GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Paşinyanın sirli xəstəliyi - İrəvan Qarabağla və odla oynayır

Paşinyanın sirli xəstəliyi - İrəvan Qarabağla və odla oynayır

Tarix: 29-01-2020, 13:44 Bölmə :Siyasət Baxış: 398
Paşinyanın sirli xəstəliyi - İrəvan Qarabağla və odla oynayır


Ermənistanın baş naziri əqli sağlamlığını və reytinqini itirir, böyük savaş isə yaxınlaşır; düşmən müharibəni seçib? Rusiyalı politoloq: “Hazırkı durumda çox şey Azərbaycandan asılı olacaq...”

Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətinin ikinci ildönümü, daha dəqiq desək, “haqq-hesab” günü yaxınlaşır. Mayın 8-i yaxınlaşdıqcab deyəsən, baş nazirin təlaşı da artır. Söhbət təkcə üsyançı ermənilərə verdiyi vədləri tuta bilməməkdən getmir. Bunlar həmçinin reallaşmayan və lağlağı mövzusuna çevrilən “iqtisadi möcüzə” məsələsi öz yerində. Problem həm də ondadır ki, Paşinyan iki ilə yaxın müddətdə yeni hakimiyyətin dayaqlarını da möhkəmlədə bilməyib.

Bunun daha bir təzahürü N.Paşinyanla Konstitusiya Məhkəməsinin sədri, keçmiş rejimin tərəfdarlarından sayılan Qrayr Tovmasyan arasında münasibətlərin indiyədək gərgin qalmasıdır. “Məxməri” baş nazir hələ də onu öz vəzifəsindən uzaqlaşdıra bilməyib. Amma dünən bəyan edib ki, “bu problem tezliklə yoluna qoyulacaq”. Necə? Bunu da yəqin ki, biləcəyik. Ancaq görünən budur ki, Paşinyan daxildə bir neçə cəbhədə mübarizə aparmaq zorunda qalıb və o üzdən xeyli əsəbi və gərgin görünür.

Maraqlıdır ki, bu arada Nikol Paşinyanın kəskin nevroz səbəbi ilə tibbi yardıma müraciət etdiyi haqda xəbər yayılıb. Belə bir iddia ilə “Master Pera” teleqram kanalı çıxış edib. Məlumata görə, Paşinyana tibbi yardımı Ermənistan Səhiyyə Nazirliyinin baş psixoterapevti, nevroz klinikasının direktoru Çolak Akopyan göstərib. Baş nazirə kəskin nevrotik pozğunluq diaqnozu qoyulduğu bildirilir.

Əlbəttə, tibdən azacıq anlayışı olanlar bilir ki, nevrotik pozğunluq hələ psixi pozğunluq, dəlilik deyil. Amma Nikol Paşinyan faktiki, daxili problemlərin girovuna çevrilib, başını itirib. Ən ciddi problemlərin rasional həll yolunu tapa bilmir və o səbəbə onu iqtidar eləmiş cəmiyyətdə öz nüfuzunu, reytinqini sürətlə itirir.

“Məxməri” baş nazir üçün daha bir başağrısı təbii ki, problemlərin problemi sayılan məsələ - həll olunmamış Qarabağ konflikti ilə bağlıdır. Hansı problemə girişməyə ki, o, iki ildir cürət eləmir. Reytinqi azaldıqca Qarabağ məsələsindən daha çox çəkinir. Odur ki, məsuliyyəti separatçı rejimin üstünə atmağa çalışır. Onun Qafanda keçirdiyi son mətbuat konfransı buna bariz sübutdur.

*****

Rusiyalı tanınmış politoloq Qriqori Trofimçuka görə, bu, onun göstəricisidir ki, Nikol Paşinyan əvvəlcədən Bakı ilə Qarabağ danışıqlarına heç bir töhfə vermək niyyətində olmayıb. “O, hətta Serj Sərkisyan dönəmindəki formal danışıqlara belə hazır deyil. İndi məntiqi zəncir alınır: hakimiyyətə gələndən Paşinyan Qarabağ təmsilçilərinin də danışıqlar stolu arxasında oturmasının vacibliyini bəyan edirdi, indi isə həmin təmsilçilərin dilindən bir qarış torpağın belə Azərbaycana qaytarılmayacağı bəyan edilir. Beləcə, danışıqlar prosesi avtomatik sıfırlanır, ona görə ki, Azərbaycan üçün danışıq predmeti daha qalmır. Bundan əlavə, Ermənistanın baş naziri baş verənlərə görə bütün məsuliyyəti öz üzərindən ataraq, belə demək mümkünsə, onu qarabağlıların üstünə qoyur”, - deyə politoloq qeyd edib.

Rusiyalı analitikə görə, yaranmış durumda çox şey Azərbaycandan asılı olacaq. “Ona görə ki, Bakı Paşinyanın Qarabağ ”konsertləri" ilə passiv müşahidəçi vəziyyətinə qoyulur. Axı Azərbaycan əgər nə sülh danışıqları, nə də müharibə aparmırsa, o zamanb ümumiyyətlə, diqqət dairəsindən çıxmış olur və onu Qarabağa iddiaları heçə enir. Azərbaycanda isə fəallar daima tələb edirlər ki, vuruşmaq lazımdır. Yaranmış durumda hansısa rayonların “mifik” qaytarılması barədə danışmaq - hansı ki, uzun illərdir tez-tez Rusiyanın ekspert cameəsində də eşidilir, - mənsız görünür. Azərbaycan heç kim heç nə qaytarmağa hazırlaşmır. Ancaq mən deməzdim ki, intriqa bununla bitir. O, hələ təzə-təzə başlayır. Axı Paşinyan Sərkisyan deyil - o cümlədən də Moskva üçün. Rusiyanı o, açıq-aşkar qane eləmir. Odur ki, ən maraqlısı hələ qabaqdadır", - deyə Trofimçuk sonda əlavə edib.

“Hakimiyyət erməni cəmiyyətini inandırmağa çalışır ki, Dağlıq Qarabağ ətrafında ərazilərin işğal altında saxlanması milli təhlükəsizlik məsələsidir və guya 25 ildən çox davam edən iqtisadi blokadanı önləməkdən az önəm daşımır. Ancaq blokadaya məhz erməni tərəfinin ultimativ mövqeyi səbəb olub. İşğalın Ermənistana iqtisadi inkişaf üçün heç bir şans verməməsinə baxmayaraq, ondan hələ də ideoloji marker qismində istifadə olunur - nəyin sayəsində ki, erməni siyasətçilər kimin ”özününkü", kiminsə “yad” olduğunu müəyyən edirlək".

Erməni siyasi şərhçi Mamikon Babayan “Vestnik Kavkaza” portalındakı məqaləsində yazıb...

*****

Beləcə, Nikol Paşinyanın son açıqlamaları və ona separatçı rejimdən verilən sarsaq reaksiyalar belə bir qənaəti yaradır ki, reallıq hissini itirən düşmən təhlükəli bir oyuna girib və sülhü yox, müharibəni seçib. O halda əlbəttə ki, diplomatik danışıqlara lüzum qalmır. Diplomatlıq iş qalmırsa, onda sözü hərbçılər deməli olacaq. Azərbaycan hərbçiləri, Azərbaycan Ordusu...//musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paşinyan: “Sabah Qarabağa gedirəm...”

    Paşinyan: “Sabah Qarabağa gedirəm...” ...

    8-05-2018, 16:55

  • 
  • Azərbaycan XİN: Populist Paşinyan oğlunun hərbi xidmətini şouya çevirməklə reytinqini qorumağa çalışır

    Azərbaycan XİN: Populist Paşinyan oğlunun hərbi ...

    11-07-2018, 11:54

  • 
  • Nikolun bu çıxışı savaş elanıdır – Politoloq

    Nikolun bu çıxışı savaş elanıdır – Politoloq ...

    6-08-2019, 15:47

  • 
  • Erməni politoloq: Paşinyan hökumətinin daxilində çəkişmələr artır

    Erməni politoloq: Paşinyan hökumətinin daxilində ...

    2-07-2019, 16:15

  • 
  • Moskva Paşinyana qarşı “məxməri inqilab” hazırlayır - GƏLİŞMƏ

    Moskva Paşinyana qarşı “məxməri inqilab” ...

    9-10-2019, 14:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (374)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu