“Rüstəm İbrahimbəyovun namizədliyi gözlənilən idi. Bizim üçün əsas qərar partiyanın mövqeyidir. Onun namizədliyini dəstəkləməyimiz barədə heç nə deyə bilmərik. Bu müzakirə ediləcək məsələdir”. Bu sözləri Modern.az-a açıqlamasında AMİP-in beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev partiyasının Milli Şuranın vahid namizədinə dəstək verəcəyi ilə bağlı perspektivi şərh edərkən bildirib.
Partiya rəsmisi açıqlamasında AMİP-in İbrahimbəyovu dəstəkləyib-dəstəkləməyəcəyinə konkret cavab verməyib. “Öz namizədimizin də, digər namizədi müdafiə etmək ehtimalı prosesin içində keçən məsələlərdir. Bu gün ortada bir şey yoxdur”.-deyə partiya rəsmisi açıqlamasında vurğulayıb. Onun sözlərinə görə, son qərar partiyaya məxsusdur:
“Biz əvvəlki fikrimizin üstündə qalırıq. Amma bu mövqe konkret olaraq fərdin özündən ölçülmür. Prosesin gedişində bu bilinəcək. Söhbət vahid namizədi dəstəkləyən qüvvələrin mövqeyinin nə şəkildə müəyyənləşməsindən gedir. “Kənardan namizəd müdafiə” deyəndə bu konkret Milli Şura nəzərdə tutulmur. O da ola bilər, istisna deyil. AMİP seçkilərdə iştirak etməyi qərar verib. Seçkidə iştirakın da formaları var”.
Xatırladaq ki, müxalifətin vahid koalissiyasından – Milli Şuradan kənarda qalan AMİP rəsmiləri açıqlamalarında partiyadan kənar digər namizədi də dəstəkləyə biləcəklərini açıqlayıblar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?