Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev Milli Şura üzvlərinə onun adından müraciət yayılması ilə bağlı xəbərə öz facebook səhifəsində status yazaraq münasibətini bildirib. GÜNDƏM XƏBƏR.AZ Musavat.com-a istinadən həmin statusu təqdim edir: **** "Bir neçə dəqiqə bundan öncə "Yeni Müsavat" qəzetindən mənim hansı isə bir "müraciətimin" yayıldığını oxudum. Milli Şuranın 19 avqust iclası ilə əlaqədar fikirlərimi elə bu gün facebookumda yazmışam və minlərlə insanlar tanış olub. Lavrova yazılmış "məktuba" oxşar bu yeni müraciətin çap olunması, yayılması vasitəsilə bu ucuz və cırtdan beyinli adamlar kəşfləri ilə Milli Şuraya zərbə vurmaq və şəxsi ədavəti qızışdırmaq istəyirlər. Bu adamların nəzərinə çatdırıram. Onların yazdığı tipli heç bir "əsərin" müəllifi deyiləm. Orada adları keçənlərin adlarını son 20 gündə bir dəfədə çəkməmişəm o cümlədən İsa Qəmbərin. Oktyabr ayının 10-na qədər heç vaxtda heç bir adı hallandırmaq fikrində deyiləm. Özünüzə əziyyət verməyin gedin işinizlə məşğul olun. Ancaq bir daha qeyd etmək istəyirəm ki, mən heç bir gücü olmayan, camaatın tanımadığı ehtiyat variantın əleyhinəyəm, çünki bu cüzi ümidlərin də üzərindən xətt çəkir. Fikrimcə R.İbrahimbəyovun təklifi ideal variantdır. Bu gün nisbətən potensialı olan İ.Qəmbər, Ə.Kərimli, Lalə xanım Hacıyeva, M.Fəttayev, E.Namazov, S.Əkbər öz istəkləri və partiyalarının qərarları əsasında namizədliklərini irəli sürə bilərlər. Əgər R.İbrahimbəyovun qarşısında bizim keçə bilməyəcəyimiz sədd qoyulsa (düşünürəmki belə bir sədd qoyula bilməyəcək) Milli Şura qeydiyyatdan keçmiş bu şəxslərin birini vahid namizəd kimi qəbul edə bilər. Ancaq bu ümidin itrilməməsi deməkdir."
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?