GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Bakıdan İrəvana aparılan mesaj - “İzolyasiya onda bitəcək...”

Bakıdan İrəvana aparılan mesaj - “İzolyasiya onda bitəcək...”

Tarix: 15-10-2019, 13:59 Bölmə :Siyasət Baxış: 427
Bakıdan İrəvana aparılan mesaj - “İzolyasiya onda bitəcək...”


Bu gün gürcü baş nazir Ermənistana ilk səfərə gedir - Azərbaycandan sonra; işğalçı ölkədə yeni özünə təsəlli bəyanatları; Gürcüstanı qazanmağın yolu Bakı və Ankara ilə anlaşmadan keçir...

Oktyabrın 15-də Gürcüstanın yeni baş naziri Georgi Qaxariya Ermənistana ilk səfərini edəcək. Bundan qabaq o, Bakıda olmuşdu. İrəvandan sonra isə Qaxariyanın Türkiyəyə gedəcəyi gözlənilir. Erməni KİV-nin yazdığına görə, səfər çərçivəsində infrastruktur, turizm sahəsində kooperasiya üçün imkanlar yaradılması, iqtisadi-ticari əlaqələrin dərinləşməsi, habelə Gürcüstan ərazisindən buğdanın nəqli məsələlərin müzakirəsi planlaşdırılır.

Gürcüstanda dövlətin 1-ci şəxsi Ermənistandakı kimi baş nazir sayılır. Qaxariyanın bu xüsusda xaricə ilk səfərini məhz Azərbaycana eləməsi şübhə yox ki, Gürcüstan üçün Azərbaycanın önəminin nümayişi idi və işğalçı ölkədə, yumşaq desək, qısqanclıq və həsəd yaratmaya bilməzdi. Hərçənd Ermənistandakı siyasi və ekspert çevrələrində buna absurd izah verməkdən də çəkinmirlər.

Məsələn, “Yeni Müsavat”ın məlumatına görə, Gürcüstan məsələləri üzrə erməni ekspert Conni Melikyan hesab edir ki, səfər iki ölkə arasında əməkdaşlığa yeni impuls verəcək və ardınca iddia edir ki, guya gürcü baş nazirin xaricə ilk səfərini məhz Bakıya eləməsi sırf “Keşikçidağ” məbədi ətrafında situasiya ilə bağlı olub. “Axı bu məbəddən dolayı Azərbaycan-Gürcüstan əlaqələrində anlaşılmazlıq var. Qaxariyanın Bakı səfəri məhz bu problemin həlli ilə bağlı idi. Azərbaycanla bağlı situasiyanı yumşaldandan sonra gürcü baş nazir İrəvana gəlir”, - deyə o vurğulayıb.

*****

Erməni politoloq təbii ki, blef edir. Bunu uğursuz özünə təsəlli cəhdi də adlandırmaq olar. Birinci ona görə ki, “Keşikçidağ” ətrafında xeyli müddətdir böhranlı vəziyyət yoxdur. İki tərəfdən dövlət səviyyəsində yaradılmış ortaq komissiya bu problemlə ciddi şəkildə məşğuldur. Georgi Qaxariyanın Bakı səfəri öncəsi də məbədlə bağlı hər hansı insident qeydə alınmayıb. İkincisi və ən mühümü, Gürcüstanın öncəki ali dövlət rəsmiləri də regionda ilk xarici səfərlərini məhz Azərbaycana ediblər. O sırada prezident Salome Zurabişvili ilk səfərini Azərbaycana etdikdən sonra Ermənistana getmişdi.

Hər halda, Gürcüstandan ötrü Azərbaycanın hansı vazkeçilməz dəyərdə olduğunu kim bilməsə də, erməni ekspert çevrələrində yaxşı bilirlər. Təkcə o fakt ki, Azərbaycan Gürcüstana ən çox maliyyə yatıran ölkədir, bu, öz-özlüyündə hər şeyi deyir. İki ölkə təkcə güclü iqtisadi-ticari tərəfdaşlar deyil, həmçinin energetika, təhlükəsizlik, müdafiə və hərbi sahələrdə illərdir dinamik inkişafda olan əməkdaşlıq içindədir.

Azərbaycan və Gürcüstanı yaxınlaşdıran həm də onların “tale ortaqları” olması, ərazilərinin bir hissəsinin işğala məruz qalmasıdır. Bundan əlavə, Ermənistanı bərk narahat edən həm də Azərbaycan, Gürcüstan və Türkiyə arasında ildən-ilə genişlənən hərbi əməkdaşlıqdır. Bunun bir təzahürü də vaxtaşırı 3 ölkə silahlı qüvvələrinin həyata keçirdikləri ortaq təlimlərdir.

Yeri gəlmişkən, Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının “Qafqaz qartalı 2019" birgə Bakı təlimləri təzəcə başa çatıb. Bundan əvvəl isə analoji təlimlər Gürcüstanda və Türkiyədə keçirilib və davamı olacaq. Bu təlimlərdə əsas məqsədlərdən biri üç ölkənin iştirakı ilə reallaşan strateji əhəmiyyətli neft-qaz kəmərləri və nəqliyyat arteriyalarını qorumaqdır. Təhlükənin haradan gəldiyi isə hamıya bəllidir - həmin layihələrdən kənarda saxlanılan işğalçı Ermənistan və Gürcüstan ərazilərinin bir qismini işğal altında saxlayan, Ermənistanın əsas müttəfiqi Rusiya.

Odur ki, gürcü baş nazirin İrəvan səfəri sırf “quş qoymaq” xətrinə olan, növbətçi bir səfərdir və nə İrəvan-Tiflis əlaqələrinə kardinal və pozitiv dəyişikliklərə gətirəcək, nə də ermənilərin gözləntilərinə rəğmən, Bakı-Tiflis-Ankara oxunu zəiflədəcək. Ermənistan Rusiyanın hərbi qalası kimi Gürcüstan üçün hazırda heç bir strateji önəm kəsb etmir.

*****

Bu arada Ermənistan baş naziri Nikol Paşinyan ondan hələ də çörək, iş yerləri, normal güzəran gözləyən erməni toplumunun gözünə növbəti dəfə kül üfürüb. “Yeni Müsavat” xəbər verir ki, regionların birinə etdiyi səfər zamanı o, guya ölkədə turizmin inkişaf etdiyini, lakin bu sahədə problemlərin də qaldığını bildirib. Məsələ də ondadır ki, turizm inkişaf edibsə, bu, ölkədə iş yerlərinin açılmasında və yoxsulluğun azalmasında özünü niyə göstərmir?

Paşinyan yerli iş adamları ilə görüşdə əsasən biznes və gələcək investisiyalar mövzusunda söhbət edib - hansı investisiyaları ki, il yarımdır Paşinyan və hökuməti ölkəyə cəlb edə bilmir. Çünki heç bir ciddi Qərb investoru, hətta xaricdə yaşayan zəngin ermənilər belə, Rusiyanın vassalı olan və blokada rejimində yaşayan ölkəyə böyük maliyyə yatırımı etmək istəmir. Çünki biznesin öz qızıl şərtləri var. Söhbət ilk növbədə biznes mühiti, biznesin əlverişliliyi və təhlükəsizliyi, məhkəmələrin müstəqilliyindən gedir. Bunlar isə “demokratik Ermənistan”da da təmin olunmamış qalır. Nəhayət, Azərbaycanla davam edən müharibə şəraiti, dünya okeanına çıxışın yoxluğu da işğalçı ölkədə dərin iqtisadi islahatları mümkünsüz edir.

Ermənistan bölgədə, faktiki, təklənib. Yaranmış durumdan çıxmağın isə sadə bir resepti var: ilk növbədə qonşularla, özəlliklə həmsərhəd Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmaq, heç bir quru əlaqənin və sərhədin olmadığı Rusiyanın bölgədə maşası və forpostu rolundan imtina etmək. Zaman-zaman qeyd elədiyimiz kimi, Ermənistanın qurtuluşu və nicatı, Rusiya ilə yox, Türkiyə və Azərbaycanla ittifaqda və ortaq bloklarda təmsil olunmaqdadır. Bu, olmadıqca Ermənistanın Gürcüstanla münasibətləri də inkişaf tapa bilməyəcək. Əslində gürcü baş nazirin Bakıdan İrəvana, erməni həmkarı Paşinyana apardığı əsas mesaj elə budur...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vergilər naziri ilk səfərini Gürcüstana edib

    Vergilər naziri ilk səfərini Gürcüstana edib ...

    26-12-2017, 12:12

  • 
  • Gürcüstanda baş nazir də qadın ola bilər

    Gürcüstanda baş nazir də qadın ola bilər ...

    19-08-2019, 14:06

  • 
  • Gürcüstanın yeni prezidenti Azərbaycana gəlir

    Gürcüstanın yeni prezidenti Azərbaycana gəlir ...

    20-12-2013, 12:13

  • 
  • Nazir: “Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə gedilən vaxt iki dəfə azalacaq”

    Nazir: “Azərbaycandan Gürcüstan vasitəsilə ...

    12-07-2019, 15:45

  • 
  • Erməni qəzeti: “Putin regionda ilk səfərini onun üçün maraqlı ölkəyə etdi”

    Erməni qəzeti: “Putin regionda ilk səfərini onun ...

    14-08-2013, 01:10


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (142)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu