GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Paşinyanın İrəvan fiaskosu, “Valday” gerçəyi və Azərbaycana verilən dəyər...

Paşinyanın İrəvan fiaskosu, “Valday” gerçəyi və Azərbaycana verilən dəyər...

Tarix: 3-10-2019, 15:55 Bölmə :Siyasət Baxış: 488
Paşinyanın İrəvan fiaskosu, “Valday” gerçəyi və Azərbaycana verilən dəyər...


İrəvanda oktyabrın 1-də baş tutan Avrasiya İqtisadi Birliyinin sammiti Ermənistanın gözlədiyi siyasi və təbliğati effekti vermədi. Düşmən ölkə və onun rəhbəri – baş nazir Nikol Paşinyanın bu tədbiri dəridən-qabıqdan çıxaraq, özü və ölkəsi üçün piar kampaniyasına, təbliğat vasitəsinə çevirmək səyləri alınmadı. Sönük keçən toplantı Paşinyanın özünü tərifləyə biləcək heç bir mühüm görüş, bəyanat və ya yekun sənədlə yadda qalmadı.

Əksinə, sammit işğalçı ölkənin Qarabağ ixtilafına görə düşdüyü ağır vəziyyət səbəbi ilə inkişaf perspektivinin olmadığını, İrəvan-Moskva münasibətlərindəki soyuqluğu qabarıq surətdə nümayiş etdirdi.

Paşinyanın, məsələn, İran prezidenti Həsən Ruhanini yox, məhz Rusiya lideri Putini yola salmaq üçün hava limanına qədər getməsi və orada onunla israrla ikinci görüşə nail olması, ardınca bunu uğur kimi təqdim etməsi də rəsmi İrəvanın təlaşı və vassal mövqeyi ilə birbaşa bağlı idi.

Sammitin İrəvanda keçirilməsinə rəğmən, Paşinyanın Putinlə görüşünün son anda baş tutması öz-özlüyündə çox şey deyir. Halbuki, erməni mediası da yazmışdı ki, İrəvan bu görüşün reallaşması üçün dəridən-qabıqdan çıxmış, bu məqsədlə Rusiya tərəfi ilə dəfələrlə əlaqə yaradılmış, xahişlər edilmişdi.

Məlumat üçün: protokol qaydalarına əsasən, zirvə görüşünü təşkil edən ölkənin rəhbəri ayrı-ayrılıqda hər bir dövlət və hökumət başçısı ilə görüşür. Bir çox hallarda bu görüşlər geniş tərkibdə keçirilir, ikitərəfli münasibətlər müzakirə olunur. Azərbaycan dəfələrlə yüksək səviyyəli tədbirlərə ev sahibliyi edib, prezident İlham Əliyev dövlət və hökumət başçıları ilə ayrı-ayrılıqda, geniş tərkibdə görüşlər keçirib. Putinlə Paşinyan arasında görüş isə yalnız günün sonunda, özü də sammit çərçivəsində baş tutub. Bu isə əlbəttə ki, hər şeydən öncə Ermənistana və onun baş nazirinə olan münasibətin göstəricisidir.

İrəvan tədbirinin Ermənistan üçün fiasko olmasının birinci səbəbi şübhəsiz, işğalçı ölkənin real suverenliyə malik olmaması səbəbindən hələ də heç kim, o sırada regional güclər tərəfindən ciddi dövlət kimi qəbul olunmaması ilə bağlıdır. Digər heç də az önəm kəsb etməyən səbəb konkret olaraq, Nikoi Paşinyanın hakimiyyətdə olduğu ilyarımda özü haqda ciddi və səmimi siyasətçi imici formalaşdır bilməməsi, daha çox populist obrazı yaratmasıdır.

Ermənistanın baş nazirinin yürütdüyü qeyri-konstruktiv, qeyri-səmimi siyasət, “balanslı siyasət” adı altında həm ABŞ-ın (Qərbin), həm də Rusiyanın dəstəyini almağa yönəilik irreal “iki stul” siyasəti nəyə gətirməli idisə, ona da gətirib. Bütün bunlar həm Ermənistanın, həm də onun indiki inqilabçı rəhbəri Paşinyanın nüfuzdan düşdüyünün göstəricisi sayıla bilər. Ermənistan mediası, ekspertləri də artıq etiraf edirlər ki, sadalanan səbəblərdən Ermənistan olan-qalan nüfuzunu da itirməkdədir...

Diqqətçəkən məqamlardan biri də İrəvan toplantısından və Putinin İrəvanı tərk eləməsindən cəmi bir gün sonra, yəni dünən Rusiya xarici işlər naziri Sergey Lavrovun oktyabrın 2-də öz işinə başlamış “Valday” Beynəlxalq Müzakirə klubunun iclasında Paşinyanın “Dağlıq Qarabağ Ermənistanındır” bəyanatına neqativ reaksiya verərək, belə yanaşmanın sülhə xidmət etmədiyini bəyan etməsidir.

Məsələ də ondadır ki, Paşinyanın həmin fikri Qarabağ probleminə qeyri-konstruktiv yanaşmadan daha çox, xarici siyasət sahəsindəki naşılığından, bölgədəki və dünyadakı reallıqları və şərtləri düzgün dərk edə və hesablaya bilməməsindən, ağıllı siyasət aparmaq bacarığına malik olmamasından qaynaqlanır. Onun təzəcə başa çatan ABŞ səfəri qənaətlərimizi bir daha təsdiq edir.

Paşinyan səfərlə bağlı heç bir hədəfinə nail olmadı. Yalnız BMT Baş Məclisinin sessiyası çərçivəsində ABŞ prezidenti Donald Trampla selfi çəkdirməklə özünə təsəlli tapdı. O, Birləşmiş Ştatların hətta aşağı ranqlı rəsmisi ilə belə görüşə belə layiq bilinmədi.

Erməni baş nazirin xarici siyasət sferasında bir-birinin ardınca üzləşdiyi uğursuzluq, tez-tez naqolay və absurd vəziyyətlərə düşməsi və fiasko olunan xarici səfərləri fonunda Azərbaycan prezidenti İlham Əliyevin ən mötəbər tədbirlərə dəvət alması, vaxtaşırı aparıcı dövlətlərin rəhbərləri, dünyada nüfuzlu ictimai-siyasi xadimlər ilə görüşləri, habelə NATO və Rusiya Baş Qərargah rəislərinin görüşlərinə Bakının uğurlu şəkildə ev sahibliyi eləməsi qeyd olunmaya bilməz.

Bu, əlbəttə ki, İlham Əliyevlə yanaşı, Azərbaycan dövlətinə, ölkəmizin regiondakı və dünyadakı yerinə və roluna verilən qiymətdir, Azərbaycan və rəhbərinin yetərincə yüksək nüfuzunun göstəricisidir.

Nəhayət, ölkəmizə inam-etimadın təzahürüdür. İlham Əliyevin dünyanın məşhur “beyin mərkəzləri”ndən sayılan “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçi plenar iclasına dəvət alması, burada keçirilməsi nəzərdə tutulan çoxsaylı yüksək səviyyəli görüşlər də bu nüfuz və hörmətin təzahürüdür. Yeri gəlmişkən, İlham Əliyev artıq Soçidədir.

Arayış üçün bildirək ki, 2004-cü ildə yaradılan “Valday” Beynəlxalq Diskussiya Klubunun ilk konfransı Rusiyanın Veliki Novqorod şəhərində, Valday gölünün sahilində keçirildiyi üçün qurum belə adlanır. Ötən illər ərzində dünyanın aparıcı ekspertlərinin görüş yerinə çevrilmiş klub öz tədqiqatlarında qlobal siyasət və iqtisadi proseslərin araşdırılmasına xüsusi yer verir. İndiyədək Klubun işinə 74 ölkədən dünya elmi birliyini təmsil edən 1000-dən çox nümayəndə, o cümlədən Harvard, Kolumbiya, Corctaun, Stenford, Karlton, Sarbonna, London, Qahirə, Tehran, Tokio, Təl-Əviv və digər universitetlərin tanınmış professorları qatılıb. Finlandiya, Çexiya, Avstriya, Fransa, İtaliya, İran, CAR və digər ölkələrin prezidentləri və baş nazirləri “Valday” klubunun qonağı olublar. Vladimir Putin Klub yarandığı vaxtdan hər il diskussiyaların iştirakçıları ilə görüşür və ətraflı fikir mübadiləsi aparır. Onu da bildirək ki, digər ölkələrin rəhbərləri bu tədbirlərə məhdud sayda dəvət olunurlar. Hazırda keçirilən tədbirdə bir neçə ölkənin, o cümlədən Azərbaycan prezidenti iştirak edir.

Başlıca məqsədlərindən biri dünya sisteminin böhrandan çıxarılmasına dair qərarlar qəbul etmək üçün intellektual elitanın bir araya gətirilməsi olan Klub beynəlxalq münasibətlər, qlobal siyasət, iqtisadiyyat, təhlükəsizlik, energetika, sosiologiya və digər sahələrdə aparıcı ekspertlərlə əməkdaşlıq edir. Klub Asiya, Yaxın Şərq, Avratlantika dialoqları kimi regional konfranslar da təşkil edir.

Sözsüz ki, “Valday” Klubunun toplantısında Azərbaycan və Rusiya dövlət başçılarının iştirakı və görüşü, iki prezidentin verəcəyi bəyanat və açıqlamalar, edəcəkləri çıxışlar qurumun adına əlavə sanbal gətirəcək. Eyni zamanda, İrəvan sammitinin Paşinyan üçün uğursuz bitməsi fonunda Güney Qafqazda real nüfuz və güc sahibinin hansı ölkə və lider olduğuna növbəti möhürü basacaq.../musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putin Paşinyanın görüş təklifini rədd etdi

    Putin Paşinyanın görüş təklifini rədd etdi ...

    19-09-2019, 12:44

  • 
  • Paşinyanın şok fiaskosu: - Vyana bəyanatına nə saldırmaq istəyib?

    Paşinyanın şok fiaskosu: - Vyana bəyanatına nə ...

    2-04-2019, 12:42

  • 
  • “Moskvada Nikol Paşinyanın etibarsız tərəfdaş obrazı yaranıb” – “Kommersant”

    “Moskvada Nikol Paşinyanın etibarsız tərəfdaş ...

    9-01-2019, 13:20

  • 
  • Serj Sərkisyanın partiyasından olan deputat Paşinyanın tərəfinə keçdi

    Serj Sərkisyanın partiyasından olan deputat ...

    9-10-2018, 00:37

  • 
  • 14 deputat Paşinyanın tərəfinə keçdi - bəyanat

    14 deputat Paşinyanın tərəfinə keçdi - bəyanat ...

    9-10-2018, 14:08


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (514)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu