GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Paşinyandan “Qarabağ klanı”na seçki “sürpriz”i - TƏHLİL

Paşinyandan “Qarabağ klanı”na seçki “sürpriz”i - TƏHLİL

Tarix: 26-08-2019, 12:17 Bölmə :Siyasət Baxış: 418
Paşinyandan “Qarabağ klanı”na seçki “sürpriz”i - TƏHLİL


Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ziddiyyətli siyasətini davam etdirir. Baş nazir danışıqlarda qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) iştirak etməsini təklif etmişdi. Eyni zamanda o, Dağlıq Qarabağın adından danışmaq səlahiyyətində olmadığını demişdi. Ancaq son zamanlar Paşinyan qondarma rejim üzərində nəzarət imkanlarına sahib olmaq üçün bütün resurslardan istifadə etməyə cəhd edir.

Ermənistanın hökumətinin son qərarı da bunu bir daha göstərir. Belə ki, Ermənistan KİV-in yaydığı məlumata görə, avqustun 22-də bu ölkənin hökuməti tanınmamış Qarabağda “seçkiləri izləmək üçün” ilk dəfə olaraq xarici QHT-lərə vəsait ayırıb. Üstəlik, bu "görünməmiş bir qərar" kimi qələmə verilir. Onların təbirincə, "Ermənistan hökuməti həmişə demokratiya üçün pul istəmək rolunda olubsa, indi donor rolunda çıxış edir".

Əslində, Ermənistan hakimiyyəti bununla bir daha özünü təkzib edib. Azərbaycan Xarici İşlər Nazirliyinin də bu məsələyə mövqeyi birmənalıdır. Ermənistan mediasının yaydığı bu məlumatlarla bağlı açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib ki, Azərbaycan ərazilərini işğal edən Ermənistan ilk dəfə deyil ki, bu ərazilərdə "seçkilər" və ya "referendum" adlandırdığı müxtəlif tamaşalar keçirir.

L.Abdullayeva qeyd edib ki, onların nəticələrinə görə, beynəlxalq ictimaiyyət yekdilliklə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək, qanunsuz rejimin, eləcə də onun tərəfindən keçirilən hər hansı bir "seçkilər"in tanınmaması ilə bağlı prinsipial mövqeyini daim bəyan edir: "Azərbaycanın işğal olunmuş ərazilərində “seçkilər”in izlənməsi üçün vəsait ayıran Ermənistan hökuməti bir daha ölkəmizin Dağlıq Qarabağ bölgəsinə və ona bitişik inzibati rayonlarına nəzarəti həyata keçirdiyini etiraf etmiş olur və bununla da 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqovlar və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərarın müvafiq müddəalarının doğru olduğunu təsdiqləyir.

Nəhayət, Azərbaycanın işğal olunmuş ərazilərində qondarma "yerli idarəetmə orqanlarına seçkiləri" demokratiyanın göstəricisi kimi təqdim etmək cəhdləri heç bir məntiqə sığmır. Dünya birliyi azərbaycanlı əhalinin kütləvi qırğınlarını, etnik təmizlənməsini və yüz minlərlə məcburi köçkünün təməl hüquqlarının pozulmasını pisləyir. Bütün bu beynəlxalq deliktlərə görə cavabdehlik daşıyan Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz”.

Məlumdur ki, separatçılar “Qarabağ klanı”nın nümayəndələri olan keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın nəzarətindədir. Paşinyan hökuməti ilə qondarma DQR arasında yaşanan qarşıdurma da məhz bunun nəticələridir. Hətta siyasi şərhçilər qondarma DQR ilə Paşinyan arasında yaşanan qarşıdurmanın hərbi müstəviyə keçəcəyini istisna etmirlər. Paşinyanın son addımları da seçkilərin nəticələrini öz xeyrinə dəyişməyə hesablanmış addım kimi qiymətləndirilir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Cümhuriyət” qəzetinə açıqlamasında Paşinyanın əvvəl dedikləri isə indiki addımlarının üst-üstə düşmədiyini deyib:

“Qondarma Dağlıq Qarabağ Respublikasında iki “seçkidən” söhbət gedir. Əvvəl bələdiyyə, sonra prezident seçkiləri olacaq. Paşinyan bir ara deyirdi ki, Qarabağın adından danışa bilmərəm. Amma indiki addımı, üstəgəl Qarabağ Ermnistanındır deməsi, əvvəl dediklərinin üstündən xətt çəkdi. Əslində, Paşinyanın dedikləri bizim əlimizi gücləndirir. Özü etiraf edir ki, Qarabağ Ermənistanın işğalı, nəzarəti altındadır. Oğlunu da Qarabağa xidmətə göndərir. Bu günlərdə fərarilik edən də Ermənistan vətəndaşıdır. Bununla bağlı beynəlxalq təşkilatlara çox ciddi mesajlar yollamalıyıq ki, bu hallar danışıqları pozur. Amma çox təəssüf ki, beynəlxalq təşkilatlardan da adekvat reaksiya görmürük. Məsələn, Paşinyanın “Qarabağ Ermənistanındır” fikrinə beynəlxalq təşkilatlar heç bir reaksiya vermədi. Ən azından deməli idi ki, bu pozuculuqdur. Əgər Qarabağ Ermənistanındırsa, o zaman danışıqlara nə ehtiyac var?”

“Qarabağ klanı”nın rəhbərləri Robert Köçəryan və Serj Sarkisyanın Paşinyanla qarşıdurmasına da toxunan Elxan Şahinoğlu deyib ki, hazırda separatçılar gözləmə mövqeyindədir:

“Paşinyanın büdrəməsini, səhv addım atmasını gözləyirlər. “Qarabağ klanı” Paşinyanın verdiyi vədləri yerinə yetirməməsini gözləyir və bu ad bir neçə aya yetişə bilər. Yayı birtəhər başa vursa, gələcək aylarda qaz, enerji problemləri çıxacaq, Gürcüstanla yol kəsiləcək, Rusiya ilə idxal-ixrac əməliyyatlarında problem yaşayacaq. Köçəryan və Sarkisyan cütlüyü də həmin anı gözləyir. Həmin an yetişən, Paşinyanın mövqeləri zəifləyən kimi sözlərini deməyə çalışacaqlar”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paşinyandan Qarabağda dəhşətli müharibə yaradacaq ŞOK SÖZLƏR: “Azərbaycanın bu rayonları da...”

    Paşinyandan Qarabağda dəhşətli müharibə yaradacaq ...

    10-09-2018, 15:46

  • 
  • Paşinyan: “Azərbaycanla Qarabağ danışıqlarını aparmağa hazıram”

    Paşinyan: “Azərbaycanla Qarabağ danışıqlarını ...

    8-05-2018, 12:46

  • 
  • Paşinyan Çəmbərəkdən Qarabağ separatçılarını hədələdi

    Paşinyan Çəmbərəkdən Qarabağ separatçılarını ...

    30-11-2018, 11:39

  • 
  • Paşinyan Qarabağ separatçılarına yeni lider tapdı - GƏLİŞMƏ

    Paşinyan Qarabağ separatçılarına yeni lider tapdı ...

    3-12-2018, 10:56

  • 
  • Zöhrabın absurd və dolaşıq Qarabağ mövqeyi - TƏHLİL

    Zöhrabın absurd və dolaşıq Qarabağ mövqeyi - ...

    4-03-2019, 12:52


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu