"Bakıda deyirlər ki, mən İlham Əliyevə basqı edirəm, ancaq bu belə deyil"
Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin, “Azərros”un Ağsaqqallar Şurasının sədri Abbas Abbasov yeni vəzifəyə seçilməsini eksklüziv olaraq ANS-ə şərh edib. O deyib ki, bu vəzifədə əsasən miqrantların problemləri ilə məşğul olacaq. Xatırladaq ki, Abbas Abbasov indi həm də Rusiya Xalqları Assambleyası Şurası sədrinin müavinidir. O, Rusiyada yaşayan azərbaycanlıların hüquqlarının qanunla tənzimlənməli olduğuna diqqət çəkib. Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin bundan sonra da yüksələn xətt üzrə gedəcəyinə inandığını deyib.
Lakin Abbas Abbasovun bu vəzifəyə təyinatı Azərbaycanın bəzi mətbu orqanlarında birmənalı qarşılanmayıb, bəzi hallarda isə neqativ hal kimi qələmə verilib. Abbas Abbasov barəsində yazılanları belə şərh edib: “Mən Azərbaycanı sevirəm, mənim orada köküm qalıb. Bakıda deyirlər ki, mən İlham Əliyevə basqı edirəm, ancaq bu belə deyil, mən siyasətə qarışmıram. Mən prezidenti dəstəkləyirəm. Bakıdan çoxdan köçmüşəm, bir də öləndə, məni basdırsınlar Bakıda. İcazə versələr, verməsələr, elə burda bir parça torpaq verərlər”.
Sorğu
Yeni dizaynımız necədir?