GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Paşinyan üçün KRİTİK GÜN

Paşinyan üçün KRİTİK GÜN

Tarix: 4-07-2018, 12:28 Bölmə :Dünya Baxış: 384
Paşinyan üçün KRİTİK GÜN

İrəvan Moskvanın başı üzərindən Qərbə əl uzadır; Ermənistanın yeni rəhbərliyi Rusiyanı NATO-ya dəyişə biləcəkmi, nankorluğa Kremlin cavabı nə olacaq? Politoloq: “Ermənilər 100 il öncəki kimi yenə özlərini şoseyə çıxmış məlum peşə sahibləri kimi aparırlar...”

Ermənistanın prezidenti Armen Sərkisyanın çoxgünlük Avropa və ABŞ səfəri başa çatıb. Məlumatlara görə, səfərdə əsas məqsədlərdən biri kasıb Ermənistana Qərb sərmayələrini və erməni lobbisinin paralarını cəlb eləmək olub. Lakin erməni qaynaqlarının yaydığı xəbərlərdən qənaət hasil olur ki, səfər bu xüsusda uğurlu olmayıb. Müharibə və blokada vəziyyətində olan, dünya okeanına çıxışdan məhrum, nəhayət, Rusiyanın vassalı sayılan bir ölkəyə ağlı başında olan hansı Qərb investoru sərmayə yatırar ki?

Qərbyönlü adam hesab olunan Sərkisyanın bir hədəfi də ABŞ prezidenti Donald Trampla görüşmək olub ki, buna da 4 günlük səfərdə nail ola bilməyib. Erməni prezidenti böyük səylərdən sonra yalnız dövlət katibi Mayk Pompeo qəbul edib. Amma o da İrəvana elə bir ümid verməyib. Qısası, Sərkisyan Amerikadan “əli ətəyindən uzun” qayıdıb.

Ermənistanın baş naziri, komandasını müstəsna olaraq, Amerikanın, Sorosun “uşaqları”ndan quran Nikol Paşinyan isə bir həftə sonra - iyulun 11-də Brüsseldə başlayacaq NATO sammitinə hazırlaşır. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə özünün hökumətdəki mənbələrə istinadən erməni nəşri “Jamanak” yazıb. “Ermənistanın yeni hökuməti hesab edir ki, hərbi alyansın sammitində iştirak ölkə üçün olduqca vacibdir, nədən ki, Ermənistan hakimiyyəti NATO-ya təhlükəsizlik sahəsində etibarlı müttəfiq kimi baxır” - qəzet yazıb.

Belə çıxır ki, Rusiya daha işğalçı ölkə üçün təhlükəsizliklə bağlı etibarlı müttəfiq sayılmır. Bu, gerçəkdə də belədir. Hakimiyyət dəyişikliyindən sonra erməni ictimai rəyində, xüsusən də işğalçı ölkənin ekspert çevrələrində açıq şəkildə Rusiya əleyhinə mövqe güclənməyə başlayıb və davam edir. İşğalçı ölkədə “öz müttəfiqlik öhdəliklərinə sadiq qalmayan” Rusiyanın təsir dairəsindən uzaqlaşmaq çağırışları xeyli artıb. Hərçənd Nikol Paşinyan baş nazir olar-olmaz Soçiyə qaçaraq V.Putinə sədaqət andı içdi, Ermənistanın KTMT və Avrasiya Birliyində qalacağına, xarici siyasət kursunda Qərb deyil, Rusiya vektorunun üstün olacağına Putini əmin eləməyə çalışdı.

Təbii ki, Moskva bunu nəzərə aldı, lakin əsas olan verilən vədlər deyil, atılan addımlardır. Paşinyan hökumətinin xarici siyasət kursu isə daha çox Ermənistanı Qərb üçün satışa çıxarmaq üzərində qurulub. Hər halda, kənardan belə görünür. Obrazlı ifadə eləsək, İrəvan Moskvanın başı üzərindən Qərbə əl uzadır. Moskva bunu da görməzlikdən gələ bilməz...

*****

“Jamanak” qəzeti NATO-nun 11-12 iyul sammitinə Azərbaycan prezidenti İlham Əliyevin qatılmayacağını ehtimal edib. Bununla bağlı hələ ki rəsmi Bakının mövqeyi bəlli deyil. Əliyev toplantıya qatıla da bilər, qatılmaya da. Ancaq Azərbaycan prezidenti sammitdə iştirak etsə belə, bu, Moskvanın, konkret olaraq, Putinin erməni baş nazir Paşinyana münasibətini dəyişə bilməz. Çünki artıq adi gözlə də görünür ki, Ermənistanın yeni rəhbərliyi Rusiyanı Qərbə, NATO-ya dəyişməyin yolunu axtarır, ona kurs götürüb.

Bunu da Moskvada bilir və fərq edirlər. O üzdən Paşinyan-Sərkisyan cütlüyünün “iki stulda” oturmaq siyasətinin nə ilə bitəcəyi çox maraq doğurur. Bir şey dəqiqidir ki, 11 iyul Paşinyanın siyasi taleyində kritik gün ola bilər. Əlavə edək ki, mənzil-qərargahı Brüsselə yerləşən Avropa Birliyində də erməni baş naziri səbirsizliklə gözləyirlər. Hər halda, qurumun İrəvan təmsilçisinin bu günlərdə yaydığı açıqlamadan belə qənaət hasil olur.

*****

“İndiki Ermənistan hakimiyyəti çox ağlasığmaz, reallıqdan uzaq olan bir konsepsiya irəli sürür”. “Yeni Müsavat”ın məlumatına görə, bunu politoloq Eldar Namazov işğalçı ölkənin hazırkı rəhbərliyinin Qərbə reveranslarını axar.az-a şərh edərkən bildirib.

“Rusiya bunu görür. Ermənistanın yeni hakimiyyətinin yürütdüyü siyasətə əsasən, Rusiya Ermənistanın təhlükəsizliyini təmin etməli, ABŞ isə Ermənistanın iqtisadi inkişafına zəmin yaratmalıdır. Ermənistan öz iqtisadi inkişafını ABŞ-la bağlı görür və buna görə də ABŞ-ın Ermənistana güclü investisiyalar qoymasına çalışır. Təbii ki, belə yanaşma nə ABŞ-ı, nə də Rusiyanı qane edir. Nə qədər ki, Ermənistanda Rusiyanın hərbi bazaları var, nə qədər ki, Ermənistan Rusiya ilə hərbi blokdadır, ABŞ bu ölkəyə çox ehtiyatla yatırım qoyacaq. Eyni zamanda bu yanaşma Rusiyanı da qane edə bilməz. Çünki Rusiya başa düşür ki, pulu kim verirsə, sabah həmin ölkə də burada söz sahibi olacaq. Ona görə də əgər Ermənistan öz iqtisadiyyatını, gələcəyini ABŞ-la bağlamaq istəyirsə, Rusiya həmin ölkə ilə strateji müttəfiqlik münasibətlərinə son qoyacaq. Bu proses isə bu gün sürətlə davam edir”, - deyə Namazov qeyd edib.

Politoloq vurğulayıb ki, ümumiyyətlə, tarixən bizim regionda başqa geosiyasi oyunçuların arasında intriqalar salmaq, qonşu dövlətlərin, xalqların torpaqlarını xarici aktyorların hesabına zəbt etmək ermənilərin xislətindədir: “Onlar 100 il bundan əvvəl apardıqları siyasəti bu gün də davam etdirirlər. Hər zaman özlərini şoseyə çıxmış məlum peşə sahibləri kimi aparırlar. O vaxt da onlar özlərini böyük dövlətlərə təklif edirdilər, bu gün də. Amma son nəticədə həmişə bu yanaşma onların başında çatlayır. Hər zaman ermənilər əzilən tərəf olmağa məhkumdurlar. Bu dəfə də onların sonu belə olacaq”.

Politoloqun tarixi faktlara əsaslanan proqnozunu bölüşməmək mümkünsüzdür. Təəssüf ki, nə erməni xalqı, nə də onun liderləri yenə başlarına gələnlərdən nəticə çıxarmağa hazırlaşmırlar. Altını isə həm də bölgə və onun digər xalqları çəkir...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İrəvanın “islahatları” ABŞ-ı “qorxutdu” – Sərkisyan Bakıya gələcək?

    İrəvanın “islahatları” ABŞ-ı “qorxutdu” – ...

    29-06-2018, 11:00

  • 
  • Ermənilər təlaşda: Azərbaycan prezidenti ABŞ-a gedir

    Ermənilər təlaşda: Azərbaycan prezidenti ABŞ-a ...

    4-06-2018, 10:04

  • 
  • Ağaya qarşı de-marş, Ağ Evə reverans - İrəvan odla oynayır

    Ağaya qarşı de-marş, Ağ Evə reverans - İrəvan ...

    19-03-2018, 15:14

  • 
  • Paşinyan Rusiyanın adamlarını qovur, silahlarından isə imtina etmir - nonsens

    Paşinyan Rusiyanın adamlarını qovur, ...

    26-05-2018, 12:53

  • 
  • Ermənistanın yeni prezidenti Armen Sarkisyan olacaq

    Ermənistanın yeni prezidenti Armen Sarkisyan ...

    19-01-2018, 14:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu