AMİP-in qurultayının vaxtı dəyişdirilib Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) iyul ayında keçirilməsi nəzərdə tutulan qurultayının vaxtı dəyişdirilib. Bu barədə AMİP-in baş katibi Arzuxan Əlizadə məlumat verib.
Onun sözlərinə görə, 2013-cü il prezident seçkiləri ili olduğu üçün AMİP bütün qüvvəsini qurultaya sərf etmək fikrindən imtina edib. AMİP baş katibi qurultayın prezident seçkilərindən sonra keçiriləcəyini bildirib.
A.Əlizadə AMİP-in prezident seçkilərində namizədlə iştirak etmək məsələsinə də toxunub. O qeyd edib ki, bu məsələ partiyada müzakirə olunur: “Ola bilər ki, partiya öz namizədi ilə iştirak etsin, ya da Milli Şuranın vahid namizədini dəstəkləsin”.
Sorğu
Yeni dizaynımız necədir?