Ermənistanda parlament seçkiləri ilə bağlı səslərin sayılması prosesi başa çatdı. Bakı vaxtı ilə saat 08:00-a qədər Mərkəzi Seçki Komissiyası bütün bülletenləri hesablayıb.
Ən son nəticəyə görə, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” bloku 70,43% səslə (884456) seçkilərin mütləq qalibi olub. İkinci sırada milyarder Qagik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyası gəlir-8,27% (103824).
Paşinyanla siyasi baxışları üst-üstə düşən, qərbpərəst “İşıqlı Ermənistan” partiyası isə 6,37% səslə (800024) üçüncü yeri tutub.
Qalan partya və blokların heç biri parlamentdə təmsil olunmaq üçün müvafiq baryeri aşa bilməyiblər. Hətta Ermənistanın ən köklü siyasi təşkilatı sayılan
Daşnaksütyun da parlamentdə təmsil olunmaq hüququnu ititrb. Ermənistanda 20 il iqtidarda olmuş Ermənistan Respublika Partiyası isə keçid baryerini aşmağa az qalsa da müvafiq səsi toplaya bilməyib-4,7% (59059)
Beləliklə Nikol Paşinyanın rəhbərlik etdiyi blok parlamentdə yerlərin üçdə iksinə sahib olacaq. Parlamentə keçən digər siyasi parityaların isə özlərini konstruktiv müxalifət elan etmələri gözlənilir.
Digər parityalaırn səsləri aşağıdakı şəkildə bölünüb:
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?