“Biz növbədənkənar seçkilərin dekabr ayında keçirilməsi ilə bağlı hökumət başçısı Nikol Paşinyanın mövqeyini müdafiə edirik”. Belə bir bəyanatla Ermənistan Milli Məclisinin bir qrup deputatı çıxış edib. Deputatlar daha sonra bildiriblər ki, Paşinyanın istefasından sonra və seçkilərə qədər yeni baş nazir seçilməməli, hazırkı parlament isə buraxılmalıdır.
GundemXeber.Az xəbər verir ki, bəyanatı Aşot Arsenyan, Alik, Sərkisyan, Artak Sərksyan, Arman Saakyan və digərləri, ümumilikdə 14 nəfər imzalayıb.
Qeyd edək ki, bir gün qabaq daha bir deputat Paşinyanın tərəfinə keçib. Həmçinin Tsarukyan partiyasının rəhbərliyi də hökumət başçısı ilə memorandum imzalayıb. Beləliklə, N.Paşinyan parlamentdəki müxaliflərini zərərsizləşdirməkdə, Serj Sərkisyanın mövqelərini sarsıtmaqda davam edir.
Sorğu
Yeni dizaynımız necədir?