Köçəri Nağıbəyli Azərbaycanı Cəmil Həsənliyə yox, İlqar Məmmədova səs verməyə səslədi
El Hərəkatının sədri Eldar Namazovun müavini və qurumun Milli Şuradakı təmsilçilərindən biri olan Köçəri Nağıbəyli sensassion açıqlama ilə çıxış edib.
K. Nağıbəyli AzNews.az-a verdiyi açıqlamada Azərbaycan xalqına müraciət edərək, onları prezident seçkilərində üzvü olduğu Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə deyil, başqa bir namizədə səs verməyə çağırıb. El Hərəkatının rəsmisinin xalqdan dəstək istədiyi namizəd isə ReAl Hərəkatının həbsdə olan sədri, prezidentliyə namizəd İlqar Məmmədovdur.
K.Nağıbəyli bildirib ki, bu qərar onun şəxsi seçimidir və El Hərəkatında bununla bağlı heç kimin fikrini öyrənməyib: “El Hərəkatında hamı müstəqil adamdır. Hər kəsin öz qərarı var. Mənim də qərarım odur ki, həbsdə olan mübariz bir adamı dəstəkləyim. Buna görə də xalqa çağırış edirəm ki, seçkilərdə İlqar Məmmədovu dəstəkləsinlər”.
El rəsmisinin sözlərinə görə, onun bu çağırışı Milli Şuranın C.Həsənlinin namizədliyini dəstəkləməsi ilə bağlı qərarına qarşı çıxmaq deyil: “El Hərəkatı Milli Şuranın qərarını dəstəkləyir. Mənim bu qərarım Cəmil Həsənliyə qarşı çıxmaq sayılmamalıdır”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?