GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Mən bu missiyanı sona çatdırmalıyam”

“Mən bu missiyanı sona çatdırmalıyam”

Tarix: 14-08-2013, 12:04 Bölmə :Siyasət Baxış: 608
 “Mən bu missiyanı sona çatdırmalıyam”
Rüstəm İbrahimbəyov: “Təkcə mən yox, başqaları da seçkidə qalib gəlməyə qadirdir, çünki insanların əsas istəyi hazırkı hakimiyyətdən qurtulmaqdır”
Fransanın məşhur “Frans-press” agentliyi Azərbaycanda hazırda cərəyan edən siyasi proseslər, o cümlədən Milli Şuranın sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovdan bəhs edən məqalə hazırlayıb. Musavat.com Azadliq.info-ya istinadən “Azərbaycanlı rejissor prezidentə qalib gəlmək istəyir” başlıqlı məqaləni qısa ixtisarla təqdim edirik:

“Oskar” mükafatı laureatı Rüstəm İbrahimbəyov qarşıdan gələn prezident seçkilərində Ilham Əliyevi devirmək üçün vətənə qayıdaraq, öz təkliflərini irəli sürməlidir. Keçən ay Azərbaycanın əsas müxalif qüvvələrinin geniş koalisiyasının vahid namizədi seçilən Rüstəm Ibrahimbəyov hazırda Rusiya vətəndaşlığıyla bağlı problemini həll etməklə məşğuldur. Bu problem onun seçkidə iştirakını məhdudlaşdıran və ölkədən kənarda saxlayan faktordur.

“Mən demokratik müxalifətdən vahid namizəd olduğuma görə həmkarlarım məsləhət gördülər ki, ümumi işi təhlükə altına qoymamalıyıq. Ona görə də mənə hazırkı vəziyyətdə vətənə dönməməyi tövsiyə etdilər. Mən Moskvadakı işləri bitirdikdən sonra Bakıya dönəcəyəm”, - deyə R.İbrahimbəyov vurğulayıb.

1994-cü ildə “Günəşdən usanmışlar” filminə görə rusiyalı kinorejissor Nikita Mixalkovla birgə “Oskar” mükafatına layiq görülən Ibrahimbəyov Azərbaycanda nüfuzlu mədəniyyət xadimi sayılır. Rüstəm Ibrahimbəyov seçki bülleteninə namizəd kimi adını yazdırmağa nail olsa belə, o, böyük bir təhlükə ilə üzləşəcək. Çünki on illər ərzində Azərbaycanı idarə edən ailə hakimiyyəti digər keçmiş sovet respublikalarında olduğu kimi, fərqli fikirliliyə, ictimai fəallığa kəskin reaksiya verir. Hazırkı dövlət başçısı Ilham Əliyev atası - KQB generalı Heydər Əliyevin 2003-cü ildə vəfatından sonra neftlə zəngin Azərbaycanı idarə edir. Bu ilin iyun ayında Ilham Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasından prezidentliyə vahid namizəd irəli sürülüb. Son seçkilərdə 85 faiz səslə prezident olan Ilham Əliyev neft milyardlarına arxalanaraq, iqtisadiyyatda bir sıra inkişaf meyllərinə nail olsa da, insan hüquq və azadlıqlarına görə həmişə tənqid olunub.

İbrahimbəyov dövlət başçısı postunda yalnız iki il qalacağı, Azərbaycanı parlament respublikasına çevirmək üçün bu müddətdə islahatlar həyata keçirəcəyinə dair öhdəlik götürüb.

“Azərbaycanda dəyişikliklər üçün vəziyyət yetişib. Son 5-6 ildə Azərbaycanda korrupsiya ilə bağlı dözülməz durum yaranıb, insan haqları kobud şəkildə pozulur. Əminəm ki, təkcə mən yox, digərləri də qarşıdan gələn prezident seçkilərində qalib gəlməyə qadirdir. Əsas olan insanların hazırda hakimiyyətdə olan şəxslərdən qurtulmaq istəyidir”, - deyə Ibrahimbəyov bildirib.

Hakimiyyət düşərgəsində seçkilərlə bağlı əminliyin olmasına baxmayaraq, iqtidar hər şeyi seçkilərə bağlamaq niyyətində deyil. Güc strukturları ictimai etirazları dağıdır, onlarla müxalifətçi fəal həbsxanaya salınıb. Hüquq müdafiəçiləri bəyan edirlər ki, hakimiyyət bununla seçki öncəsi vətəndaş cəmiyyətinin fəallığının artmasının qarşısını almağa çalışır.

Bu ilin yanvar ayında hüquq-mühafizə orqanları Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar Ittifaqı ilə bağlı araşdırmalar başlanıb. Yerli KIV-lərdə son zamanlar yayılan məlumatlar da bu istiqamətdə araşdırmaların aparıldığını göstərsə də, rəsmi strukturlar bunu etiraf etmir.

Los-Ancelesdə də evi olan İbrahimbəyov son bir neçə ay ərzində Qərb ölkələrinin paytaxtlarında bir sıra mühüm görüşlər keçirib.

Bununla belə, Ibrahimbəyovun Rusiya vətəndaşlığı ilə bağlı probleminin həlli seçkiyə ciddi təsir göstərə bilər.

“Rusiyanın yaranmış situasiyada necə oynayacağını söyləmək çətindir. Onlar Əliyevə kömək etmək, bu yolda maksimum siyasi kapital götürmək üçün hər şeyi edirlər. Hər bir halda, bu şübhəsiz o situasiyadır ki, Kreml baş verənlərdən mənundur”, - deyə Ibrahimbəyov vurğulayıb.

Keçmiş sovet, amma müsəlman ölkəsi olan Azərbaycanın Avropaya qaz satışı üzrə böyük idxalçıya çevrilmək istəyinə görə Bakı ilə Moskva arasında münasibətlər korlanmışdı.

Amma bu ərəfədə iki dövlət silah satışına dair iri müqaviləyə imza atıb və Putinin dövlət başçısı postuna qayıtmasından sonra Əliyevlə görüşünün keçirilməsi nəzərdən keçirilir (məqalə Putinin Bakı səfərindən öncə yazılıb-red).

“Səhranın bəyaz günəşi” adlı daha bir məşhur filmin həmmüəllifi olan Ibrahimbəyov seçkidə iştirak edib, qələbə qazanmaq əzmindədir: “Mən bu missiyanı sona çatdırmalıyam və bunu edəcəyəm”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid namizədi oldu

    Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid ...

    2-07-2013, 13:25

  • 
  • Rüstəm İbrahimbəyovun pasport problemi həll edilir

    Rüstəm İbrahimbəyovun pasport problemi həll edilir ...

    5-08-2013, 12:00

  • 
  • Rüstəm İbrahimbəyov yeni müraciət yaydı

    Rüstəm İbrahimbəyov yeni müraciət yaydı ...

    11-08-2013, 23:57

  • 
  • Rüstəm İbrahimbəyov qeydiyyata alına bilər, amma...

    Rüstəm İbrahimbəyov qeydiyyata alına bilər, ...

    11-07-2013, 17:02

  • 
  • Rüstəm İbrahimbəyov Milli Şura ilə bağlı məktubu

    Rüstəm İbrahimbəyov Milli Şura ilə bağlı məktubu ...

    29-05-2013, 01:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu