GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “İbrahimbəyovu qarşılamaq üçün 2 min kommandos hazırlanıb”

“İbrahimbəyovu qarşılamaq üçün 2 min kommandos hazırlanıb”

Tarix: 28-07-2013, 00:55 Bölmə :Siyasət Baxış: 709
“İbrahimbəyovu qarşılamaq üçün 2 min kommandos hazırlanıb”
Rəsul Quliyev Milli Şura sədrinin Bakıya 31 iyul qayıdışı ilə bağlı şok iddialarla çıxış etdi

“Azərbaycan hakimiyyəti indiyə qədər heç vaxt güclü rəqibini seçkilərə buraxmayıb. Qorxduqları rəqiblərini seçkilərə buraxmamaq üçün onlara qarşı müxtəlif çeşidli cinayət işləri açıb, ən yaxşı variant kimi ölkədən didərgin salıblar. Bu gün hakimiyyətin qorxduğu yeganə şəxs Rüstəm İbrahimbəyovdur”.

Virtualaz.org-un məlumatına görə, bunu Rüstəm İbrahimbəyovun Bakıya qayıtdıqdan sonra həbs olunacağını qətiyyətlə vurğulayan eks-spiker Rəsul Quliyev deyib. R.Quliyev bu fikirlərini bu gün öz facebook hesabında paylaşıb.

“O, caamat arasında populyardır, xarici ölkələrin incəsənət adamları və son 3-4 ayda siyasətçiləri tərəfindən qəbul olunmuş şəxsdir. Bunun nəticəsidir ki, ABŞ konqresmənləri bu yaxınlarda Azərbaycanda olarkən prezidentlə görüşlərində ilk məsələ olaraq İbrahimbəyovun Azərbaycana gəlib seçkidə namizəd kimi iştirak etməsinə şəraitin yaradılması tələbini irəli sürüblər. Faktdır ki, Vaşinqtonda Helsinki Komissiyasının müzakirələrində iştirak edən ABŞ dövlət adamlarının hamısı çıxışlarında Milli Şuranın namizədi kimi İbrahimbəyova şərait yaradılmasını tələb ediblər, başqa sözlə, seçkinin leqitimliyinin bu faktordan asılı olduğunu qeyd ediblər. Bu dinləmələrdə iştirak edən Azərbaycanın Vaşinqtondakı səfirinin hesabatı rejimin təşvişini bir qədər də artırıb. İlham Əliyevin konqresmenlərə verdiyi vədin - "onsuz da xalq məni seçəcək, İbrahimbəyov gəlsin, seçkilərdə iştirak etsin, ona heç kim mane olmayacaq" vədinin ömrü heç bir ay da çəkmədi”- deyə Rəsul Quliyev qeyd edib.



Eks-spiker hakmiyyətin məqsədinin İbrahimbəyovu Bakıya buraxmamaq olduğunu deyib: “İbrahimbəyovun gündən-günə artan nüfuzunun qarşısını almaq üçün ancaq özlərinə xas olan metodlara əl atırlar. Bu gün İbrahimbəyova qarşı yazılan ssenari artıq detalları ilə məlumdur. Heydər və İlham Əliyevlərin yaxın keçmişdə İbrahimbəyov barəsində söylədikləri “qeyri-adi talant”, “prinsipial şəxsiyyət” kimi təriflər bir kənara qoyulub, onu korrupsioner, pul mənimsəyən kimi təqdim etmək niyyətindədirlər. Əsas məqsəd onu Azərbaycana buraxmamaq, seçkidə iştirak etməsinə imkan verməməkdir. İbrahimbəyov iyulun 31-də Bakıya gələrsə, onu qarşılamağa gedənləri amansızcasına dağıtmaq, kimlərisə həbs etmək komandası artıq verilib. Bunun üçün inandıqları xüsusi polis dəstələrində 2 mindən artıq kommandos yaradılıb. İbrahimbəyovu isə aeroportda həbs edib 2 gün ərzində açılmış "cinayət" işi ilə əlaqədar həbsxanadan buraxmamaqdır. Siz bu ssenari ilə son 20 ildə yüzlərlə insanların həbs edildiyinin şahidisiniz”.

İbrahimbəyovla birgə işləmiş adamları intensiv şəkildə istintaqa çağırıldığını deyən R.Quliyev vurğulayıb ki, İbrahimbəyov üçün `cinayət` işləri formalaşdırırlar: “Haqq-ədalətin olmadığı bir ölkədə bu işləri görməyin nə dərəcədə asan bir şey olduğunu hər birimiz bilirik. Bu hazırlıq işindən sonra məqsəd tez bir zamanda onun üzərində məhkəmə prosesi başlamaq və cinayətkar kimi bir neçə illiyə həbs etməkdir. Başqa sözlə, seçkidə iştirakına icazə verməməkdir. Çox ehtimal ki, İbrahimbəyovun törətdiyi çoxsaylı "cinayətlər" barədə 30 iyulda teleşou da hazırlanır”.

ACP lideri iyulun 31-də Bakıya gələcəyi gözlənilən İbrahimbəyova öz məsləhətlərini də verib: “Əgər onu müdafiə edə bilməyəcəyiksə, verdiyi sözə əməl edib iyulun 31-də Bakıya gəlib cəmiyyətdən tədric edilməsi nə qədər məqsədəuyğundur məsələsi bu gün bizim hər birimizi narahat etməlidir. Düşünürəm ki, İbrahimbəyov Bakıya gəlməmişdən öncə hansısa bir ölkədə Milli Şuranın bir sıra üzvləri ilə görüşməli və dərindən müzakirə etməlidir. Gərək bütün qüvvələri hökumətin bu müdhiş, xalqın əleyhinə olan siyasətinin qarşısını almaq üçün mobilizasiya etməyin yollarını axtaraq. Məqsəd bir olmalıdır: ya İbrahimbəyov seçkilərdə iştirak edəcək, ya da seçkilərin keçrilməsinə imkan verməyəcəyik. İbrahimbəyovun xalqdan təcrid edilməsi ölümə bərabər bir şeydir. Biz buna yol verə bilmərik”.

Sonda Azərbaycan xalqına və Milli Şura üzvlərinə səslənən Rəsul Quliyev İbrahimbəyovun Bakıya qayıdışı ilə bağlı öz şərtlərini açıqlayıb:

“1. İbrahimbəyov hökmən prezident seçkisinin namizədi olmalıdır, hamı bir nəfər kimi buna çalışmalıdır.

2. İbrahimbəyov onun müdafiəsini real təşkil etdikdən sonra Bakıya gəlməlidir.

3. Bunun üçün onun MŞ-nin bir sıra üzvləri ilə görüşüb real vəziyyəti müzakirə etməsi zəruridir.

4. İbrahimbəyovun namizədliyi qeydə alınmasa, prezident seçkilərinin keçrilməsinə ümumiyyətlə imkan verməməliyik”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rəsul Quliyev prezidentlik iddiasındadır

    Rəsul Quliyev prezidentlik iddiasındadır ...

    31-07-2013, 10:59

  • 
  • AXCP: Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa, seçkilərə getməyək

    AXCP: Rüstəm İbrahimbəyovun namizədliyi qeydə ...

    10-07-2013, 14:54

  • 
  • Rüstəm İbrahimbəyov Azərbaycana qayıtmayacaq

    Rüstəm İbrahimbəyov Azərbaycana qayıtmayacaq ...

    29-07-2013, 00:28

  • 
  • Rəsul Quliyev əməliyyat olunub

    Rəsul Quliyev əməliyyat olunub ...

    17-10-2014, 14:23

  • 
  • İlqar Məmmədovun Milli Şura qarşısında şərti

    İlqar Məmmədovun Milli Şura qarşısında şərti ...

    18-07-2013, 15:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu