb Paşinyanı küncə sıxır

    İrəvan kritik seçimə sürüklənir – Qərb Paşinyanı ...

    20-06-2018, 10:31

  • 
  • Brüsseldə Azərbaycan-NATO iclası keçiriləcək

    Brüsseldə Azərbaycan-NATO iclası keçiriləcək ...

    30-05-2016, 12:24

  • 
  • SON DƏQİQƏ: Ermənistanda “məxməri inqilab”: Dövlət qurumları mühasirəyə alındı

    SON DƏQİQƏ: Ermənistanda “məxməri inqilab”: ...

    17-04-2018, 16:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu